GAQP / TASLAQ ( LAYİHƏ )

300050_247961648571347_5504774_n

TASLAQ (LAYİHƏ)

(Bu proqram və düzük, taslaq olaraq Qurtuluş Partiyasının qurultayına sunulmaqdadır.)

GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASININ GƏNƏL DÜŞÜNCƏLƏRİ ,PROQRAMI VƏ DÜZÜKÜ!

Giriş
1. Keçmişdən Gələcəyə Özümüz və Təməl

Tərcihlərimiz

Böyük Azərbaycan Türk Millətinə;

Min illərdir üstündə yaşadığımız, əməyimizlə, canımızla, qanımızla qoruduğumuz, özümüzə vətən yaptığımız qutsal Azərbaycan torpaqları; zaman- zaman öz kimliklərini Türk düşmənliyi üzərinə tanımlayan çeşidli yabancı güclər tərəfindən basqınlara və yağmalamalara uğramışdır. Nə yazıq ki, Azərbaycan Türk Millətini özünə düşmən olaraq görən və Azərbaycan Türklərini yer üzündən silməyə and içən şər mehvərləri hələ də qutsal Azərbaycan torpaqlarından saldırğan gözlərini çəkməyibdirlər.

Bugün tarixi Azərbaycan torpaqları üzərinə

qurulu olan Ermənistan; Rusiya, İran və birsıra Batı ölkələrinin doğrudan yardımıyla Qarabağımızı qanlı işğalı altında tutsa da; qutsal torpaqlarımızın 3⁄4-ü faşist və şovenist Farsçı Tehran rejimi və istilaçı Rus dövlətləri tərəfindən əsgəri və siyasi müstəmləkə kökündə işğal edilmişsə də; adları Qəzvin, Kərəc, Ərak, Sava, Zəncan, Həmədan, Ərdəbil, Dərbənd, Göyçə, Zəngəzor, Borçalı vb.kimi yerli adlara dəğişdirilsə də; hələ də Azərbaycan Türkünün qanını, canını və ruhunu üzərində daşımaqdadır. Qutsal vətənimizin işğal edilmiş olan bu bölgələrində min illərdən sürüb gələn varlığımız —yəni Türk varlığı— ismən, cismən və ruhən davam etməkdə və Azərbaycan gerçəyini daşımaqdadır. Şairin də dediyi kimi;

AĞALAR BİLMƏDİ BİRDİR BU TOPRAQ
TƏBRİZ DƏ, BAKI DA AZƏRBA YCAN’DIR.

BİR ELİN RUHUNU DİLİNİ ANCAQ, KAĞIZLAR ÜSTÜNDƏ BÖLMƏK ASANDIR.

Tarixi Azərbaycan torpaqları minlərcə ildir Türk millətindən başqa bir milləti heçbir zaman ana unsur olaraq qabul etməyibdir. Miladdan öncəki minillərdə tarixi Azərbaycan torpaqları tarix araşdırıcılarının qənaətinə görə, Qutilər, Lullubilər, Arattalar, Manalar, Midyalılar, Albanlar, İskitlər, Qamərlər, Xəzərlər vb. kimi xalqların egəmənlik alanı olmuşdur. Dil və tarix araşdırıcıları dilbilimsəl və tarixsəl verilərə dayanaraq bu xalqların əkləməli (aqlutinatif) dilli olduqlarını, dolayısıyla da Türk vəya Türklərlə qohum olduqlarını isbatlamışdırlar. Miladdan öncə I. minildə tarixi Azərbaycan torpaqlarında Bolğarlar, Bun Türklər və Miladdan sonra I. minilin ilk yarısında Hun boy birləşməsinə bağlı Xəzərlər, Qarqarlar, Pəçənəklər, Kəngərlər (sümerlər) vs kimi Türk boylarının yaşadığını görməkdəyik.

Zaman-zaman yabancı Farslar (Kir / Kuruş) tərəfindən basqına uğramışsa da Tomrus Ananı qarşısında görüb kəlləsini kəsdirib öz qanını içməyə doyub yenilərək Azərbaycan’ı tərk etmişdir. VII. yüzildə Ərəblər tərəfindən işğala uğramış illərcə özgürlük və bağımsızlıq dirənişlərini sürdürən Azərbaycan Türkləri, milli qəhrəmanımız Babək’in başqanlığında istilaçı güclərə qarşı savaşıb, keçici işğala son veribdirlər. Bilindiyi kimi IX. yüzildə gerçəkləşən Babək hərəkatı milli tariximizin ən parlaq dönəmini oluşdurmaqdadır. İyirmi il sürən özgürlük və qurtuluş savaşımız istilaçı Ərəb xilafət ordusunun yarım milyon əsgərinin ölməsinə, milli özgürlük və bağımsızlıq qəhrəmanımız Babəkin əbədi olaraq yaddaşımızda və qəhrəmanlıq ruhumuzda yaşamasına səbəb olmuşdur.

X. və XI. yüzillərdə doğudan axıb gələn Oğuz Türklərinin Azərbaycan və Anadoluya yerləşmələriylə tarixi Azərbaycan torpaqları bölgədə qurulmuş böyük Türk İmperatorluqları tərkibinə keçmışdır. Göründüyü kimi tarixi Azərbaycan torpaqları Miladdan öncəki dönəmlərdən etibarən Türklərin yurdu olaraq anılmaqdadır.

Əski Türkcənin Miladdan öncə V. yüzila aid örnəyi günümüzdə bilinməkdədir. Ancaq Əski Türkcənin ən görkəmli örnəkləri VIII. yüzil Göytürk kitabəsində özünü göstərməkdədir. 50 illik Çin istilasına qarşı qəhrəmanca qurtuluş savaşı verən Göytürklər yenidən diriliş, bağımsızlıq və özgürlük mücadilələrini daşlara yazaraq əbədiləşdiribdirlər. Sanki tarixin təkrarlanacağını və millətimizin yenidən yabancı şər gücləri tərəfindən basqına və assimilasiyona uğrayacağını bilirmiş kimi düşünən ulu xaqanımız Bilgə Qağan; Çin boyunduruğuna qarşı verilən mübarizəni anladdıqdan sonra, “Ey Türk! Titrə və öznə dön!” deyə söyləmişdir.

Bu günkü Azərbaycan Türkcəsi XI. və XII. yüzildən başlayaraq biçimlənmiş və XIII. yüzildən etibarən də Həsənoğlu, Nəsir Bakuyi, Hinduşah Naxçıvani vb. tərəfindən bu dildə mənzum və mənsur əsərlər yazılmışdır. Azərbaycan Türkcəsi Batı vəya diğər yorumuyla Oğuz Türkcəsinin ana qolu və Altay dil qrupuna bağlıdır. Dilimiz yuxarıda söylənən bütün Türk Dövlətlərində (Atabəylər, Qəznəlilər, Səlcuqlular, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Avşarlar və Qacar Türkləri) qullanılıb gəlişərək yalnız Farsçı Pəhləvi rejimi tərəfindən yasaqlanmışdır.

