SEÇİB-SEÇİB SEÇMƏYƏ DÜŞDÜK! (Yaşar Heydəri)

1236962_584037438320989_1670264603_n

Müəllif: Yaşar heydəri (Astarali) İllərdən bəri haçan İran adlanan yerdə bir üsyan olub, Azərbaycan xalqı azadlıq carçısı kimi o üsyanı səs verib, və çoxu zaman bu hərəkətləri öndərlik edib. Ancaq Azərbaycan Türk Milləti bu günə qədər öz azadlığın əldə edə bilməyib, bu durum düşündürücü bir haldır. İran adlanan ölkənin çağdaş tarixinə ötəri baxdıqda, görürük ki, xaraba qalmışın bütün azadlıq hərəkatını öndərlik edən Azərbaycan Türk Milləti olmuşdur. O torpaqlarda demokratıya uğrunda savaşan, Azərbaycan məşrutə hərəkatı olmuşdur. Doğrudur ki, bu hərəkat demokratıya uğrunda olmuş, ancaq yazıqlar ki, Azərbaycan Türk Millətinin zərərinə olmuş. Çünki Qacar Türk dövlətini yıpradıb yıxan Səttar xan Bağır xan başçılıq etdiyi Məşrutə hərəkatı olmuşdur… İran adlanan ölkənin bünövrəsini düzəldən biz, memarlığın edəndə biz, yəni bütün aydınlarımız zaman-zaman ölkə siyasətində əriyib getmişlər. Daha doğrusu bilincisiz şəkildə sistimin qurbanı olmuşlar. Çoxunluq yazlarımız farsca yazıb yaratmışlar, sənətçilərimiz farsca oxumuşlar, aktyorlarımız eyni şəkildə və başqa… demək bir başa ölkənin tarixin habelə mədəniyyətini yardan biz süsləndir də biz, ögey olanda biz… Əlbəttə buda bizim aydınlarımızın sadə olduqlarını göstərir ki, hep yağlı sözlərə və bəzəkli düzəkli ideolojılara inanıb fars şovinizminə körpü olmuşlar. Bu torpaqlarda ata babalarımız min illər at oynatmışlar, dövlətlər qurub, mədəniyyətlər yaratmışlar. Nədən bizlər bu gün belə acınacaqlı duruma düşmüşük? Baxmayaraq min illər bu gün ki, İran adlanan torpaqlarda ata babalarımız dövlətlər qurmuşlar, ancaq birlik bərabərlik heç zaman tam olmamış. Hər tərəfdə xanlıqlar və bəyliklər olmuş, və bu xanlıqlar çoxu zaman mərkəzə qarşı durmuşlar. Bu qarşı durmalarla yanaşı öz köklərini yipratmışlar. Bu gün Azərbaycan Milli hərəkatında əskiləri tək xan xanlıq olmasa, sanki, ona bənzər ənənə Millətimizin yaddaşında var. Ondan dolayı bu gün Azərbaycan Milli hərəkatının durumu belə acınacaqlıdır. Bu əzəmətdə bir Millətin istiqlalçısı da bir araya gələ bilmir, federalçısı da. əyərsə bu gün irqçi İran rejimi Azərbaycan Türk Millətini qandıra bilir, zaman-zaman İranın Milli günlərində və yaxud seçkilərində kütləni xiyabanlara çəkib gətirə bilir, bunun suçu bir başa Azərbaycan aydınlarına qaydır! O aydınlar ki, ata babalarımızdan miras qalan xan xanlığa bəndəlik edirlər, o aydınlara ki, Milləti Torpağı unudub şəxsi yararları uçun hərəkət edirlər… Biz bu gün fars şovinizmindən qınayırıq ancaq papağımızı önümüzə qoyub doğru düzgün düşünməliyik, çünki biz özümüzə düzən verməliyik, özümüzü qorumlayıq. Çaqqalın tülkünün işi çaqqalıq tülkülük etməkdir, bəs biz bu çaqqallara tülkülərə meydan ver məməliyik…

Yaşar Heydəri
GAQP-Facebook Yayım sorumlusu
19/04/2014

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s