Marsa uçmağa hazırlaşan azərbaycanlı: “Bakının rəmzini aparacam…”

Allen-Mirqedirov2Allen (Ələkbər) Mirqədirov oktyabrın 16-da ABŞ-ın Havay ştatında başlayan Marsa şərti 8 aylıq uçuş ekipajının 6 üzvündən biridir.
ABŞ Hərbi-Hava Qüvvələrinin (HHQ) 31 yaşlı zabiti, komandanın bort mühəndisi Allen Mirqədirov Bakıda dünyaya gəlib və böyüyüb. 90-cı illərin əvvəllərində o, 10 yaşında ikən ailəsi ilə ABŞ-a köçüb.
Bu yaxınlarda Allen və daha 5 nəfər NASA (ABŞ-ın Milli Kosmik Agentliyi) komissiyası tərəfindən Marsa uçuşa maksimum bənzəyən eksperiment üçün seçilib.
Allen Mirqədirov “Turan”a müsahibəsində bu qeyri-adi hadisə haqqında məlumatı bölüşməyi məmnuniyyətlə qəbul edib:
 
– Bu eksperiment NASA tərəfindən keçirilir. Onun məqsədi 8 ay ərzində ekipaj üzvlərinin uyğunlaşa bilməsini yoxlamaq məqsədilə daha çox sayda eksperiment həyata keçirməkdən ibarətdir. Marsa uçuş və geri dönüş məhz bu qədər zaman alacaq. Vəzifə mümkün psixoloji problemləri araşdırmaqdan və Marsa uçuşlar həyata keçirilməyə başladıqda bu təcrübədən istifadə etməkdən ibarətdir.
Ekipajda üç kişi və üç qadın var. Ekipaj komandiri Marta adlı qadındır, o, kanadalıdır. Məndən başqa qalan üzvlər Amerikada dünyaya gəlib.
Eksperimentdə mən avadanlığın, o cümlədən kompüterlərin texniki vəziyyətinə, onun saz vəziyyətdə olmasına və uçuş marşrutuna görə məsuliyyət daşıyıram.
Ümumi vəzifələrdən başqa mənim öz eksperimentim də olacaq – uçuş trayektoriyasını optimallaşdıran kompüter proqramının işlənib hazırlanması. Bunun mənası planetlərin Günəş sistemində hərəkətini nəzərə alaraq Marsa gedən ən optimal yolu hesablamaqdan və çizməkdən ibarətdir. Ola bilər ki, Marsa uçuş müddətini azaltmaq olar.
– Bu eksperiment nə vaxtsa iştirakçıların Marsa uçacağı deməkdirmi?
– Belə bir zəmanət yoxdur. Bizim hamımıza deyiblər ki, bu, yalnız eksperimentdir, amma o, uğurlu keçərsə və ekipaj üzvlərinin davranışından asılı olaraq onların gələcəkdə Marsa gedən ilk ekipajlarda olmaq şansı daha çox olacaq.
-Bu, nə vaxt baş verə bilər?
-Bu, ən tez 2022-ci ildə baş tuta bilər. Burada texniki məsələlərdən başqa sırf maliyyə tərəfi də var, yəni bu qədər bahalı layihənin maliyyələşdirilməsi Konqres tərəfindən təsdiq edilməlidir.
– Namizədlər necə seçiləcək?
– Çox sayda testlər olub. Namizədləri bir neçə mərhələdə seçiblər: ixtisasdan başqa fiziki və psixoloji vəziyyəti, xarakteri, uyğunlaşa bilmək qabiliyyətini yoxlayıblar. Sonuncu mərhələdə 10 namizəd qalmışdı, onları həyatda qalmaq qabiliyyətlərini yoxlamaq üçün sözün əsl mənasında meşəyə atmışdılar.
Biz 10 gün açıq hava altında yaşadıq, suyu və yeməyi özümüz tapırdıq, bir-birimizə kömək edirdik. Mən xasiyyətcə elastik biriyəm, tələbkar deyiləm və çətinlik və məhrumiyyətlərdən qorxmuram. Yəqin elə buna görə məni qəbul ediblər. Marta isə, təşkilatçıların fikrincə, ekipaja rəhbərlik edə biləcəyi üçün lider oldu.
– Kişilər 8 ay qadının rəhbərliyi altında yaşaya biləcəkmi?
– (gülür) Düşünürəm ki, iştirakçıları və komandiri seçənlər nə etdiklərini yaxşı bilirdilər. İndi biz görüşürük, ünsiyyətimiz var, hər şey normaldır, heç bir problem yoxdur. Eksperimentin yekunlarına görə də belə olacağına ümid edirəm.
– Eksperiment harada, necə bir məkanda keçiriləcək?
– Layihə Havayda yerli universitet bazasında həyata keçiriləcək. Məkan 12 metr diametri olan, yarıya qədər qapalı günbəzə bənzəyir. Eksperiment zamanı o, tamamilə bağlanacaq və kənardan görünməyəcək. İçəridə olanlar da bayırda baş verənləri görməyəcəklər.
Günbəzin altında 6 kayut, iki tualet var. Biz 8 ay belə bir yataqxanada qalacağıq. Doğrudur, bəzən skafandrlarla “Mars”ın səthinə çıxacağıq və müəyyən tapşırıqları yerinə yetirəcəyik.
– Eksperiment uğursuz keçə və ya pozula bilərmi?
– Ekipaj 8 ay ərzində birgə yaşamağa tab gətirməsə, onun üzvləri bir-biri ilə yola getməsə, bunu uğursuzluq hesab etmək olar. Lakin seçim çox ciddi olub və iştirakçılar çox məsuliyyətli insanlardır, buna görə belə bir variantın ehtimalı çox azdır.
– Özünlə borta Azərbaycanın rəmzini aparacaqsanmı?
– Bunu məmnuniyyətlə edəcəyəm. Amma hələ özümlə məhz nə götürəcəyimə qərar verməmişəm. Düşünürəm ki, bu, mənə sonuncu dəfə 2010-cu ildə baş çəkdiyim Bakını xatırladacaq bir şey olacaq.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s