1804-də Qacar Türk Dövlətinə qarşı başlayan Rus işğalı; milli qəhrəmanımız Qacar şəhzadəsi Abbas Mirzanın Ruslara qarşı bütün iğitliyi və qəhrəmanlığı ilə verdiyi mübarizəyə baxmayaraq nə yazıq ki, Azərbaycanın ikiyə bölünməsiylə sonuclandı. Bu olay Azərbaycan tarixinin bəlkə də, ən acı dönüm nöqtəsidir. Rus işğalçıları Abbas Mirza, Səttarxan, Məhəmməd Əmin Rəsulzadə, Xiyabani və Əbülfəz Elçibəy başda olmaqla yenə də, Azərbaycan Türk Millətinin özgürlük dirəncini sındıranmamış, sonunda geri çəkilmək zorunda qalmışdırlar.

Dış güclərin işğalçı müdaxilələri sonucu ikiyə bölünmüş Azərbaycanın güneyində, 1920-də Xiyabani öndərliyində qurulmuş olan Azadistan Dövləti və 1945-də yenə Pişəvəri öndərliyində qurulmuş olan milli hökümətimiz nə yazıq ki yenə dış güclərin (dönəmin İngiliz və Aməriкa hökümətləri) müdaxiləsiylə yıxılmış; Azərbaycan’ın milli bağımsızlığı pozulmuşdur. Bütün bu hədələrə baxmayaraq Azərbaycan Türklərdən boşaldılanmamış və arındırılanmamışdır. Azərbaycan bir Türk yurdu olaraq varlığını sürdürmüşdür və sürdürəcəkdir.

Məhəmməd Əmin Rəsulzadənin öndərliyində qurulmuş olan 1918-1920- ildəki Demoкratik Azərbaycan Cümhuriyətilə, yurdumuzun Quzeyində çağdaş dövlətçiliyimizin təməli atılmış və o təməl üzərində Azərbaycanın Quzeyində Əbülfəz Elçibəy və düşüncə arxadaşlarının bağımsızlıq uğrunda apardıqları sarsılmaz dirənişləri və SSSR-i İmperatorluğunun çöküşü sonucu bağımsız Azərbaycan Cümhuriyəti qurulmuşdur. Azərbaycan Türk Milləti varlığı və Kültürü yurdumuzun Quzeyində özünü gəlişdirməkdə və irəliləmə sürəcinə davam etməkdədir. Biz, Güney Azərbaycan Qurtuluş Partiyası olaraq yurdumuzun Quzeyində Türkçü-millətçi düşüncənin yayılmasına ölkənin ulus-dövlət yapısının qorunub güclənməsinə, demoкratikləşmə sürəcinin irəliləməsinə və qanayan yaramız – əziz Qarabağın, qurtuluşu uğrunda yenilməz iradəmizlə çaba göstərəcəyik.

Qısacası, biz Azərbaycan Cümhuriyətinin ulusal və uluslararası alanlarda yolunu açacaq, irəliləyişini sağlayacaq, haqlarını qoruyacaq hərcür çabanı göstərib yardimda bulunacayıq. Ayrıca yurdumuzun quzeyində qurulmuş olan cümhuriyət statusundan yararlanaraq yurdumuzun Güneyində milli kimlik bilincinin, qurtuluşçu düşüncənin və kültürəl maarifçiliyin yayğınlaşması üçün hərcürlü olanaqdan yararlanmağı öngörməkdəyik. Qurtuluş Partiyası olaraq Azərbaycan Cümhuriyətinin bütün dövlət və sivil qurum və quruluşları, bütün Azərbaycan Türklərinin xidmətinə açıq olmalı və olacağı anlayışındayıq.

1920-larda Rusiyada Bolşeviklərin iqtidarı ələ kəçirmələri və Məhəmməd Əmin Rəsulzadənin başqanlığında qurulmuş olan

Demoкratik Azərbaycan Cümhuriyətinin Sovetlər Birliyi tərkibinə almaları; diyər yandan Qacar Türk dövlətinin yıxılışı və Tehranda iqtidarı şovenist və faşist Farsçı Pəhləvilərin ələ kəçirmələri, Azərbaycanın ulusal və kültürəl bütünlüyünün parçalanmasını yeni bir aşamaya daşımışdır. Bir-birindən hardasa lap qopuq və ayrı sürəclərə itələnən Azərbaycan Türk Milləti Quzeydə və Güneydə ayrı-ayrı assimilasiyon politiкalarına uğradılar.

Quzeydə Sovetlər Birliği tərkibinə alınmış Azərbaycan Türk kültürü bir alt kültür qonumuna gətirilərək birsıra kültürəl haq və özgürlüklərini qullanma haqlarına malik idilər. Ancaq bu durum Rusların kültürəl imha politiкalarının olmadığı anlamına gəlməzdi. Azərbaycan tarixi torpaqları Ermənilərə, Ruslara və Gürcülərə peşkeş edilərək Azərbaycanın siyasi coğrafiyasından qoparıldı, Ruslaşmağa özəndirildi vb.

Güneydə isə, durum inanılmaz dərəcədə ağırdı. Böyük bir kültür, böyük bir millət şovenist və faşist Farsçı Pəhləvi rejimi və onun dış dəstəkçiləri tərəfindən danılaraq kökdən yox etme politiкalarına məruz qalmışdır. Bir millət və bir kültürü ayaqda tutacaq hamı imkanlar rəsmi ilişkilər düzeyində ortadan qaldırılmış və yasaqlanmışdır. Azərbaycan Türk kültürünü ayaqda tutacaq və sürəyənliyini sağlayacaq bütün təməl qurum-quruluşlar şovenist Farsçı Pəhləvi rejimi tərəfindən ortadan qaldırılmış və yerinə Farslaşdırma mexanizmlərini uyğulayacaq qurumsal ilişkilər və quruluşlar qurulmuşdur. Qısacası, Azərbaycan Türk kültürünün yaşam alanı rəsmi planda sıfırlanmış, yoxluğa və ölümə məhkum edilmişdır. Bu politiкalar nə yazıq ki İslam Cümhuriyəti rejimi tərəfindən də, eynən uyğulanmışdır. Güney Azərbaycan Türklərinə qarşı təməl imhaçı, inkarçı, əritməçi politiк anlayışda hərhansı bir dəğişiklik gözükməməkdədir.

Bugün Güney Azərbaycanda Türklərin milli birlik və bərabərliklərini, dolayısıyla da milli kimliklərini simgələyən;

– Dilləri, yəni Türkcənin qullanımı rəsmi aranda yasaqlanmış yerinə zorla Farsca qullandırılmaqdadır.

– Tarixləri, yəni Azərbaycan Türk tarixi silinməkdə, eyitimi və öyrənilməsi rəsmi düzeydə danılaraq əngəllənməkdədir.

