TƏŞKİLATLANMA SURƏCİNDƏ ÇATIŞMAZLIQLARIMIZ (3)

yonetimKeçən yazının sonunda, təşkilatlanma və hədəfə irəliləmə yolunda, iki sözün, “eşq” və “sədaqət” kəlmələrinin üzərində dayandıq. Bu sözlər və bunlara oxşar kəlmələr(özəlliklər), “davranış” qavramında yerləşirlər. Demək uğurlu təşkilatlanmaya nayil olmaq üçün uyğun davranmalıyıq. Ola bilər ki bir davranış özündə böyük bir milli sevgi göstərsin, düzgün və səmərəli  olsun, ola bilər ki yalnış, dağıdəcı və hətta xainanə olsun.Bəs görək davranış nədir və bu qavramın yeri təşkilatın harasındadır. Bunu açıklamaq üçün davranış qavramın tərif edib, sonra “təşkilat”ın tərifinə qayıdırıq.
 

Davranış nədir:

Biz “davranış” sözü ilə bunu düşünürük ki, bir insan ya heyvan nə edir, o nə üçün bu işləri görür, içəri dən və dışari dan gələn uyaranlara (stimula, təşviqə) necə reaksiya verir. [Free Online Dictionary …]: “The actions or reactions of a person or animal in response to external or internal stimuli.”

 

Təşkilatın tərifində deyilir: Örgüt  və ya təşkilat sosial bir sistemdir ki, bilənəkdən,  müəyyən hədəflərə nail olmaq üçün qurulur.

Bu tərif iki önəmli fenomeni özündə əhtiva edir, hədəflərsistem. Orada deyilir:

  1. Təşkilat sosial bir SİSTEMdir ki
  2. Müəyyən HƏDƏFLƏRƏ nail olmaq üçün qurulur.Hər bir sistem bir-birinə bağli olan çeşdli elementlərdən(ünsürlərdən) təşkil tapır. Bu elementlər bir tapşırığı yerinə yetirmək üçün müntəzəm və qarşılıqlı iş birliyindədirlər. Misal üçün, həzm sistemi(bir organik təşkilatın bir sistemi), hüquqi sistem(sosial bir sistem) və …Mintzbergin nəzəriyyəsinə görə, bütün təşkilatlar müxtəlif dərəcədə beş əsas hissədən (elementlərdən) oluşur :
  • Operativ hissə : Təşkilatın əsas bir hissəsidir ki ümumi məqsədlərə nail olmaq üçün, tələb olunan işləri yerinə yetirir, misal üçün: bir ürətim (istehsali) təşkilatda(fabrikdə), bütün istehsalla bağli fəaliyyətlər .
  • Bir orta yönətim: Operativ hissəni koordinasia etmək və ona nəzarət etmək bu qrupun əsas görəvidir. Həmçinin operativ hissə və yönətim arasında informasiya kanalı kimi xidmət edir.
  • Baş yönətim: yüksək inzibati məsuliyyəti olan bir qrup.
  • Tekniki struktur : Bir qrupdan ibarətdir ki faktiki istehsal hissə deyil, lakin iş planlari hazırlyib, düzgün prosedurlər yaratmaqda və bunlara oxşar işləri görməklə, operativ hissəyə təsir edir .
  • Dəstək strukturu : Bir qrupdan oluşur ki faktiki istehsal üzvü deyil , lakin təşkilatın funksiyası yerinə yetirilmək üçün zəruri olan bir qrup dur. Məsələn  yeməkxana , təmizlik və əmək haqqı ödənişi.Bu beş elementlər  ölçü və əhəmiyyət  baxımından dəyişə bilər, və müxtəlif yollarla da birləşdirilə bilərlər. [5]

yonetim2Mintzberg: Təşkilatın beş əsas hissələri

(Mintzbergin təşkilat forması ümumi bir formdur və çox, istehsali təşkilatlara ayiddir. Siyasi təşkilatlara uyğun bir təşkilat forması gələn yazılarda gostərməg nəzərdə tutulubdur.)

Mintzbergin dediyi elementləri bir-birinə görə uyğun şəkildə yerləşdirib, onların arasında lazim qonoşmalar yaratmaqla və daha çox sayli lazimi qərar verməklər və tənzimləmələr ilə təşkilat strukturu yaranır.

