Farsların Digər Millətləri Təhqir Etmə Kompleksinin Təşəkkülünə Dair

laptop1

Tarixi Bir Baxış

Bir millət niyə başqa millətləri təhqir edər? Bunun altında nə yatmaqdadır? Əcəba bu psixologiya bir millətin ruhuna işləmiş geri qalmaqdan və özünü həqir hissetmə kompleksindən mı qaynaqlanır?

Farsların digər millətləri təhqir etməsi xususiylə geçən yüzildə öz üzünü göstərmişdir. Pəhləvi sülaləsinin iş başına gəlməsiylə İran tarixində mühim rol oynamış Türklərə qarşı amansız təxribat və təhqir başlamışdır. Bu təxribat və təhqirin çox ağır olduğu, Türk dilinin gadağan edilməsi, mədrəsələrde bu dildə danışanlara cəza verilməsi və heyvan muamələsi görməsi kimi misallar tarixdə öz yerini almış və Türk millətini dərindən yaralamışdır.1 Asiya, Avropa və Afriqa`da böyük devlətlər quran Türklərə qarşı həyasız bir şəkildə uyğun olmayan sifətlərin işlədilməsi, 2006`da İran gazetində buraxılan yazıdaki kimi hamam böcəyinə bənzədilmələri və başları əzilməsi gərək olan bir varlıq kimi göstərilməsi və bunlara bənzər onlarca təhqir artıq Farsların bizə olan baxışını anlamaq üçün yetərlidir.

Keçmişə göz atdığımızda Farsların təhqirinə məruz qalanın fəqət biz Türklər olmadığı, başqa millətlərin də bundan nəsibini aldığı görülməkdədir. Sasani sülaləsinin qurucusu Ərdəşir, son Əşkani hükümdarı Ardavan`a qarşı isyan elədikdən sonra Əşkani padişahının O`na “Kürd çadırlarında yetişmiş” birisi olaraq xitab eləməsi ve Kürdləri də

1 Geniş bilgi üçün bxz: CAMİ: Gozaşte Çerağ-e Rah-e Ayande Ast, Qoqnus Nəşriyatı, Tehran 1988, s. 268– 279

təhqir eləməsi İslam qaynaqlarında qeyd olunmuşdur.2 Bu da o deməkdir ki Farsların təhqir eləmə kompleksi çox qabaqlarda təşəkkül etmiş və bizdən qabaq başqa millətlərin alnına yapışdırılmışdır.

Farsların Ərəblərə olan baxışları da bilinən bir məsələdir. İran`da Fars hakimiyətinə son verən və uzun illər oraya hakim olan Ərəblər də bu təhqir oxunun bir başqa hədəfi olmuşlar və onların nəfrət hissindən qurtula bilməmişlər. Ispanakçı’nın kitabında Araplara Susmarxor denilir. S. 17.

Bu təhqir kompleksi nə şəkildə təşəkkül etmiş olabilər?

Bu mövzüdə mədəniyətin muxtəlif mühim qollarında, öz ətrafındaki xalqlardan geri olduqlarını görən Farslar bu aşağılıq kompleksinə qapılmış olabilərlər:

1. Bilindiyi kimi Aria kələməsinin kökünün əkinçiliklə əlaqədar olduğu 3 , əkinçiliyin Arialar arasında çox sevilən və müqəddəs sayılan bir məslək olduğu irəli sürülmüşdür.4 Özlərini Ariayi olaraq adlandıran5 və bu kökdən gəldiklərinə iftixar edən bu cəmiyət bugünkü İran topraqlarına gəldikdən sonra özlərindən çox qabaq və inkişaf eləmiş bir mədəniyət ilə qarşılaşdılar. Ziraət və əkincilikdə çox inkişaf etmiş, dönəmin yüksək texnologiyasına sahib və irəli səviyyədə olan məlumat ve metodlara hakim cəmiyətlərlə qarşılaşdıqları zaman yəqin ki özlərinə Aria adını verməkdən utanmışdılar. Sümer-Babil, Asur və Elam mədəniyəti bu irəli səviyədə olan mədəniyətlərin başında gəlməkdə idi. Böyük və geniş sulama kanalları və əkinçilik alətləri yüzillər qabaq bu xalqlar tarafından icad edilmiş və işlənmişdir.6 Misal olaraq bugün Əhvaz ilə Şuş arasında şəkər zəmiləriylə məşhur Hafttepe məntəqəsindəki böyük su kanalının haqsız olaraq Dariuş adlandırıldığı, ondan 700 il qabaq Elam kralı UntaşNapirişa dönəmində