– Kültürəl dəyərləri, yəni qəhrəmanları, ulusal törənləri, bayramları, yasları, insan və torpaq adları Farslaşdırılaraq dəyişdirilməkdədir.

– Eкonomiк dəyərləri, yəni doğal və insan qaynaqları talan edilməkdədir.

– Bir millət olaraq uluslararası aranlarda təmsil haqları, yəni dövlətləri yıxılmış durumdadır.

– Uğuruna qanlarını, canlarını və əməklərini verdikləri, qutsadıqları torpaqları, yəni vətənları işğal altındadır.

– Mənsubiyət duyğuları, yəni Azərbaycan Türk kimlikləri yox edilmə hədəsi altındadır.

Bir millət və milli kültür olaraq bizi, biz – Azərbaycan Türkü- qılan Azərbaycan Türkcəsi aparılan şoven və faşizm politiкalar sonucu hər keçən gün biraz daha işləksizləşdirilməkdədir. Bilindiği kimi dil, bir milli kültürün ana və ən təməl ünsürünü oluşdurmaqdadır. Dil öz daşıyıcıları arasında təkcə onların ilədişimini sağlamaqla sınırlı qalmaz. Eyni zamanda onların yaradıcılıq yetilərini, düşünmə tərzlərini və düşüncə sistemlərini də, etkiləyərək onların varlığı alğılama və dəğərləndirmələrini, dünya görüşlərinin biçimlənişini də, sağlayar. Dil bənzərliyi, eyni zamanda “ÖTƏKİ” və “BİZ” duyğusunu da bəslər.

Biz Azərbaycan Türkərlinin ulusal kimliyini oluşduran, ayrıca bir etkən də, keçmişdən günümüzə uzanan tariximiz, yəni milli yaddaşımızdır. Keçmişini bilməyənin gələcəyi də olmaz. Azərbaycan Türklərini tarixə gömmək üçün yabancılaşdırma/elinasiyon politiкaları durmadan bütün gücüylə uyğulanmaqdadır. Güney Azərbaycan Türkləri öz tarixindən bir sətir belə, öyrənmə şansına məlik deyildir. Ancaq yabancı Fars, Ərəb və Batı tarixini öyrənmə gərəkliliyi sosial-kültürəl yaşamın hər alanında görülməkdədir. Farsçı şoven sistem Azərbaycan Türk tarixinin öğrənilməsini sosial-kültürəl ilişgilərdə işləksiz duruma gətirmışdır. Hətta, bəzən Azərbaycan Türk tarixi qaynaqlarının yayımlanmasını və oxunmasını da, yasaqlamaqdadır. Qısacası, Güney Azərbaycanda Azərbaycan Türklərinin keçmişləri unutdurulmaqda və onlara yabancı olanların – Fars, Ərəb vb. keçmişləri öz keçmişləriymiş kimi öyrədilməkdədir. Bu bir millətin milli bəlləyinin silinməsi və ortaq bağlarının qoparılması deməkdir.

Şovenist və faşist Farsçı rejim tərəfindən rəsmi ilişki və etkinliklərdən tamamən silinmiş olan kültürəl dəyərlərimiz, yəni törənlərimiz, bayramlarımız, yas günlərimiz, oyunlarımız, musiqimiz, qəhrəmanlarımız, milli münasibətlərimiz, insan və torpaq adlarımız vb. bəzən yasaqlanmaqda, bəzən xor görülməkdə və bəzən də, lağ qonusu olmaqdadır. Bu sürəc Azərbaycan Türk kültür təməllərini gündəlik həyatdan silmə və arındırma sürəcidir.Şovenist Farsçı sistem iqtidara gəldiyi

gündən bəri, Güney Azərbaycan eкonomisi hər keçən il biraz daha da, küçülmüş və gücsüzləşdirilmışdır. Güney Azərbaycanın yeraltı və yerüstü doğal və insan qaynaqları planlı bir biçimdə talanaraq Fars bölgələrinə daşındırılmaqdadır. Bu sürəci Farsçı rejimin yayınladığı rəsmi istatistiklər belə, onaylamaqdadır. Bu şovencə sömürü, Güney Azərbaycanı maddi və mənəvi olaraq çökərtməklə boşaltmaq deməkdir.

Bugün Güney Azərbaycan Türkləri, özlərini uluslararası ilişgi və etkinliklərdə təmsil edəcək dövlət qurumundan yoxsundurlar. Bir kültürəl varlığın sürəyənliyi və bütünlüyünün böyük bir ölçüdə sağlanması üçün siyasi örgütlənmənin ən üst düzeydə – Dölətin- qurulması vazkeçilməz qoşuldur. Dolayısıyla dövlətsiz millətlər və milli kültürlər ən əlverişli qoşullarda belə, varlıqlarını uzun bir sürə içində sürdürəbilməz duruma düşərlər. Sonunda ərimə potası içində əriyib gedərlər. Dövlət eyni zamanda kültürəl özüllərin işləvsəlliyini qoruyan və zorunlu qılan bir qurumdur. Dövlət, millətin bütünlüyünü və sürəyənliyini güvəncəsi altına alar. Güney Azərbaycan Qurtuluş Partiyasının amacladığı Güney Azərbaycan Türk Cümhuriyəti, Azərbaycan Türk Millətinin bəqası üçün tarixi bir zərurət və zorunluluqdur.

Yuxarıda toxunulan və daha toxunulmayan birçox səbəbdən dolayı Azərbaycan Türk kimliği, Güney Azərbaycanda şovenist Farsçı rejimin insanlıqdışı acımasız politik uyğulamaları sonucu Farslaşdırma hədəsi ilə üz-üzədir. Maraqlıdır ki, bütün bu insanlıqdışı acımasız uyğulamalar özünü sözdə İslam Cümhuriyəti adlandıran şovenist Farsçı rejim tərəfindən uyğulanmaqdadır. Halbu ki, İslam dininin təməl özəlliklərindən biri və Şiəliyin də təməl ilkələrindən biri sayılan “ədalət” anlayışı və ayrımçılığa qarşı eşidlik anlayışıdır. İslamın birçox öyrətisinə görə, insanlar dərilərinin rənginə, dillərinə və etnik kimliklərinə görə değil, yalnızca təqvalarına görə Tanrının yanında dəyərlənirlər. Şovenist Farsçı İslam rejimi, İslam dininin özgürlükçü və eşidlikçi özəlliklərini tapdalayaraq İslamı faşist, totaliter, diktator, militarist, geriçi, ayrımçı və şovenist bir görüntüyə büründürmüşdür. Dini qorxunclaşdırmış, şovenist politiкaların uyğulama aracına dönüşdürmüşdür.

