Azərbaycan yeni kəşfiyyat maşınını sınaqdan keçirdi

1403086294

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) mütəxəssisləri tərəfindən hazırlanmış zirehli-kəşfiyyat döyüş maşınının (ZKDM) hərəkət testləri və digər göstəricilər üzrə sınaqları başa çatıb.

Hazırda maşının silahlandırılması ilə bağlı işlər aparılır.

Müdafiə Nazirliyinin təqdim etdiyi texniki şərtlərə uyğun olaraq maşının üzərində təkmilləşmə işləri həyata keçirilib. Maşının eksperimental nümunəsinin üzərində nümayiş etdirilmiş döyüş modulunun daha da təkmilləşdirilməsi nəzərdə tutulur.

Təkmilləşmə işlərindən sonra döyüş modulunda reaktiv raket buraxıcı qurğunun və AQS-30 qumbaraatanın döyüş sursatları ilə qidalanması maşının daxilindən həyata keçiriləcək.

Qeyd edək ki, ZKDM ilk dəfə 2013-cü ilin sentyabrında Bakıda keçirilmiş «Azərbaycan 10 ildə» sərgisində nümayiş olunub. Milli ZKDM özünün xarici dizaynı, qoruma səviyyəsi, silahlanması və digər imkanları baxımından sovet istehsalı olan BRDM-2 maşınlarından əhəmiyyətli dərəcədə fərqlənir.

ZKDM alt hissədə mina partlayışlarına, yanlarda mərmi və əldəqayırma partlayıcılara və güllələrə qarşı yüksək qorumaya sahibdir. Maşının gövdəsi minaya qarşı qorumanı təmin etmək üçün V formasında dizayn olunub. Gövdənin ikiqat zirehi heyəti hətta B-32 tipli zirehdeşən güllələrdən mühafizəsini təmin edir. Sifarişçinin istəyinə uyğun olaraq maşın gövdə və yanlarda əlavə zirehlə daha da gücləndirilə bilər. Maşının digər özəlliyi isə partlayış zamanı aşmamasıdır.

Döyüş maşını yerli mütəxəssislər tərəfindən yaradılmış idarə olunan döyüş moduluna malikdir. Bu qüllənin silahlanmasına iki lüləli 23 mm çaplı QŞ-23 topu, 7.62 mm çaplı PKT pulemyotu, 30 mm çaplı AQS-17 qumbaraatanı, S-8 (S-5) tipli 4 raketlik buraxma qurğusu, D-81 tipli bulud qurğusu, ZN-TQRP-3, TGN1-49-3 və TKN-3B nişangahları daxildir. Maşının idarəetmə sistemi avtomatlaşdırılıb.

APA

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s