Yashar Heydari: Qurtuluş Yölu

10170869_636805043066689_4181526086809625252_n

                                         federalizm ve ya istiqlal

                  Bir sıra milli fəallarımız belə bir düşüncədədir ki, öncə milli-mədəni haqlarımızı alaq, ondan sonra görək nə olur. Məktəblərimiz, mediamız… ana dilimizdə – Azərbaycan türkcəsində olsun, sonrasına baxarıq… Ancaq təbii ki, təkcə milli-mədəni haqlar əldə etməklə Güney Azərbaycanın qurtuluş yolu bitməz. Milli-mədəni haqlara yiyələnmək çox gərəklidir, ancaq başqa önəmli haqların da varlığı unudulmamalıdır.

                  Bəziləri tez-tez federalizmdən söz açır. Ancaq Güney Azərbaycanın qurtuluşu federalizmdə də deyil, çünki federalizm ağrıkəsiçi kimi bir şeydir, xəstəliyi sağaltmaz, sadəcə ağrını bir az önlər.

                  Bizə elə gəlir ki, burada atalarımızın “Niyyətin hara, mənzilin ora” deyimi ilə ortaya qoyduqları gerçəklik gözdən qaçırılır. İnsanoğlu başqalarını aldadıb-qandırmağa cəhd edər və bir çoxları qandırılıb tələyə düşər, ya da yolunu çaşar. Ancaq insanın öz- özünü aldatması bir az daha üzücüdür. Bir sıra soydaşlarımız Azərbaycan Milli Hərəkatında federalizm sözünü ortaya atmaqla və “Öncə federalizm, sonra istqlal” iddiasını irəli sürməklə həm özlərini, həm də başqalarını doğru yoldan caydırmağa çalışırlar.

                  Əlbəttə, bu məsələ hamı üçün eyni dərəcədə keçərli deyil, çünki bu düşüncəni ortaya atanların bir kəsimi bilincli (şüurlu) şəkildə hərəkət etdiyi halda, başqa bir kəsimi bilmədən bu siyasətin qurbanı olur. Təbii ki, bilincli şəkildə bu fikri ortaya qoyanlar Azərbaycan türklüyünə xəyanət edirlər.

                  Son dönəmlərdə solçuların bir qismi yurddışında yaşayan istiqlalçı kəsimin öz içərisindəki anlaşmazlıqlardan yetərincə yararlanaraq meydan sulamaqdadır. Hər yanda “Azərbaycan Milli Hərəkatı susqunluqdadır” iddiasını ortaya atıb, neçə-neçə proqramlar düzənləmiş və bir sıra sadə insanlarımızın rəğbətini qazana bilmişlər.

                  Federalizmdən istiqlala yetişmək olarmı, yoxsa yox?

                  Məncə, olmaz! Saç kəsən dəlləyin də, paltar tikən dərzinin də əlində qayçı var, ancaq bu qayçı eyni olsa belə, dəllək paltar tikməyi, dərzi də saç kəsməyi bacarmaz. Başqa sözlə, məsələ qayçıda – vasitədə deyil, hədəfdədir.

                  Hər bir şeyi müəyyənləşdirən hədəfdir. Əgər federalizm vasitə kimi yox, hədəf kimi göstərilirsə, onda istiqlal məsələsi ört-basdır edilir, sıradan çıxarılır.

                  Şübhəsiz, bu o demək deyil ki, federalçı kəsim qətiyyən istiqlalçılarla bir yerdə hərəkət edə bilməz. Bir az diqqət yetirsək, federalçı kəsim yolun yarısınadək bizimlə yol yoldaşıdır və bəlli bir yerədək birgə getməyimiz çox doğru olar. Ancaq hədəf məsələsi ilə bağlı diqqətli olmasaq, bu yol yoldaşımız bir az birgə getdikdən sonra yolumuz üstə daşa dönüb əngəl olar, yolumuzu yarıda kəsər…

                  Nədən bir sıra yazar və bilginlərimiz istiqlaldan yana deyillər?

                  Çox yazıqlar ki, bu bilgin və yazarlarımız illər boyu fars dilində yazıb-yaradıblar. Bir gün Güney Azərbaycan istiqlalını alarsa (inanırıq ki, alacaq və o qutsal qurtuluş günümüz çox da uzaqda deyil), bu bilginlərimiz havada qalacaqlar: çünki yazıb- yaratdıqları öz millətinin və öz ölkəsinin yox, yabancı fars xalqının malı sayılacaqdır.

                  Federallıq olarsa, bu bilgin və yazarlar “Hamımız iranlıyıq!” kimi uydurucu sözlərlə ömürlərini başa vuracaqlar…

                  Federal düşünü (röyasını) başlarında gəzdirənlərdən soruşmaq gərək ki, İran adlandırılan ölkədə federalizm sistemi iş üzərinə gələrsə, irqçi fars millətciləri və ya federalçı farslar çoxunluqda olan Azərbaycan türklərinin bayrağını ölkənin birinci bayrağı olaraq qəbul edərlərmi? Və yaxud Azərbaycan türkcəsini ölkənin rəsimi dili, fars dilini isə ikinci dil kimi qəbul edərlərmi? Farslar buna hazırdırmı?

                  Atalar demişkən, görünən kəndə bələdçi gərəkməz…

yaşar heydəri

güney Azərbaycan qurtuluş partya

medya förum

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s