Güney Azərbaycan Qurtuluş Partiyası yuxarıda açıqlanan qoşullar içində;

– Azərbaycan Türklüyünü təhdit edən başlıca Fars şovenizminə, Erməni işğalçılığına, Rus istilaçılığına, geriçiliyə, yabancılaşmaya, totalitarizmə, diktatorluğa, ayrımçılığa, assimilasiyona, yoxsulluğa və doğal çevrə kirliliyinə qarşı sonsuz əzm və istənclə dirənəcəyini bildirərək;

– insanların və millətlərin eşidliyi bağlamında insanlara hürriyət, millətlərə istiklal anlayışından yola çıxaraq Azərbaycan Türk Millətinin Güneyinin sonul qurtuluşu, yəni Güney Azərbaycan Türk Dövlətinin quruluşuna, Bütöv Azərbaycan Türk Dövlətinin gerçəkləşməsinə;

– təməl insan haq və özgürlüklərinin qorunmasına, düşüncə özgürlüyünün yayğınlaşması və uyğulanmasına eşidlik ilkəsinə, millətimizin rifahına, başat kültürlərə ya da yayğın və modalaşmış düşüncə, eyləm və eyitimlərini koru-koruna təqlid edərək deyil, öz gerçəyimizdən yola çıxaraq çağdaşlaşmağa, çağ aşmağa və çağın şərtlərini oluşdurmağa;

– Azərbaycanda özünə güvənən, bağımsız və özgür düşünüb davranan, özünə və aid olduğu toplumuna qarşı sorumluluq duyan kimsəlik yapısına sahib birəylərin yetişdirilməsinə yönəlik çalışacaqdır.

Güney Azərbaycan Qurtuluş Partiyası, 1990-da Təbrizdə qurulduğu gündən bugünə dək;
– qurtuluşçu düşüncə çizgisi doğrultusunda gerçəkləşdirdiyi fəaliyyətlərdə Güney Azərbaycanın ulus- dövlətləşmə hərəkatında yenilikçi, devrimçi, qatılımçı, çoxulçuluqdan (pluralizm) yana və ayrımçılığa baş qaldıran anlayışın önçülüyünü apardığı düşüncəsindən yola çıxaraq;

– əskidən olduğu kimi milli qurtuluş və bağımsızlıq hərəkətimizdə, hərcürlü tutuculuğa, geriçiliyə, qarğaşaya, bölücülüyə, qırıcılığa və bunalıma səbəb olacaq qəsidcə və qəsidsiz girişimləri uyarmağa və əngəlləməyə çalışıb;

– birləşdirici, çoxulçu, uzlaşmaçı, qalxınmaçı, fərqli görüşlərə sayğı, partiyaiçi demoкrasi, milli çıxarları kimsəl (şəxsi) və örgütsəl çıxarların üstündə tutan və yalnızca sözdə deyil, pratikdə də, ulus- dövlətləşmə sürəcini irəliyə aparan etkinliklərdən yana çalışmalarına davam edəcəkdir.

Qurtuluş Partiyası olaraq yuxarıda toxunulan fəaliyyət biçimimizi ulu millətimizə açıq və saydam bir biçimdə açıqlama və qanıdlamağı günümüz qoşullarında birsıra güvənlik və təhlükəsizlik nedənlərindən dolayı daha uyğun və əlverişli zamana buraxmaq zorunluluğu içindəyik.

Yeni bir yüzilin başlanğıcında, yeni bir dünya düzəninin öngörüldüğü 21-ci yüzildə ‘milli dövlət’ və ‘milliyətçilik’ olğusu güclənirkən, gərçək milli kültür və milli

kimlik sınırları ilə bağdaşmayan emperial güclərin dayatması ilə qondarma siyasi coğrafiyaların sınırları qaldırılmaqda, sonul amaclarını öngörən yeni birlik və oluşumlar ortaya çıxmaqdadır. Bu sürəcdə insanlığın ortaq rifah və mutluluğu gərəkçəsiylə; təməl haq və özgürlüklər, demoкrasi və milli bağımsızlıq kimi qavramlar yenidən tanımlanmağa çalışılmaqdadır. Bu bağlamda kürəsəl dayanışma, ədalət və sorumluluq kimi dəyər və ilkələr dartışılmağa açılmışdır. Bu qoşullar altında milli kültürəl dəyərləri baxımından Farslardan ayrı olan Güney Azərbaycan Türkləri necə bir dünya düzəni içərisində yaşayacaqları sorğusuna cavab tapma haqqına sahibdirlər.

Bu bağlamda, Güney Azərbaycan Qurtuluş Partiyası olaraq Azərbaycan Türk Millətinin və bütün insanlığın öz gələcəyini bəlirləmə, barış, rifah və mutluluq içində yaşayacaqlarını sağlayacaq hər gəlişim və oluşumun qərarlı dəstəkçisi olmamız milliyətçilik anlayışımızın normal sonucudur. Çox açıq-seçikdir ki, milli birlik və bütünlüyünü qorumamış, kültürəl dəğərləri və sosial yapısı zəyifləmiş, irəli teкnolojiyə və güclü bir eкonomiyə sahib olmayan millətlər bu yeni oluşumda söz sahibi olmada, mutlu bir yaşamın təməl qoşullarından olan milli və mənəvi dəyərlərini qorumada, hətta varlıqlarının davamını sağlamada zorlanacaqdırlar. Bu bağlamda, Qurtuluş Partiyası olaraq, təməl amacımız, siyasi istiqrarı sağlanmış, eкonomik və sosial açıdan güclü bir Güney Azərbaycan Türk Dövlətinin qurulması və Bütöv Azərbaycan Türk Dövlətinin yaranması ilə uluslararası ilişgilərdə bəlirləyici rol üstələnərək ölkə və dünyada barış və rifahın gəlişməsinə qatqıda bulunmaqdır. Bilir və inanırıq ki, Böyük Xiyabaninin dediyi kimi “Bir millətin şərafəti istiqlalındadır.”

Qurtuluş Partiyası, Güney Azərbaycanın bağımsızlığının kəsinliyinə inanaraq uca və ulu millətimizi öz ulusal bağımsız dövlətçilik idealı uğrunda qurtuluş savaşına çağırır. Qurtuluş Partiyası, bu mütləğin gerçəkləşməsi uğruna bir damla insan qanının axmasını kəsinliklə istəməməkdə; ancaq Ulu Azərbaycan Türk Millətinin bağımsızlıq uğruna verdiyi insancıl və haqlı dirənişə qarşı insanlıqdışı hərhansı qanlı bir saldırıya qanının son damlasına dək gərəkən cavabı verməyə hazırdır. Bu bizim milli vicdanımızın qurtuluş harayıdır.

2. Qurtuluş Partiyası Azərbaycan Türk Millətinə hədəf göstərir;

Qurtuluş Partiyası özgürlük, eşidlik və insana sayğı ideallardan yola çıxaraq milli- siyasi hərəkətimizə insan boyutunu, əxlaq ölçüsünü, gəlişmə dinamizmini gətirən; ulu millətimizi sevgi, dayanışma və ədalət özəllikləriylə bütünləyən; bu hədəflərə ağılçılığın, barışın və insan sevgisinin yollarını döşəyən bir Bütöv Azərbaycan Türk Dövlətini amaclamaqdadır.

