Kök-Türk Dövletinin Sasaniler Üzerinde Basqıları

laptop1

Bilindiyi kimi Sasani dövləti 226. ildə Ərdəşir Babəkan`ın ortadan qaldırdığı Əşkani sülaləsi yerinə qurulmuş və 651 ilində Ərəblər tərəfindən yıxılmışdır.[1] Çox zülm görmüş olan İran xalqı isə Sasani sülaləsindən bezmiş olduğu və Sasanilərin məşruiyətinin əldən getdiyi üçün bu savaşda öz dövlətlərinə arxa durmamış və qocaman Sasani ordusu Ərəblər qarşısında rahatlıqla məğlub olaraq ortadan qalxmışdır.[2] Kök Türklər isə 552. ildə Bumin Xaqan`ın Cucenlərə qələbə etməsi və müstəqilliklərini qazanmalarıyla qurulmuş və 743 ilində Qırğızlar tərəfindən son verilmişdir. Bu dövlət 630-682 illəri arasında müstəqilliyini əldən vermiş və Çin`də höküm sürən Tang sülaləsinə bağlanmışdır. Ancaq müdrik və yaxşı komander olan Kutluğ (İltəriş) sayəsində təkrar bağımsızlığını qazanabilmişdir.[3]

Dövrün bu iki böyük dövləti Kök-Türklərin qurulmasından etibarən Sasani dövlətinin sonuna qədər dərin münasəbətlər içində olmuşdular. Bu münasəbətlər bəzi zamanlarda ittifaq qurmağa qədər iləri getmiş, bəzi zamanlarda da düşmən olaraq birbirləriylə savaşmışdılar. Kök Türklər, Bumin Xaqan vasitəsiylə bir dövlət olaraq tarix səhnəsinə çıxdıqdan sonra Bumin`in qardaşı İstemi, mərkəz qanad olan şərq qanadına bağlı olaraq qərb qanadını idarə etməkdeydi.[4] Bu iki dövlətin arasında 330 illərindən bu yana Əfqanistan`ın quzeyi və Mavəraünnəhir`in güney məntəqələrinə hakəm olan Ağ Hunlar Türk dövləti vardı.[5] Bu dönəmlərdə İpək Yolu ticarəti çox böyük miqdarlara yetişmişdi və Soğdlular başda olmaq üzərə bir çox tacir ve kərvanlar Çin ipəyini İran və Bizans`a daşımaqdaydılar. Böyük sərvətlər qazandıran bu ticarət və ticarət yolunun kontrolu da dövlətlər baxımından çox muhim idi. Çünki onlarda bu kərvanlar və tacirlərdən maliyat alırdılar.[6] Kök-Türklərin qərbə açılma və ona tabe olan xalqlara daha yenilərini əlavə etmə və daha çox xəraclar alma politikasına bu önəmli ticarət yolunun kontrolunu da artırmaq lazimdir. Bu yolun bir miqdari Ağ Hunların əlində idi və bu dövləti ortadan qaldırmaq üçün Kök– Türklər ilə Sasanilər arasında bir muqavilə bağlanmış və bu muqavilənin ciddi olması üçün İstemi`nin qızı Faqem (Qaqım?) gəlin olaraq Sasani sarayı və Sasani hökümdarı Xosrov Ənuşerəvan`a göndərilmişdir.[7]

Sonrakı Sasani hökümdarı 4. Hürmüz bu evliliyin nəticəsi olacaq və bu kral, mənbələrdə Türkdən doğulan mənasına gələn Torkzad ləqəbiylə anılacaqdır.[8]

Bağlanan muqaviləyə görə hər iki dövlət, Ağ Hunlara qarşı qoşun çəkmişdilər və 556 ilində Ağ Hunlar ağır bir həzimətə uğrayıb məğlub oldular. Topraqları da iki dövlət arasında paylaşdırıldı. Ceyhun çayı iki dövlət arasında sərhəd təyin oldu. Bu savaşda KökTürk ordusunun başında Muqan Xaqan`in olduğu qeyd olunsa da İstemi`nin də onunla bərabər bu savaşda olduğu qət`i kimindir. Bu şəkildə bu iki dövlət ilk ilişgilərini bir ittifaq ilə başlamışlar və birbirinə qonşu olmuşdular. Bu ittifaqla Sasanilər, güclü Ağ Hun dövlətindən qurtulmuşdular, ancaq daha güclü başqa bir Türk dövləti ilə qonşu olmuşdular.[9]