2 Təbəri, Tarikh-e Təbəri, 2. cild, s. 583, http://www.golshan.com; Schəppmann Klaus, Mabani-ye Tarix-e Sasanian, Furuzan Nəşriyatı, Tehran 2007, s. 16
3 Frye Richard Nelson, Miras-e Bastani-ye İran, Enteşarat-e Elmi-Farhangi Nəşriyatı, Tehran 2006, s. 31 4 Həbibi Əbdolhəyy, Tarikh-e Mokhtəsər-e Əfqanestan, http://www.alamahabibi.com, s. 9
5 Dariuş`un Nəqş-e Rüstəm Yazıtı, 14-15.sətirlər; Dariuş`un Şuş “e” yazıtı, 12-14. sətirlər; Xəşayarşa`nın Persepolis “h” yazıtı, 12-13. sətirlər, http://www.avesta.org
6 Zehtabi Muhəmməd Təqi, İran Türklərinin Esgi Tarixi, Əxtər Nəşriyatı, Təbriz 1997,kitabın bir çox yerində bu məsələ üstündə durulmuşdur.

düzəldiyi7 numunəsindən yola çıxaraq Elamlarda sulama tekniklərinin nə qədər inkişaf elədiyi ortaya çıxmışdır. Qeyd etməyə dəyər ki əkinçilikdə Farsların icadı olduğu irəli sürülən qənat sistemi bəzi bilim adamlarına görə Manna’lardan alınmış və öyrənilmiş bir mövzüdür.8 Bu metodun ilk defa M. Q. 2. minillikdə Məkkə və Uman`da görüldüyü önə sürülməkdədir.9 Bu topraqlar və irəli mədəniyəti Farslarda geri qalmışlıq kompleksinin təşəkkül etməsinin birinci səbəbi olabilər.

2. Farslar və Madlardan əldə edilən maddi mədəniyət əsərləri (memari əsərlər, sikkələr, qaya qabartmaları vs.) dərin və yaxşı tədqiq olunduğu zaman məntəqədəki qabaqcıl mədəniyətlərin çox dərin təsirlərinə məruz qaldığı görülür.10 Lulubi, Elam və Asur`un dərin təsirlərinə məruz qalan Həxaməniş əsərləri, Əşkani və Sasani əsərlərinə buraxdığı təsir səbəbiylə adları çəkilən qabaqcıl kültürlərin təsirini onlara intiqal vermişdir.

3. Farsların (İrani boyların) yazı ənənəsi olmadığı, Əvesta`nın yüzillər boyunca sinədən sinəyə əzbərlənərək gəldiyi, bu səbəbdən ötürü Sasanilər zamanında artıq anlaşılmaz olduğu və onlara təfsir mahiyətində olan Zənd kitabları yazıldığı irəli sürülməkdədir.11 Hətta Abel Nou, bütün Zərdüşti ədəbiyatının İslami dönəmdə qələmə alındığına dayanarq Sasanilər dönəmində belə yazı ənənəsinin var olmadığını iddia etməktədir.12 Həxaməniş yazıtlarının əlifbası və yazı uslubu isə Farslarda dərin bir yazı kültürünün olmadığını, bu mixi yazının isə Dariuş`un əmriylə, hecə səstemli olmayan Arami əlifbası əsas alınaraq Arami katiblər tərəfindən icad edildiyini göstərməkdədir.13 Oysa onlardan minillər qabaqdan məntəqəmizdə yazı kültürü inkişaf eləmiş və yüksək səviyyələrə çatmışdır. Sasanilər və İslam dönəmində Zərdüşti ədəbiyatının sürətlə qələmə

7 Hinz Walter, Donya-ye Gomşodeye İlam, Enteşarat-e Elmi-Frahangi Nəşriyatı, Tehran 1992, s. 22
8 Hinz Walter, Dariuş və Parsha, Əmir Kəbir Nəşriyatı, Tehran 2001, s. 53
9 Lendring Jona, “Qanat”, 4. paraqraf, http://www.livius.org
10 Bu konuda Bxz: Purpirar Naser, Davazdah Qarn Sukut, Baramadan-e Həxaməneşian, Karəng Nəşriyatı, Tehran 2000, kitabın bir çox yerində bu mövzü üstündə durulmuşdur.

11 Nyberg Henri Samuel, Dinha-ye İran-e Bastan, Markaz-e İrani-ye Moyalee-ye Farhangha Nəşriyatı, Tehran 1980, s. 1-17
12 Age, s. 13
13 Wiesehöfer Jozef., İran-e Bastan, Qoqnus Nəşriyatı, Tehran 2004, s. 26-27

alınması isə kitablı dinlər olan Xıristiyanlıq, Manilik və İslamiyət`in qarşısında zayıflıq hissedən dinadamlarının bir təpkisi şəklində yorumlanmaqdadır.14

4. Sasanilər dönəmində Zərdüştiliyin ağır zülmlərinə qatlanan kütlə və alt sınıflar İslamiyət`in gəlişiylə dörd əllə bu dinə sarıldılar ve qönüldən bu dini qəbul elədilər. Bu şəkildə bol sayıda dini terminlər və ictimai-siyasi istilahlar Ərəb dilindən Fars dilinə keçdi və bu dilə kökdən və dərin bər təsir buraxdı. Yazı sistemi isə Əvesta və Pəhləvi yazısından Ərəb əlifbasına dəyişdirildi. Bunlar isə Farsların Ərəblərdən nəfrət etməsinə və onları xor görmələrinə səbəb olmuşdur. Oysa Zərdüştilik İran için uyğun bir din olmamışdır. Bir çox araşdırıcı Zərdüştiliğin Orta Asiya`ya munasib bir din olduğunu, xususiylə Sasanilər dönəmində artıq xalqın bu din muəssəsəsindən nəfrət ettiği və İslam`ın heç bir ciddi muqavəmət ilə qarşılaşmadan xalqın içində yeyin bir şəkildə yayıldığını əfadə etmişlərdir.