Qurtuluş Partiyası Azərbaycanın milli oyanış, dirçəliş və qurtuluş hərəkatında yeni bir dönəm başlatmaq işləviylə;

  • – keçmişlə gələcəyi,
  • – birəysəl özgürlüklərə dayalıtoplumsal dayanışmanı,
    • – verimliliklə eşidliyi,
    • – özgürlüklə sorumluluğuyeni sintezlərlə birləşdirmə iddiasıyla, milli dəyərlərimiz üzərində qurulu yeni bir “Azərbaycan Türk toplumu öngörüsünü” və yeni bir “Azərbaycan modelini” gətirəcək; öz tarixsəl misyonunun ifadəsi olan “hərcürlü ayrımçılıq və əsarətdən
    • qurtuluş” anlayışıyla ata-babalarımızın bizə əmanət etdiyi milli dəyərlərimizi yəni yurdumuz Azərbaycanın qutsal torpaqlarını, Türk kimliyimizi, özgürlük və eşidlik özləmlərimizi hər zaman, hər qoşulda canlı tutacağımız iddiasıyla qurtuluşçuluq misyonunu yarınlara daşımaq və daha da ucaltmaq anlayışıyla Azərbaycan Türk Millətini aşağıdaki hədəflərə daşımağı öz görəvi bilməkdədir.

      2.1. Türk Kimliyinin Qorunması

      Bütün çətinliklərə və basqılara baxmayaraq Güney Azərbaycanda bugünkü qoşullar içərisində Azərbaycanlı Tük kimliyimizi oluşduran sosial-kültürəl öyələrin qorunub saxlanması və işləkləşməsini ən qutsal görəv olaraq mənimsəmək;

      Bu bağlamda sürəkli və aralıqsız olaraq Türkcənin və Türk kültür öğələrinin rəsmi sosial-kültürəl ilişgilərdə qullanımına qarşı uyğulanan yasaqları, uyğun bulunan hərcürlü girişim və eyləmlə qaldırmağa çalışaraq şovenist Farsçı rejimi zorlamaq və bu sorunu gündəmdən düşürməmək böyük önəm daşımaqdadır.

      Rəsmi olmayan sosial-kültürəl ilişgilərdə isə, kəsinliklə Türkcə və Türk kültür unsurlərini qullanmaq gərəkməkdədir. Bu bağlamda hərzaddan öncə Türk Dilinin qurallarını könüllü olaraq öyrənib öğrətmək gərəkməkdədir. Yəni Türkcə yazma və oxuma kurslarını arttırmaq və öğrənmə tələbini yaradaraq yüksəltmək yurdsevər Türkçülərin ən önəmli milli borcu sayılmaqdadır. Dilin yanısıra Azərbaycan Türk tarixini də öğrənib disiplinli bir biçimdə düzənli kurslar araçılığıyla bütün Güney Azərbaycan Türklərinə öğrətmək günümüz qoşullarında qutsal bir görəv sayılmaqdadır.

      2.2. İnsan Haqları və Demoкrasi

      Qurtuluş Partiyası təməl insan haq və özgürlüklərinin əskiksiz uyğulanmasının sağlanmasından yanadır. Bu bağlamda özgürlükçü, qatılımçı, çoxulçu və toplumsal bir demoкrasini bütün qurumları və qurallarıyla gerçəkləşdirməyi amac edinmışdır. Millətin özgür iradəsinin kəsintisiz təmsili və egəmənliyi sağlanacaqdır. Qurtuluş Partiyası “məşruiyyətin təməl qaynağı millətdir” anlayışından hərəkatla millətin iradəsini təmsil edən qurum- quruluşları hər düzeydə bəlirləyici və işləvsəl qılmaqdan yanadır. Qurtuluş Partiyası Azərbaycan Türk Millətini son sözün sahibi qılaraq çağdaş demoкrasinin qurumsal dəngələrini qurmağı amaclamaqdadır. Bu bağlamda təməl insan haqlarını və demoкratik quralları pozmayacaq hərcürlü örgütlənmə özgürlüyünü, sağlıqlı, qatılımçı sivil toplum yapısının güvəncəsi və vazkeçilməz qoşulu olaraq görməkdədir.

      2.3. Sivil Toplum

      Sivil toplum (mədəni camiə) anlayışı çoxulçuluğun və demoкrasının vazkeçilməz təməl ünsürlərindən biri sayılmaqdadır. Birəylərin özləriylə ilgili məsələlərdə qərarlarını paylaşmalarını təşviq edərək onlarda qatılımçılıq və sorumluluq istəyini oyandırmaq; sivil toplumu hər düzeydə gəlişdirmək və demoкratikləşməyi hər alanda yeyinləşdirmək; Azərbaycan Türk Millətini irəli bir demoкrasiyə götürmək; Qurtuluş Partiyasının hədəfidir. Bu bağlamda Qurtuluş Partiyası təməl insan haqlarını və demoкratik quralları pozmayacaq sivil toplum örgütlərinin qurulmasını, örgütlənmə özgürlüyü anlayışı qapsamında təşviq edəcəkdir.

      2.4. Laik Dövlət

      Qurtuluş Partiyasının laiklik anlayışı; fərqli inancların, fərqli düşüncələrin demoкratik yasalar qarşısında eşidliyi və biraradalığıdır. Fərqli inanclar və düşüncələr bir-birlərini güc və şiddət ünsürlərini qullanaraq zorlamadıqları sürəcə öz dünyalarında özgürdürlər.

      Başda siyasət və eyitim qurumları olmaq üzərə Azərbaycan Türk Dövlətinin təməl qurumları bəlli hərhansı bir dini və ideolojik inanc sisteminin etgisi altında qalmayaraq laik olacaqdır. Dövlətin təməl qurumlarının laiklik özəlliyinə qərarlılıqla sahib çıxılacaqdır.

      2.5. Fərqliləşmə Özgürlüyü

      Qurtuluş Partiyasının özlədiyi və önərdiyi Azərbaycan Türk Dövləti barışçıdır; demoкratikdir; laikdir və xoşgörülüdür. Azərbaycan Türk Dövlətinin yurddaşları düşüncələrində, inanclarında, kültürəl yaşamları və həyat tərzlərində təməl insan haqları və demoкratik quralları bozmadıqları sürəcə tam özgürdürlər. Qurtuluş Partiyası fərqliliklərin sayğı görəcəyi bir düzəni gerçəkləşdirəcəkdir.

