Güney Azərbaycan Qurtuluş Partiyasının 4.cü Avrupa qurultayı 16.03.2014

300050_247961648571347_5504774_n

16.03.2014-cü il tarixində Norveçin Oslo şəhərində Güney Azərbaycan Qurtuluş Partiyasının (GAQP) Avropa Qolunun 4-cü qurultayı keçirildi. Qurultaya qurumun Avropa yetkililərilə yanaşı başqa ölkələrdən də paltalk və telefon araçılığıyla (vasitəsilə) qatılanlar oldu.

Toplantının sədri Bayram Əhərli və protokolu yazan Sərdar Əsədi idi.

Qurultayın gündəliyi elan edildi və başqanlıqdan sözçülüyə keçirildi. (başqan sözünün sözçü ilə əvəz olunmasına qərar verildi)

Toplantı köçəri quşların – ördəklərin köç edərkən iş sistemini anlatan 3 dəqiqəlik qısa film ilə başladı.

İlk öncə GAQP-nın durumu nəzərdən keçirildi, partiyanın demokratik prosesdə yeni bir mərhələyə ayaq qoyduğu və üzvlərinin hər birinin bu yolda illər boyu əməyinin keçdiyi qeyd olundu.

Keçən ilki qurultay gözdən keçirilərkən partiya sorumluları (məsulları) öz işləri haqda illik hesabat verməyə başladılar:

Atabəy Norveç bölgə sorumlusu olaraq keçən ildə görülən işləri sadaladı və illik maliyyə hesabatını verdi.

Duman bəy insan haqları və personel sorumlusu olaraq gördüyü işlərə dair məlumat verdi.

İnternet-media sorumlusu Hüsen Seyid Çiraği əy  GAQP üçün yaratdığı yenihttp://www.qurtulush.com  internet səhifəsi haqda məlumat verdi, saytın hal-hazırda yalnız azərbaycan türkcəsində və fars dillində olduğunu və ən yaxın zamanda bura ingilis dilinin də artırılacağını söylədi. Saytda yayımlanan Güney Azərbaycanın son durumu ilə bağlı siyasi araşdırmalar yerləşdiriləcək.Media forum sorumlusu Yaşar Heydəri (Astaralı) Facebookda çalışmalarını anlataraq Güney Azərbaycan və Türk dünyası ilə bağlı çeşidli xəbərləri yaydiğını nəzərə çatdırdı.

Politika və ilişgilər (Siyasi əlaqələr) sorumlusu Sərdar Əsədi gördüyü işlərdən danışaraq   Dr.  Əhməd   Şəhidin   raporuyla   bağlı   şikayət   məktubunu   gündəmə salınaraq BMT-də yenidən baxılmasının tələb edildiyini, başqa konularla (məsələlərlə) bağlı yazılan məktubları ən uyğun zamanda əlaqədar orqanlara göndəriləcəyini qeyd etdi.

Qurultayda illik hesabat dinlənildi və keçmiş başqan Eldar Qaradağlı bəyin istefası qəbul olundu və ona uğurlar diləndi.

Qurultayın gedişində çox önəmli dəyişikliklər baş verdi. GAQP-nın iş bölmələrinə yenidən baxıldı. Partiyanın bundan sonra yeni düzənə girməsi ilə bağlı önərilər (təkliflər) verildi. GAQP-nın yetgili kadrosu (məsul heyəti) aşağıdakı formada seçildi.

1.     GAQP-nın sözçüsü və politika (siyasi) sorumlusu: Sərdar Əsədi

2.     Təşkilat sorumlusu: Əhərli Bayram

3.     Maliyyə və ilişgilər sorumlusu: Atabəy

4.     İnternet-media sorumlusu: Hüsen Seyid Çiraği

5.     İnsan haqları sorumlusu:Duman

6.     Persunel sorumlusu: Əhməd Əmini (Elyar)

7.     Media forum və Tədarükat: Yaşar Heydəri (Astaralı)

8.     Maliyyə proyekti: Əmir Vahid Əlvəndi

9.     Uluslararası propaqanda (təbliğat) və Fransa sorumlusu: Hayidə Bornak

10.   İtaliya sorumlusu: Fərhad Təbrizli

11.   Türkiyə sorumlusu: Zaman Əlioğlu

Yeni yönətim qurulu (heyəti) partiyadan ayrılan qurtuluşçu dostlarmıza  sonsuz  minnətdarlığını bildirib, uca Millətimizin yolunda apardığı işdə uğurlar diləyir.

……………………………………

G A Q P / 16.03.2014

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s