Güney Azərbaycan Qurtuluş Partiyası və Birləşmiş Millətlər Təşkilatı təmsilcisiylə toplantı geçirdi!

10850473_810559255668805_1916562215_n

Güney Azərbaycan Qurtuluş Partiyası Dr.Əhməh Şəhid, İran adlanan ölkə üzərə Bilrləşmiş millətlər təşkilatının insan haqları təmsilcisiylə, Çərşəmbə günü Dekabr ayının 17də Norveçin Oslo şəhərində toplantı geçirdi. Toplantı bir saat sürdü! Güney Azərbaycanla ilgili olan konular insan haqları üzərə dartışıldı!
Masaya qoyulan birinci qonu həbsdə olan milli mədəni fəalların durumu oldu. Həbsdə olanların siyahisi və indiki durumları Dr. Əhməd Şəhidə açıqlandı.Bölümün sonunda həbsdə olanlarla ilgili cənab Əhməd Şəhidə məktub verildi.
İkinci konu Güney Azərbaycanda yaşayan Türk millətinin,Qaşqay Türkləri və Türkmənlərin ana dili oldu və bu yöndə cənab Əhməd Şəhidə aşağıdaki informasiya verildi: Dünya ana dili günü birləşmiş millətlərin rəsmi təqvimində yer alıb ancaq belə bir gün İran adlanan ölkənin təqvimində yeri yoxdur. Baxmayaraq ki ana yasanın 15-ci bəndində bütün millətlər öz dillərini öyrənməyə haqları var amma bu haq heç bir zaman tanınmayıb və bu sorun əritmə siyasətinin başında gedir. Statiklə gösdərilən bilgilərə görə fəqət Doğu-Azərbaycanda hər il yaklaşık 700,000 uşağ məktəbi başlayır və yalnız yabançi dildə təhsil alır və ana dilində təhsil almaqdan məhrum qalırlar.
Azərbaycan Türkcəsinin oxullarda, bilim yurdlarında, televizyonda, radyoda, qazetlərdə və rəsmi yerlərdə yasaq olduğu danışıldı.Güney Azərbaycanlıların tiyatr, filim sənəti və musiqisini yasaq olduğu toplantının dəvamı oldu.
İran adlanan coğrafiyada Türklərin hər türlü aşağalanması isdərsə televizyondan isdərsə qazetlərdən və başqa yollarla konuya önəmli bir bölüm açdı və Tıraxtor oyunlarının necə geçdiyi sonrakı dartışmalara nədən oldu. Konunun sonunda rəsmi televizyondan yayılan aşağılamalar görüntü şəkilində CD olaraq cənab Əhməd Şəhidə təslim oldu.
Toplantının gedişində Güney Azərbaycanda tarixi yerlərin və abidələrin nədənsiz yıxılması və tarixin silməsi İran adlanan ölkənin rejimi tərəfindən yeni bir ilgi ortaya çıxardı. Ərk qalası, Rübe Rəşidi, Təbrizin milli kitabxanası, Tiyatr salonu, Alı qapı sənədli olaraq danışıldı.
Ekonomi durum sonsuz səviyyədə acınacaqlı qədər anlatıldı. Güney Azərbaycanda təkcə bir iyalətdən alınan vergi bir il içərisində 1358,000,000,000 tümən olub və bu gəlirin bir tümənidə ölkədə xərclənməyib və bütünü Tehrana göndərilib.
Bölgədə ən önəm daşıyan konu Urmu gölü oldu.Konunun başlanışında Dr. Əhməd Şəhid son yirmi-səggiz səyfəliq raporundan gölün durumuyla bağlı bir istatik(diyaqram)göstərdi.Güney Azərbaycan Qurtuluş Partiyası öncə buna görə ki uzun raporda ancaq bir-neçə xəttin bu konuyla bağlı olmasına etirazını bildirib və bölgədə bu gölün qurumasıyla nə fəlakət yarancaq xəritə də dartışıldı.
Cənab Əhməd Şəhid, gələcək raporunda yeni bir bölümün açılmasın dilə gətirib və Bölgədən insanların köçməsi, əkinçiliyin məhv olunması və heyvanların necə bilimli şəkildə qırqına uğraması bu bölümdə yazılacaqdır. Artırmalıyıq ki Dr. Əhməd Şəhid bu konuyla bağlı özəl çalışmalarının nədəninidə açıqladı.
Toplantıda tarixə bir dönüş oldu, belə ki 2002-ci ildə Muris Kapitorn insan haqlarının özəl təmsilcisi Güney Azərbaycan millətindən söz açdı və danışığnda 30 miliyon Türkün yaşadığından danışdı amma nə yazıq ki o zaman dünya gözlərini yumdu.
Güney Azərbaycan topraqlarının rejim tərəfindən fərqli-fərqli iyalətlərə bölünməsi və Astara, Ənzəli və Bicar şəhərlərinin fars dilli iyalətlərə verilməsı toplantı dəvamı oldu.
Önəmli və daha maraxlı olan konu Qaradağ bölgəsində deprəmdən etgilənənlər və onlar durumu dartışıldı.İran adlanan ölkə rejiminin yardım edməməsi və kütlədən gedən yardımların əngəlləməsi sözün dəvamı oldu.
Deprəm bölgəsində yardımla bağlı əmək verən milli faallar və çalışanların necə rejim tərəfindən hədələnməsi və həbsə atılmaları Dr. Əhməd Şəhidə şok verici bir xəbər və istatik oldu.
Toplantının gedişində Güney Azərbaycanda olan dini azınlıqlardan söz geddi. Ələvilər(Əhli-Həq), Kürəsünni və Bəhayilərin dürümü son zamanlarda anlatıldı və son zamanlar rejim əliylə oda çəkilən Kürəsünnilərin ibadət yerləri Ərdəbil əyalətində dartışıldı.
Toplantının sonunda Güney Azərbaycan Qurtuluş Partiyası tərəfindən, doktor Əhməd Şəhidə, insan haqlari konusuyla çalışmalara ayid özəl məktub təslim olundu!
Artırmalıyam ki bu toplantıda Azərbaycan səsi radyosu və Ajans Xəbərdə xəbər yayımlamaq üçün qatılmışdılar.

Güney Azərbaycan Qurtuluş Partiyası
Partiya Sözçüsü
Sərdar Əsədi

……………………………………………………………………………………………………………………

……………………………………………………………………………………………………………………

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s