      2.6. Barış və Evrənsəl Dayanışma

      Qurtuluş Partiyası “yurdda barış, dünyada barış” anlayışından yola çıxaraq qardaş Türk dövlət və topluluqları başda olmaq üzərə hamı insanlığa barış, dayanışma və sevgi mesajı gətirərək bəşəriyyətin, dayanışma və uzlaşma içində yaşayabilməsi üçün hərcürlü qatqını sağlayacaqdır. Azərbaycan Türk Dövlətinin qurulmasıyla dünyanın sorunlu bölgələrinə öz demoкrasi anlayışı təməlində barışın, çağdaşlığın, gəlişmənin və demoкrasinin modelini sunacaqdır.

      2.7. Açıq Toplum

      Saydam Yönətim Bilindiği kimi gizliliyin və açıq olmamanın təməl qaynağı qorxudur. Qorxu despotik və totaliter sistemlərə özgüdür. Özgür və özünə güvənən birey, ancaq özgürlük, eşidlik və demoкratik ölkələrin işlədiyi bir toplumda mümkündür. Düşüncə və anladım özgürlüyünün uyulduğu və uyğulandığı toplumlarda “ərdəmli birəy”lərin yetişməsi mümkündür. İnsanı amac deyil bir arac olaraq görən hərhansı bir toplumsal sistem insanın dışında olan keçici və boş amacların peşində qoşaraq yozlaşmış və zorbalaşmış bir topluma dönüşər. Belənçi bir ortamda da sədaqətli və namuslu olmaq sayalıq sayılır. Qurtuluş Partiyası toplumsal yozlaşmaya, zorbalığa və ərdəmsizliyə qarşı açıqlıq, yönədişim və ərdəmlik savaşı verən bir partidir. Qurtuluş Partiyası insanı amac olaraq görən, açıq toplum biçimini mənimsəmiş və ərdəmli kimsələrin bulunduğu bir Azərbaycan Türk Dövlətini özləməkdə və öngörməkdədir.

      2.8. Əməyə Sayğı

      Qurtuluş Partiyası insanı hərzadın üstündə gördüyü və hərzadı insan üçün düşündüyündən insan əməyinə sayğını önəmsəyər. Bu bağlamda sosyal ədalət təməllərinə dayanan rifah toplumu amacı doğrultusunda yüksələn bir Azərbaycan Türk Dövləti sözünü verməkdədir. Bu böyük hədəfə çatmaq üçün verimliliyin ölçülərinin, ağılçı və insançı yöndəmləri qullanaraq bəlirlənməsindən yanadır. Bu bağlamda eкonomik qalxınmanı hədəflərkən iç və dış imkanları, bilgi və insan birikimini, hamı və özəl sektorun girişimini səfərbər edəcəkdir.

      2.9. Texnolojik Qalxınma və Bilişim Toplumuna Keçiş

      Qurtuluş Partiyası, ən son texnolojik donanıma erişmiş, dəngəli və irəli sənaye toplumuna dönüşmüş bir Azərbaycan Türk Dövlətini hədəfləməkdədir. Texnolojik və sənayelik irəliləmənin yanısıra bilişim toplumuna keçiş demoкrasının da güvəncəsi olacaqdır. Qurtuluş Partiyası Azərbaycanı dünyanın ən gəlişmiş bilim və texnoloji ürətən mərkəzi durumuna gətirməyi başlıca hədəf edibdir.

      2.10. Yaşam Keyfiyətini Yüksəltmək

      Qurtuluş Partiyası eкonomik böyüməni öz başına bir amac və bir rəqəmlər olayı və oyunu görməməkdədir. Amac insandır; amac insanın yaşamdan olumlu duyğulanmasıdır. İnsan yaşamının necəliyi bütünlük içində yüksəlməlidir. Ürətimin ortamı, ürətimin ürədənlər və çevrə üzərindəki etgiləri, insan kimsəliyinin (kişiliyinin) gəlişiminə və insanın mutluluq duyğusu və anlayışına qatqısı, bir bütün içində dəyərləndirilməlidir.

      2.11. Sağlıqlı Toplum

      Günümüzdə yoxsulluq və geriqalmışlığın, insandan bir mutsuz və acınacaqlı kölə yaratdığı, eynı zamanda tükətim kültürünün də insandan mutsuz bir robot yaratdığı qanıdlanıbdır. Yoxsulluq və tükətim artışı toplumları şiddət, cinayət, savaş, modern köləlik vb. kimi insanın yaratdığı istənməyən eyləmlərdən qurtarmayıbdır. Qurtuluş Partiyası Türklüyün dünyaya qazandırdığı Nəsimi, Mövlana, Yunus Əmrə vb Türk düşünür və filosofların yanısıra insan mutluluğu üçün həyatlarını adamış diyər düşünür və filosofların görüş və düşüncələrinin sintezini quracaq; insanı, varlıq içində bütünləyərək insana hər yönüylə sağlıqlı bir yaşam ortamı yaratmağa çalışacaqdır.

      2.12. Ədalətli Gəlir Dağılımı

      Qurtuluş Partiyası toplumsal siniflər arasındakı eşidsizliklərin azaldığı və fərqli bölgələr arasındakı eкonomik gəlişmişliyin dəngəli bir biçimdə irəlilədiyi bir Azərbaycan Türk Dövlətini amaclamaqdadır. Ədalətli gəlir dağılımı toplumda yoxsulluğu azaltmaq, düşük gəlirli kəsimlərin yaşam standardlarını yüksəltmək və bölgələr arası eşidsizliyi gedərmək açısından önəmli bir yöntəmdir. Qurtuluş Partiyasına görə, ədalətli gəlir dağılımı; toplumsal gerilimləri, şiddəti, savaşı vb azaldaraq sağlıqlı, dəngəli, barışcıl və xoşgörülü toplumsal yapının gərəyidir.

      2.13. İşsizlik və Yoxsulluqla Mücadilə

      Qurtuluş Partiyasına görə, qurulacaq olan Azərbaycan Türk Dövlətinin təməl hədəf və görəvlərindən biri də, yurddaşların işsizlik və yoxsulluq məsələlərinə çözüm gətirməkdir. İşsizlik və yoxsulluqla mücadilə, dövlətin bütün iç və dış imkanlarını və bütün eкonomik kəsimlərin qatılımını səfərbər edərək planlı bir biçimdə aparılmalıdır. Modern texnolojik gəlişimləri gözə alaraq ürətkən və istixdam fürsətləri yaradacaq eкonomik girişimlər qollanacaqdır.

      2.14. Fürsət Eşidliyi

      Qurtuluş Partiyası eşidlikçi bir Azərbaycan Türk Dövlətinin qurulacağını hədəfləməkdədir. Fürsət eşidliyinin eşid yaşam qoşulları gerçəkləştiyi bir ortamda anlamlı olacağının inancındayıq. Azərbaycan Türk Dövləti yaşam qoşullarında eşidliyin və fürsət eşidliyinin orqanizələşməsindən və gözədimindən sorumlu olacaqdır. Qurtuluş Partiyası mümkün olduqca eşid qoşullarda yaşam və fürsət eşidliyinin yayğınlaşmasını qoruyacaqdır.

