TƏŞKİLATLANMA SURƏCİNDƏ ÇATIŞMAZLIQLARIMIZ (2)

şkilat?

Bir qadın ona verilən sorunun cavabında dedi:

– Biz təşkilat qurmaqa çalışmırıq. Orqanik olanların təşkilatlanmağa nə ehtiacı? Siz
dışarıdan içəriyə sarı qurursuz, biz içəridən dışarıya sarı qururuq. Siz
bu quruculuq işində özünüzü daş-kərpic material yerinə işlətməklə inşa edirsiz
və dışarıdan içəriyə sökülüb-tökülüb bir-birinizin üstünə aşırsız. Biz
içəridən qururuq, canlı ağaç kimi qol-budaq atıb çevrəmizə körpü salırıq.
Bu körpülər nə cansız materiallardandır, nə də zor altında ölüm.

Bizdən çevrəyə canlı yayılır.

Sizdə cansızlar
içəri gedir.

 

 

Yazar:      Karin Boye
Çevirən:  Turan A.

Təşkilat nə deməkdir

Təşkilat nəzəriyyəsinə görə, örgüt / təşkilat sosial bir sistim dir ki, bilənəkdən,  müəyyən hədəflərə nail olmaq üçün qurulur.

Həmən tərifə göre demək olr ki,

Örgüt və ya təşkilat elə bir qurumdur ki aşağıdakı attributtların  hamısnı birlikdə özündə ehtiva edir,

  1. Bir neçə kişi ki bir arya gəliblər,
  2. O kişilərin bir və ya bir neçə bəlirli ortaq amacları vardır
  3. Onlar bu hədəflərinə yetişməg üçün işbirligi aparmağa qol çəkiblər
  4. İşbirligi aparmaq üçün onlar, ortaq bir dil və davranış ülgüləri / qəlibləri tapıb, görəvlərini və sorumluluklarını öz aralarında müəyyənləşdiriblər.
  5. Amacları istiqamətində maraqli işləri aydınlaşdırıb onlari gərçəkləşdirməg üçün uzunmüddətli və qisamüddətli irəliləmə planları düzənləşdiriblər.
  6. Müntəzəm və müdavim olaraq çalışma sürəcində irəliləmə planlarını kontrol edib lazim gələn artı işləri və ehyanən lazimi dəyişiklikləri yerinə yetirirlər. Beləliklə öz amaclarına yaxınlaşırlar / yetişirlər.

Tşkilat növləri / formalari:

  1. Rəsmi(formal) təşkilatlar
  2. Qeyr rəsmi(informal) təşkilatlar

Rəsmi(formal) təşkilatlar:

Formal təşkilat səmərəli xüsusi məqsəd yerinə yetirmək üçün nəzərdə tutulmuş və strukturlaşdırılmış böyük bir orta qrupudur[1]. Hökumətlər, korporasiyalar, universitetlər, xəstəxanalar və siyasi partiyalar rəsmi təşkilatlara örnəkdır. Formal təşkilatlar vahid ətraf mühit və yaxud dövlət hakimiyyət orqanları tərəfindən tanınır, bundan başqa, təşkilat adından danışmaq və ya müqavilələr bağlamaq hüququ rəsmiləşdirilir.

Yəni formal təşkilat elə bir təşkilatdir ki, o uzun müddət mövcuddur(stabildir) və qanunu təsdiqlənmiş atributlara malikdir ( ünvan, möhür, bank hesabi və s.), başqa sözlə hüquqi şəxsdir.“ [1]

 

Rəsmi təşkilatın özəllikləri

  • Yaxşı müəyyən olunmuş qayda və tənzimlənməsi
  • İxtiyari strukturu
  • Müəyyən məqsədləri və siyasətləri
  • Status simvolu
  • Fərdi fəaliyyətin məhdudlaşdırılması
  • Koordinasiya prinsipinə ciddi yanaşma
  • Zənciri əlaqə və informasiya axıni

Qeyr rəsmi(informal) təşkilatlar:

Qeyri-rəsmi təşkilatlar sosial təcrübə və müxtəlif danışıqlar formaları əsasında müəyyən edilir. Ailə, klan(qəbilə), dostlar qrupları, qonşu şəbəkələri və oxşar gruplar da qeyri- rəsmi təşkilat sayılırlar. Qeyri-formal təşkilat müəyyən müddət ərzində xüsusi bir tapşırıqı yerinə yetirmək üçün formal bir təşkilatın tərəfindən də yaradıla bilər, Lakin formal təşkilatın rəsmi iyerarxiya(silsiləməratib) və məqsədləri var, və orada üyəlik vəziyyəti bir özəl müqavilə ilə tənzimlənir.

Qeyri-formal təşkilatlar, ən kiçik təşkilatlar istisna olmaqla, bütün formal təşkilatların daxilində mövcuddur. Qeyri-formal təşkilatların əsas özəlliklərindən biridə  qanuni təyin edilmiş rəhbərbrin olmamasıdır.” [1]

Rəsmi təşkilatlar iki əsas grupa bölünürlər.

  1. Əmək təşkilatları: Əmək təşkilatları özəl və ya dövlət sektorununda bəlirli bir məhsul istehsal etməg üçün və ya özəl bir xidmət göstərməg üçün qurulublar. Örnək: xəstəxanalar, bilimyurdları, ordu, post, fabrikalar və…
  2. Könüllü təşkilatlar:  Bu təşkilatlar iki yerə bölünürlər.
    1. İdeal təşkilatlar: Bu təşkilatlar özəl dini, mədəni, humanitar, idman, siyasi və iqtisadi maraqlara və dəyərlərə uyğun çalışırlar.
    2. O təşkilatlar ki üyələrinin maraxlari üzərində qurulublar(bu təşkilatlar yalnız öz üyələrinin maddi və ökonomi maraxlarindan difa edirlər). İşçilər ittifaqi və həmkarlar ittifaqi bu katagorıda yer alırlar.

[1] Orta gurup(Secondary Groups) gavramı dəqiq düşünməg için, yazınin sonundaki cədvələ müraciət edə bilərsiniz.

 resmi-tes

 
Siasi təşkilat və təşkilatlanma istəgi

 Giriş:
Yuxarıda Karin xanımın dahianə sözləri, mənə uşaqlıqimda eşitdigim bir qısa şeri xatırladır. Şerin tarixçəsi və ya onun yaranma durumunu aydınlaşdırmaq, şeri yaxcı düşünüb ondan dərs almaqda maraxli oldığından, şerin özündən öncə  elə onun tarixinə qısa bir baxışimizın olmasın uyğun görürəm.

Hicri Şəmsi təğvimilə 1340 ci illəri idi. Hələ İran adlanan ölkədə feodalism (xan- xanliq) sistimi hükm sürürdi. Məhəmməd Rza “şah”, özün modern göstərməg üçün, ağ inqilab adına, ökonomi və ictimayi islahatlar aparmaq istəyirdi.

Güney azərbaycanda onun və hətta onun babasının da, nə qədər ziddi türk olduğunu, özəlliklə kətdilər və yoxsullar qarşısında çox qəddar və yırtıcı oldığını çoxları bilirdilər və ona görədə onun dedigi inqilaba hətta onun tərəfindən düzlü başlı bir reform keçirilməsinə də inanmırdılar. Aşağıdaki xatırlanan şer də elə bu inamsızlıqı əks etdirir. Bu şer elə həmən illərdə güneydə bir çox aydınların hətta kətlilərin dillərində dolaşırdı.

Maliklər diyər Ay- yerinə, Gün gələ bilməz.

Gər cəzveyi eşq olsa, gətirrəm necə gəlməz,

gər cəzveyi eşq olmasa, gəlsədə vecə gəlməz.

Şahın “ağ inqilab”ının sözün, həlik burda dayandıraq, on- oniki il dala qayıdıb və millərimizin törətdigi bir tarixdən söz açaq, deməli demokrat hərəkatından.