Çox qıssa zamanda hakimiyətindəki topraqlarını Xəzər`in qərb tərəflərinə və Dərbənd`ə qədər genişlətən İstemi böyük güc sahibi olmuş və Sasani Ənuşerəvan`dan qabaqca Xəzərlərə yollanan xəracın artıq ona yollamasını tələb etmişdir. Ancaq Dərbənd Hisarlarını möhkəmləndirən Sasani hökümdarı onun sözünə qulaq asmamış və xərac yollamamışdır. İstemi də bu müstəhkəm hisarlardan ötürü istədiyini əldə edəbilməmişdir.[10] Bu nöqtə Kök-Türklərin gücünün çox arttığını, Sasani kimi böyük bir dövlətdən xərac istəyəcək qədər daha böyük bir dövlət olduqlarını və onlardan sarı Sasanilər üzərinə daimi bir basqı olduğunu göstərməkdədir.

Quzey Qafqaz`ın Türklər tərəfindən fəthedilməsindən sonra Ermənistan üstündə baş verən Sasani-Bizans savaşları birbirinə yaxınlaşan Türklərlə Bizans`ın sərhəd qonşusu olmasını əngəlləmək üçün baş vermişdir. 11 il davam edən bu savaşlar Sasanilərə ağır tələfat verdirmiş və Xəzərlər bu savaşda Sasanilərin əleyhinə Bizans`a kömək etmişdilər.

Səaləbi və Mirxond kimi İslami devir tarxçiləri və coğrafiyaçılarının əsərlərində Xosrov Ənuşerəvan`in Ağ Hunlari ortadan qaldırdıqdan sonra İstemi`dən aldığı topraqları geri alması üzərinə verilən bilgilər bilim adamları tərəfindən inandırıcı görülməmişdir.[11]

Soğdlular Kök-Türklərin hakimiyəti altına geçdikdən sonra ipək ticarətini canlandırmaq və Çin ipəyini Bizans`a çatdırmaq üçün Maniak adında böyük bir tacirin rəisliyində Soğdlu bir grub Ənuşerəvan`in sarayına gəlmişlər və kərvanların İpək Yolu`nun İran qismindən daha rahat və az həzine ilə geçmələri üçün bəzi şeylər istəmişdilər. Ancaq İpək Yolu`nun muhim bir qisminin Türklər kontroluna geçməsini həzm eliyə bilməyən Sasani Ənuşerəvan, hədiyə olaraq gətirilən ipəkləri elçilərin gözünün qabağında yandırmışdır. Göndərilən ikinci heyətin şoxu isə öldürülmüş və İran`ın çox isti havasına dayana bilməyib ölmüşlər kimi bəhanələr uydurulmuşdur.[12]

Bu düşməncə işlər Türklərlə Bizansları birbirinə yaxınlaşdırmış və Sasanilərə qarşı ortaq hərəkət üçün iki ölkə arasında elçilər təbadül edilmişdir. Türklər tərəfindən İstanbul`a yollanan Maniak`a qarşılıq Bizans imperatoru Justin, Zemarxus və daha sonra Valentinus`u Kök-Türklərə göndərmişdir. Sasani devləti iki böyük gücün yaxınlıqdan qorxmuşdur. Amma Bizans`ın iki üzlü rəftarı və Kök-Türklərin düşməni Avarları ölkələrində qəbul eləməsi bu yaxınlaşmayı baltalamış və istənilən nəticə əldə edilməmişdir.[13]

Ənuşerəvan`dan sonra hakimiyətə gələn və Torkzad ləqəbiylə anılan 4. Hürmüz`ün dayılarından çox təsir aldığı, Sasani böyüklərini xor görərək bir çoxunu öldürdüyünü və xalqı daha çox əziz tutub işlərinə yetişdiyi qeyd olunmuşdur. Onun səltənətinin 11. ilində Ərəb qaynaqlarında Şane[14] olaraq geçən Kök-Türk hökümdarı 400000 nəfərlik kimi böyük bir ordu ilə Sasanilərə hucum etmişdir. Ərəb mənbələrinin yazdığına görə Sasanilər Bizans, Yəmən və Alanlardan aldıqları yardım sayəsində Tardu`nun bu hucumunun qarşısını alabilmişdilər.[15] Bu müttəfiq ordunun komanderi Vehram Çubin daha sonra 4. Hürmüz`ün oğlu Xosrov Pərviz ilə araları dəydiyi zaman ginə də Kök-Türklərə sığınmaqdan başqa çarə tapabilməmişdir. Bir müddət sonra da Xosrov`un dəsisəsiylə öldürülmüşdür.