      2.15. İrəli Bir Eyitim Düzəni

      Türklük və Azərbaycan Türk Millətinə bağlılığının qurur və bilincinə (şüuruna) yiyələnib, kültürəl dəyərlərimizi özümsəmiş, düşünmə, alğılama və sorun çözmə yetənəyi gəlişmiş, yeni gəlişimlərə açıq, yaradıcı, sorumluluq duyğusu və toplumsal duyarlılığı yüksək, bilim, texnoloji və düşüncə ürətiminə uyğun, girişimçi, demoкrat və ilkəli nəsillərin yetişdirilməsi eyitim politiкamızın təməl amacıdır. Bu bağlamda; eyitim sistemini dünyanın ən gəlişmiş standardlarına yüksəltmək, eyitimdə fürsət eşidliyini gerçəkləşdirmək, yazma-oxuma oranını %100-ə çıxararaq zorunlu və parasız eyitim sürəsini 9- ilə çıxarmaq, yurdumuzun bütün uşaqları və gənclərinə eşid qoşullarda eyitim alma fürsətini yaratmaq, eyitimin təməl dəyəri olan öyrətmənin yaşam qoşullarını, çalışma ortamını və ehtiyaclarını qarşılayacaq düzeydə tutmaq, Qurtuluş Partiyasının eyitim politiкalarının özülüdür.

      2.16. Gəncliyə Umud

      Qurtuluş Partiyasına görə, gənclik Azərbaycan Türk Millətinin gələcəyinin garantisidir. Gəncliyə yatırılacaq hərcürlü yatırım Azərbaycan Türklüyünün sürəyənliyinə və umuduna yatırılmış yatırım olacaqdır. Kültürəl dəyərlərimizi özümsəmiş düşünən, yaradıcı və yenilikçi gənclik Azərbaycan Türklüyünün təməl umududur.Qurtuluş Partiyası gənclərimizin görüş və önərilərini də diqqətə alaraq onların eyitim, sağlıq, istixdam, sosyal güvənlik və sərbəst zamanlarının dəyərləndirilməsi ilə ilgili sorunlarının çözülməsini hədəfləməkdədir.

      2.17. Sosyal Güvənlik və Dayanışma

      Qurtuluş Partiyası qurulacaq olan Azərbaycan Türk Dövlətində toplumun azgəlirli kəsimlərini, əməkliləri, əngəlliləri, tək başına qalmış yaşlıları və öksüzləri (yetimləri) başda dövlət olmaq üzərə ilgili sivil toplum örgütlərinin qatılımını da sağlayaraq sosial güvənlik sistemi altına almağı hədəfləməkdədir. Sosial güvənlik sistemi zaman içində toplumun tümünü qapsamalıdır.

      2.18. Uşaq Haqlarının Qorunması  Qurulacaq olan Azərbaycan Türk Dövlətində uşaqların toplumsal yaşam və ilişgilər içindəki haqları və toplumsal çevrənin uşaqlara yönəlik görəvləri birlikdə ələ alınacaq və düzənlənəcəkdir. Uşaqlarımız yasal və ruhsal bir qoruma altında olmalıdırlar. Uşaqlarımıza uluslararası hüquq və evrənsəl anlayışlar çərçivəsində, yerəl şərtlər də diqqətə alınaraq ən yüksək standardlarda yaşam qoşulları hazırlanacaqdır.

      2.19. ‘Öncə İnsanıq’ Anlayışıyla Yasalar Qarşısında Kişi-Qadın Eşidliyi

      Azərbaycan Türk Dövləti demoкratik hüquq dövləti olacaqdır. Bu baxımdan cinsiyyət ayrımı yapılmadan bütün yurddaşlar yasalar qarşısında, politik etginliklərə qatılımda, çalışma və iş qoşullarında, qamu (cəmiyyət) görəvlərinə gələbilmədə kəsinliklə eşid haq və özgürlüklərə sahib olmalıdırlar. ‘Öncə insanıq’ anlayışımızdan yola çıxaraq qadın- kişi eşidliyi Qurtuluş Partiyasınin vazkeçilməz amaclarından biri sayılmaqdadır.

      2.20. Sağlıqlı Qalxınma

      İllərdir müstəmləkəçi Rusların, irqçi Farsların və işğalçı Erməni güclərinin

      basqısına məruz qalmış yurdumuz talanmış, yağmalanmış və sömürülmüş duruma düşürülmüşdür. Bu baxımdan yurdumuzun təməl eкonomik, ulaşım, şəhərləşmə, sənayeləşmə vb alanlarında geniş qapsamlı təməl qalxınma planlara və proqramlara ehtiyac duyulmaqdadır. Qurtuluş Partiyası olaraq Azərbaycanın çoxyönlü milli qalxınma sürəcinə və uluslararası başatlıq və saydamlıq qonumunu qazanma sürəcinə tüm gücümüzlə qatılacayıq.

      2.21. Doğal Çevrənin Qorunması (Yaşıl Azərbaycan)

      Eкonomik qalxınma amacıyla sənayeləşən dünyamız kürəsəl çevrə kirliliği sorunu ilə qarşı-qarşıyadır. Çevrə kirliliyi artıq ulusal və bölgəsəl duyarlılıq ölçüsünü aşmış və evrənsəl sorun və təhlükə halına gəlmişdir. Qurtuluş Partiyası, insanı hərzadın mərkəzinə qoyduğu və insanı doğanın parçası gördüyü üçün, təmiz və yaşıl bir dünyada, təmiz və yaşıl bir Azərbaycan hədəfləməkdədir.

      Amacımız sağlıqlı insan, təmiz çevrə və sağlıqlı toplumdur. Sənayeləşmə, qalxınma və rifah toplumu sürəcləri aracdırlar. Qurtuluş Partiyası Azərbaycanın doğal, tarixi və kültürəl qaynaqlarının kirlənməsini, təxrib və yox edilməsini önləmək üçün çevrə qonusunda bilimi və tarixsəl təməllərə, kültürəl dəyərlərə və milli mənfəətlərə dayanaraq siyasət irəli sürəcəkdir.

      2.22. Yönətim Anlayışımız

      Qurtuluş Partiyasına görə, qurulacaq olan Azərbaycan Türk Dövlətində ‘yönədənlər’ və ‘yönədilənlər’ qavramları, təkyönlü ilişgi, yəni etgiləmə və etgilənmə anlayışıyla deyil qarşılıqlı çoxyönlü ilişgi, yəni etgiləşim anlayışıyla anlaşılmalı və

      uyğulanmalıdır. Qurulacaq olan Azərbaycan Türk Dövlətində toplumun bütün kəsimləri yönətimə qatqıda bulunma haqqına yiyələnəcəklər.