Tariximizdə demokrat firqəsi, biz üçün çox- yönlü və önəmli dərs qaydaxlarıdır. Ökonomi, sosial və siasal zülmlərə və həqarətlərə məruz qalmış millətimiz 1944- 46 ci illərində açılmış fürsətdən bəhrələnib millətimizin yetişmiş liderlərinin göstəricisilə ayağa qalxdi. Onlar azadlıq və demokrasiyanı özlərinə hədəf tutub, çox bir qissa zamanda, rahatcasına təşkilatlandılar. Bu təşkilatlanmalar, Güney Azərbaycanın tamam şəhərlərində və kətlərində demək olar ki avtomatik olaraq oluşduruldu. Düzdür ki onların çoxu məktəb görməmişdir, təhsil almamışdır və hətta belə yazı- pozu bilmirdilər,  onlar təşkilatlanma yönündə də heç bir bilgiyə və yaxud təcrübəyə də malik deyildirlər, amma onlarda öz tutduxlari yolda eşq varlaridi və bu yolda sadiqidilər. Karin xanımın dedigi kimi onlar organikidilər, ən az zamanda təşkilatlandılar, xol- budağ atdılar və böyüdülər. Baxmayaraq ki onlar demıkrat firqəsinin tamam yaşayış döründə, ökonomi və artıq bir sra problemlərdən əlavə şəhərlərdə şahın qoşunlarila savaş aparırdılar, o ağır dürümdada həqiqətən möcüzə yaradıb və 18 ayın ərzində milli hükumətin tərəfindən önəmli izlər qoydular.

 

Ağ inqilabın ümdə qisməti “islahati ərzi” (yer- malikiyyətində reform) adlandırılırdı və güya hədəf o iydi ki, kətliləri xanların əlindən qurtarsın, onları xurdə malikə / özgür əkinçiyə çevirsin. Amma şahın ayrı hədəfləri varidi, o bu yolda kətlilərə, nə sədaqəti varidi nədə onlarin pis durumda yaşamaqlarına ürəgi yanırdi. Millətə, kətliləre eşq olmadan, ağ inqilab səmər vermədi (vecə gəlmədi), kətlilərin bir qisminin durumu bir az düzəlsədə, çoxları ökonomi nəzərdən daha da pis duruma düşdülər, çıxış yolu tapmaq üçün çox kətlilər mal- davarlarında məcbur olub asgik qimətə satıb Tehrana qaçsın, hələbi abadlarda yaşayıb fəhləlig eləsin. Şahın kətlilərə verdigi vədəsi yerinə yetişmədi çünkü onlara sədaqəti və eşqi yoxidi.

Yuxarıda yazılan sətirlərdə, demokrat firqəsinin çox bir qissa zamanda, uğurla təşkilatlanmasına, və milli hükumətin böyük və önəmli uğurlarına, və ha belə şahın ağ inqilabının kətlilərin nicat yolunda uğursızlığına işarə etdik, indi lütfən, gəlin aşağıdaki sorunların cavablarını axtaraq.

  • Təşkilatlanma sürəcində bizim zəflərimiz nədir? İllət nədir ki 18 ayda yox, 20 ildə də təşkilatlana bilməmişik?
  • Bizim atalarımız necə 18 ayın ərzində, savadsız, yada kəm savad olaraq təşkilatlandılar?
  • Milli hədəflərimizin yolunda “sədaqət” qavramın necə düşünməkiyik?

 

– İdaməsi gələn yazıda

Turan Azərbaycanli

 

Sociologists usually distinguish between two major types of groups: primary and secondary groups (Cooley, 1963) summarized in the table below:

Differences Between Primary and Secondary Groups
Primary Groups Secondary Groups
Small size Larger size
Extensive level of face-to-face interactions Limited level of face-to-face interactions
Interaction over extensive periods of time Interaction over limited periods of time
Wide range of interaction settings Interactions geared to some specialized purpose
Emotion-based interactions Formal interactions

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s