Çin mənbələrindən Tang-şu`da Kök-Türklərin batı qanadı yabqusu Tung`un Persia`nı hakimiyəti altına aldığı ifadə edilməkdədir. Hətta qaynaqlarda bu krallığın yerlə bir edildiyi və kralları Xosrov`un öldürüldüyü qeyd olunmuşdur. Ancaq bu şəxsin Xosrov Pərviz olmadığı, onun oöulları tərəfindən öldürüldüyü bilinməkdədir.[16] Bu hucumların nəticəsində Xorasan`in böyük bir bölümünün Türklər tərəfindən alındığı iləri sürülməkdədir.[17]

Son Sasani hökümdarı 3. Yəzdgird Ərəblərə məğlub olduqdan sonra Xorasan`a qaçmış və Türklərdən kömək istəmişdir. O devirdə Kök-Türklərin qərb qanadı hakimi olan Tulu Xan ona kömək etmək üçün qoşun yollamışdır. Ancaq aralarındakı bir sui təfahum nəticəsində düşmənlik olmuş və Kök- Türk əsgərləri geri çəkilmişlər. Qıssa müddət sonra da 3. Yəzdgird öldürülmüşdür.[18]

Kök-Türklərin Sasani topraqlarına davamlı hucum etmələri Sasani dövlətinin hər zaman ordusunun bir miqdarını burada hazır tutmaya zorlamış və Bizans və daha sonra Ərəblər qarşısında tam gücüylə hazır olabilməməsinə səbəb olmuşdur. Ayrıca bu hucumlar Sasani ordusunu zəyiflətmiş və Ərəblərə tez ve rahat məğlub olmalarına səbəb olmuşdur. Hətta bəzi araşdırıcılara görə əgəe Kök Türklər Sasanilərin ənqərazini hazirlayib Ərəblərin Orta Asya`ya qədər irəli gəlmələrinə səbəb olmasaydılar böyük ehtimal ki şərq Türkləri budizmə və qərb Türkləri isə Xıristiyanlığa geçəcəkdilər.[19]

[1] Daha geniş məlumat üçün bax: Christensen A., İran dar Zaman-e Sasanian, Tehran 2003 [2] Nyberg S. H., Dinha-ye İran-r Bastan, Tehran 1359, s. 428-429
[3] Daha geniş məlumat üçüç bax: Taşağıl A., Gök-Türkler, 3 cild, İstanbul
[4] Kafesoğlu İ., Türk Milli Kültürü, İstanbul 1997, s. 99

[5] Bax: Konukçu E., Kuşanlar ve Akhunlar Tarihi, Ankara 1973
[6] Gumilev L. N., Eski Türkler, Çev: D. Ahsen Batur, Birleşik yayıncılık, İstanbul 1999, s. 70

[7] Məsudi Ə., Muruc əl-Zəhəb, Enteşarat-e Elmi-Fərhəngi Yayınları, Tehran 1365, s. 265 [8] Kafesoğlu İ., agə, s. 101
[9] Taşağıl A., agə, 1. cild, s. 48-49
[10] T
əbəri M. C., Tarix-e Təbəri, Çev: Ə. Payənde, 2. cild , s. 637-638

[11] Chvannes E., agə, s. 228

[12] Gumilev L. N., agə, s. 72-73

[13] Taşağıl A., agə, s. 51-52; Diyakonov M. M., Tarix-e İran-e Bastan, Tehran 1382, s. 361

[14] Ərəb qaynaqlarında Şane şəklində geçən unvan Türklərin hökümdar ailəsi olan Aşina unvanıdır. Bu kök-Türk hakimi Tardu olmalıdır.

[15] Mes`udi Ə., agə, s. 265-266
[16] Chavannes E., ag
ə, s. 292
[17] Diyakonov M. M., ag
ə, s. 362
[18] Maqdisi M., Af
ərineş və Tarix, Tehran 1351, s. 206
[19] Togan Z. V., Umumi Türk Tarihine Giriş, İstanbul 1981, s. 132

……………………………………………..

Oğuzhan Ataman

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s