5. Türklərin dünya mədəniyətinə elədiyi təsir baxımından tarixdə iki mövzüdə mühim rol oynadıqları ifadə edilməkdədir: 1. Heyvançılıq, 2. Dövlətçilik.15 Ərəblərin Sasaniləri yıxdıqdan sonra Türklərin İran`da hakimiyəti ələ geçirmələri və sələfləri Hunlar və Göy Türklər kimi çox böyük və geniş imperiyalar yaratmaları artıq bu topraqlarda Fars hakimiyətinin zamanının geçdiyi intibaını oyandırmışdır. 18. əsrin qayanqlarında Türk kültürünün İran`da üst kültür olduğu görülməkdədir. Türklərin uzun yüzyıllar boyunca İran`a hakim olması iqtidar odunda yanan Farslarda da mənfi hisslərin yaranmasına səbəb olmuş olabilər.

Kültür durağan bir varlıq deyildir. Həyatı boyunca bir çox şeylər alır və bir çox şeyi də geridə buraxır. millətlər tarix boyunca aldığı təsirləri kültürünə uyğun bir şəkildə bir sentezə tabe tutub bir sürəklilik və devamlılıq vucuda getirirlər. O təsirlər o zamanda bir boşluq və ehtiyac nəticəsində o kültürə girmiş və o ehtiyaca cavab verməyə çalışmışdır. Ona göre alıntı kültürəl unsurların bir zənginlik olduğu düşünülməktədir. Necə ki Türklər də tarixlərinin bəzi dönəmlərində Çin və İran kültürlərindən dərin təsirlər

14 Nyberg H. S., age, s. 425-429
15 Rasonyi Lazslo, Tarihte Türklük, Türk Kültürünü Araştırma Enstitüsü Nəşriyatı, Ankara 1996, s. 4

almışlardır. Bunlar zaman boyunca kültürümüzə mal olmuşdur. Ancak bunlar bizdə o kültürlərə qarşı bir nəfrət və üstünlük hissi oyandırmamışdır.

İrani boylar mitolojisində insanlığa düşmən olan və çiyinlərində iki ilan bitən Zəhhak əfsanəsi yer almaqdadır. Hər gün iki insan yiyən bu əcayib məxluqun əslində İrani boyların bir bölgəni istila edərkən savaşdıqları yerli xalqlar olduğu irəli sürülmüşdür.16 Zərdüşti inancında isə bütün qorxunc ruhlara, sürüngən heyvanlara və iyrənc məxluqlara “xərfester” deyilir. Bu xərfester`lərin de Gatha`larda bəzi gruplara itlak edildiyi görülməkdədir.17 Bəzi alimlər xususiylə Hindlərin ən qədim əsəri olan Rig Veda`da və İrani boylarının ən qədim əsəri olan Əvesta`da geçən Aria kələməsinin yerli xalqa görə üstünlük, nəciblik və əsalət bildirdiyini ifadə etməkdədirlər.18 Bu yerli xalq isə İran`da Elam və Manna xalqları və Hindistan`da Harappa və Mohenco Daro kimi yüksək səviyyəli kültürlərin yaradıcısıdır. Yuxarıda deyildiyi kimi Arialar kültür baxımından bu yerli xalqlardan çox aşağı səviyyəde olmuşlardır.

Bu kimi üstünlük düşüncələrinə İran tarixində çox rastlanır; ancak bunların çoxu xəyali və yuxarıda da göstərilməyə çalışıldığı kimi aşağı seviyyədə hissetmənin gətirdiyi komplekslərin nəticəsidir. Hər millət yaşadığı dönəmin şərtlərinə baxaraq o zamankı həyat tərzini uyğun görməli və qəbullənməlidir. Çünki yaşadıqları coğrafiya o həyat tərzinə imkan verməktədir. əkincilik üçün əlverişli yerlər, Bozqır (step), vahe ve çöl fərqli həyat tərzlərinin ortaya çıxmasına imkan verirlər. Bəzi bilim adamları əkinçiliyin, bəzi bilim adamları isə heyvancılığın üstün həyat tərzi olduğunu önə sürsə də dünya mədəniyəti bir bütündür və Arnold Toynbee`nin də ifadə etdiyi kimi bu nöqtəyə gəlməsində bütün kültürlərin rolu vardır. Birisini aşağı, birisini yüksək qəbul etmək doğru deyildir.

16 Bahar Mehrdad, Pajuheşi dar Asatire İran, Agah Nəşriyatı, Tehran 1997, s. 191 17 Nyberg H. S., age, s. 193
18 Aştiyani Cəlaləddin, “Arians and Iranians”, s. 53-54

…………………………………………

Oğuzhan Ataman

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s