Təşkilat strukture

Təşkilat strukturu təşkilatın arkitekturu (memarlıq) dır və insanların onun dışarısında və içərisində yaşamaq və işləmək imkani üçün nəzərdə tutulmuşdur (dezayn olmuşdur, tasarılanmışdır)

Təşkilat strukturunün bir fiziki və bir sosial anlami var dır. Strukturun fiziki anlami təşkilatin fiziki elementləri arasındaki münasibətlər isə onun sosyal anlami təşkilatın sosial elementləri arasindaki olan münasibətlərdir. Sosial element dedikdə, təşkilata məxsus  insanlar(üyələr), vəzifələr və təşkilati vahidlər nəzərdə tutulur.

Bu sahədəki alimlərdən biri olan Mari Jo Hatch-in dediyinə görə “Hatch s. 269” fiziki struktur əsasən bunlardan ibarətdir: coğrafiya (yerləştirmə) mərtəbə planları və dizayn “dekor”.

Təşkilatın sosyal strukturu, təşkilat çərçivəsində olan tamam sosyal qərarları, danışmaları, davranışlari və fəaliyyətləri özində ehtiva edir. Təşkilat sahəsində ki bəhslərdə sadəcə “təşkilat strukturu” işlənilir və bununla təşkilatın rəsmi sosyal strukturu nəzərdə tutulur.

Təşkilat strukturu səmərəli fəaliyyət göstərmək üçün fisiki strukturdan bəhrələnir.

Genəldə hər bir rəsmi təşkilat strukturu bir cədvəllə(chart, şema) bəlirlənir. Təşkilat cədvəli təşkilatin iyerarxiyasın(hiyerarşi, silsiləməratib) nişan verir.

Qeyri rəsmi (informal) təşkilati struktur:

Təşkilatların fəaliyyət yaşamında,  üyələr arasındaki qarşılıqli reallıqlar əsasında qeyri rəsmi strukturlar da yaranır. Bu strukturlar ola bilər neqativ ya da positiv olsunlar. Qeyri- rəsmi strukturlar mümkün halda rəsmi struktura təsir edər və hətta inkişaf edib rəsmiləşər.

Qeyri rəsmi strukturların inkişafının səbəbi:

• insanlar işlərin görmək üçün yeni və asan yollar tapıb və vaxtlarında qənaət edirlər.

• dostluq və digər münasibətlərlə onların arasında qarşılıqlı əlaqə ülgüləri formalaşır

• insanlar rəsmi strukturların nə olduğun unuturlar

• Özləri(?) qurduğu qeyri rəsmi strukturula işləməyi daha asan görürlər.

Təşkilat qavramın çalışıb öyrənməkdə görünür ki, təşkilatı öyrənmək o qədərdə ki aid olan təriflərdə deyilir, sadə deyil, tərsinə o çoxda mürəkkəbdir. Amma bütövlikdə düşünülür ki təşkilat əsasən bir qeyri fiziki quraldir və öz üyələrinin davranışlarından asılıdır. Tor Bush yazır(2013).

“Danılmaz dır ki, bu günki toplum, ən azı Qərb dünyasında, daha da dinamikdir. Bu gün amaclar, bazarlar, ehtiyac, xidmət və əməkdaşlıq, millətlər, mədəniyyətlər və dinlər arasında olan ənənəvi sınırlardan asılı olamayaraq oluşurlar. Belə bir dövrdə “proses nəzəriyyəsi”[bir neçə bənd aşağıda izah verilir. Mütərcim] xüsusi maraq doğurur, və çox ehtimalla ancaq, demək olar ki təşkilatın zamanı, bir fiziki şey kimi keçibdir….”[Tor Busch, 2013]

Təşkilat teoriyəsiənləri çox çalışıblar ki, təşkilat üçün daha uyğun modellər və təriflər tapsınlar, və onu o cür ki gərçək dir izah etsinlər.

Başqa və güclü üzə çıxan bir ənənə ki, ümumi bir ad kimi proses nəzəriyyəsi adlandırıla bilər, bu soruna cavab axdarmaqdadır ki, təşkilatlar, necə zaman sürəcində, formalaşır və necə unikal sosial və fiziki şərayitlər unikal fərqlərə imkan verir? Bu ənənə ilə, bir təşkilatı öyrənmək istəyən şəxs, təşkilatlara bir şey ya bir sistem kimi baxmır, əksinə o hər zaman sosial fəaliyyətlərin yaratdıği təşkilati görür. Tor Busch(s. 20) yazır ki: “Təşkilatlar yoxdur, onlar oluşurlar”. O daha sonra(s. 200) yazır ki: “Demək olar struktur dayimi tikrarlanan davranışlarla qurulur.

Təşkilati strukturu öyrənmək, nə üçün lazımdır?

Bir təşkilatın üyələrinin davranışların öyrənmək üçün o təşkilatın rəsmi strukturun öyrənmək gərəkir. Təşkilati struktur əslində insanın davranışına üç yolla təsir edir:

Fukus, Odaq: Təşkilati struktur, görəvlərin sınırın aydınlaşdırır, təşkilatın görməli və görməməli işlərin göz önünə çəkir, və beləliklə fokus nuqtəsi yaradır, insanın fikrlərin və hisslərin görəcək işinə toplaşdırır. Təşkilati struktur öhdəliklərin sınırın aydınlaşdırır və sınır alanı içində üzmanlıq üçün fürsət yaradır.

Koordinasiya: Təşkilati struktur, təşkilatın müxtəlif ixtisaslaşdırılmış fəaliyyətlərini əlaqələndirmək üçün bir vasitədir(onları koordinasiya/həmahəng edir). Neçə insanın davranışlari bir- biri ilə əlaqədə olmaqla sürülür və beləliklə təşkilatın bacarısı yüksəlir. Bu nailiyyət, qaydaları, prosedurları, mükafat sistemlərin və rəsmi strukturlari düzgün istifadı etməklə hasil olur.

Sabitlik: Təşkilati struktur üyələrə təşkilatda sabit mövqe yaratmaqla təşkilatın əməkdaşları üçün sabitlik yaradır. Beləliklə onlar ki özlərin təşkilata aid bilirlər, düşünürlər ki təşkilatdan nə gözləyə bilərlər və nə gözləyəbilməzlər, və nəhayət bu davranışları dəyərləndirmək də mümkün olur.[5]

Beləliklə demək olar ki, hər bir təşkilatın rəsmi strukturu, həmən təşkilatın üyələrinin davranışların öyrənib, onlari etkiləndirməklə dəyişirir və təşkilata uyğun bir davranış(təşkilati davranış) və mədəniyyət (təşkilati mədəniyyət, təşkilati kültür) yaradır.

***

« Sök dağıt bu piramidləri, birisi dedi.

Deyəsən elə birisi də bu işi görüb, onları söküb töküb dağıtdı.

Amma mən bilirəm ki hələ onlar vardir.

Və görürəm, bir neçə  kişi onlara dırmaşır, və bir neçəsi də mənim kimi hələ piramidlərin dibində dayanıb.

Hərdəm dumıxıb fikir edirəm ki, necə olardi mənim də yönətimdə yerim olaydi, nə olardi rəhbər mən olaydım.

Bacarardım düzgün deyişikliklər edəm, yoxsa məndə onların birisi olub onlar kimi piramidin yüksək zirvəsidə oturardım? »

***

[Per Ø. Bastøe and Kjell Dahl]

Mən elə düşünürəm ki, biz milli hərəkat fəalı olaraq hər birimiz, öz davranışlarımızı araşdırıb agah olmaliyıq ki, hansı davranışlarımız milli azadlıq uğrunda gedən mübarizədə düzgün və hansi yalnış olubdur, və xahiş edirəm ki çalışaq aşağıdaki sorunları dartışıb özmüzi sədaqətlə cavablandıraq!

  • Keçən ildə mənim neçə yalnış davranışlarım olubdur?
  • Mənim yalnış davranışlarımın dalında nələr dayanıbdır?
  • Mənim hanki özəlliklərimdə çatışmayan cəhətim vardır ki məni yalniş tutuma, yalnış hərəkətə və yalnış davranmağa sövq edir?
  • Millətimə yaxşı xidmət etmək üçün, mən özümü deyişdirməyə hazıram?

 

Yazını oxumağınız üçün və sorunlara sədaqətlə cavab verməyiniz üçün sağ olun!

T. A. Ocaq 2014

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s