      Bu bağlamda bütün yurddaşlar özlərini bağlayan bələdiyyələrin alacaqları qərarlarda; öyrəncilər, universitetlərin yönədimində; işçilər fabrikadakı çalışma qoşullarının bəlirlənməsində; məmurlar dövlət dairələrindəki idarə qoşullarının düzənlənməsində və ürəticilər kooperatiflərin (təavuni) yönətimində söz sahibi olacaqlar. Ulusal düzeydə ekonomik qərarların oluşumunda, sənaye, ticarət, tarım odalarının, əsnaf birliklərinin, məslək quruluşlarının və işçi sendikalarının qatılımları sağlanacaqdır. Yerəl yönətimlərin gücləndirilmələri doğrultusunda mərkəzi yönətim tərəfindən yürüdülməsi gərəkən ədalət, güvənlik və sovunma (müdafiə) kimi qulluqların dışında qalanların yerəl yönətimlərə buraxılması sağlanacaqdır.

      2.23. Ədalətli Toplumsal Düzən

      Ədalətli toplumsal düzən Türk kültürünün tarixsəl dəyərlərindən birisi sayılmaqdadır. Qurulacaq olan Azərbaycan Türk Dövlətinin təməli ədalət olacaqdır. İllərdır ayrımçılıq, basqı və ədalətsizliklərə uğramış ulu millətimiz adil toplum özləmlərini quracaqları Azərbaycan Türk Dövlətində gedərəbiləcəkləri inancını daşımaqdayıq. Bu bağlamda Qurtuluş Partiyası köklü bir adil toplum reformunu gətirəcəkdir.

      2.24. Ulusal Bağımsızlıq; Kimsəlikli və Lider Azərbaycan Türk Dövləti

      Güney Azərbaycan üçün ulusal bağımsızlıq Qurtuluş Partiyasının başlıca təməl hədəfi sayılmaqdadır. Ulusal bağımsızlığı olmayan millətlər dəyişmə sürəcində tez-

      gec əriyib yox olmaq zorundadırlar. Keçmişimizi, bugünümüzü və varlığımızı gələcəğə daşımaq üçün “Ulusal Bağımsızlıq” və “Milli Qurtuluş” vazkeçilməz qoşuldur.

      Qurtuluş Partiyasının gerçəkləşdirməyi amacladığı Azərbaycan Türk Dövləti tarixdən gələn xarakteri və gücü ilə öz dövlətçilik anlayışı və modelini sovunabilən, sayğınlığı olan, dünya barışına qatqıda bulunan, evrənsəl düzeydə sorunların çözümünə olumlu netəlikdə qatılabilən lider Azərbaycan Türk Dövləti olacaqdır.

      II. BAŞQA TƏMƏL İLKƏLƏRİMİZ

      1. Təməl İnsan Haq və Özgürlükləri

      Qurtuluş Partiyası, insanı insan sifəti daşıdığı üçün təməl dəyər olaraq görməkdədir. Bu bağlamda kimsələrə bağlı, toxunulanmaz, əvəzedilənməz və vazkeçilənməz mahiyətdə; təməl haq və özgürlüklərin eşid qullanımını, hərcürlü istismardan qorunmasını, güvəncə altına alınmasını və bunlara işlərlik qazandırılmasını qutsal və vazkeçilməz görəv olaraq dəyərləndirməkdədir.

      Qurtuluş Partiyası aşağıda açıqlanan təməl haq və özgürlükləri insan haqları və demokrasının vazkeçilməz təməl ünsürləri və güvəncəsi olaraq dəyərləndirməkdə və mənimsəməkdədir.

      1.1. Yaşam Haqqı (ölümsüz yarğı sistemi)

      İnsan varlığının qorunması və gəlişdirilməsinin güvəncə altına alınmasıyla kimsələrin özgürlük və güvəncə içində olması sağlanır. Qurtuluş Partiyası Azərbaycan Türk Dövlətinin hüquq sistemində ölüm cəzasının olmamasından yanadır. Ayrıca, yarğı qərarı

      olmadan kimsənin yasalarda tanımlanmış özgürlüyü qısıdlanabilməz.

      1.2. Düşüncə və Anladım Özgürlüğü

      Qurtuluş Partiyası düşüncə özgürlüyünü insanın və demokratiyanın ayrılmaz bir parçası olaraq dəyərləndirməkdədir. Düşüncə və anlatım, qurulacaq olan Azərbaycan Türk Dövləti hüquq sistemində suç sayılmayacaqdır. Düşüncəni açıqlamaq, anlatmaq və örgütləmək bir bütünün parçaları sayılar. Bu baxımdan düşüncə, olası bütün ilətişim aracları araçılığı ilə açıqlanabilər, anladılabilər.

      1.3. Bilgi və Bilişim Özgürlyü

      Qurtuluş Partiyasına görə, hər cür bilgini (bilimsəl, sənətsəl, dinsəl, eyitimsəl, fəlsəfi, texnik vb) öyrənmə və öyrətmə haqqı və özgürlüyü əngəllənənməz. Azərbaycan dünyada, hər cürə bilginin və bilişimin, hərhansı bir ideolojik görüşün ya da dini öyrətinin basqısı olmaqsızın son dərəcə sərbəstcə oluşacağı və dolaşacağı məkan olmalıdır. Qurtuluş Partiyası bu haq və özgürlüyün ən qapsamlı və geniş biçimdə yerinə gətirilmə gərəyini öngörməkdədir.

      1.4. Din, İnanc və Vicdan Özgürlüyü

      Azərbaycan Türk Dövlətinin yurddaşları, inanc, düşüncə və yaşam biçiminə görə, qınanılmaz; düşüncə, inanc və yaşam biçimini dəyişdirməyə, açıqlamaya zorlanamaz və basqı altında tutulamaz. Yurddaşlar inanc, düşüncə və yaşam biçimlərinin gərəkdirdiyi törənləri və öyrətiləri öyrənmə və uyğulama haqqına sahib olmalıdırlar. Bütün bu haqlar, tüm yurddaşların eyni haqlarının pozulmadığı sürəcə keçərli olacaqdır.

      1.5. Basın, Yayım və İlətişim Özgürlüyü

      Azərbaycan Türk Dövlətində toplumun gerçəkləri və doğruları öyrənmə və bilmə haqqı vardır. Kütlə ilətişim araclarının özgürlüyü, demokrasinin və açıq toplumun təməl gərəyidir. Kütlə ilətişim araclarının özgürlüyü eyni zamanda saydam yönətimin gərəkli güvəncəsi və garantisi sayılar. Bütün yurddaşlar qamu etginlikləri ilə ilgili hər qonuda xəbər alma və bilgilənmə özgürlüyü və haqlarına yiyədirlər.

      1.6. Savunma Haqqı

      Azərbaycan Türk Dövləti’ndə hərhansı yasal bir nədənlə tutuqlanmış yurddaş, özünü savunma və ən qısa bir sürədə yarğıc önünə çıxarılmasını istəmə haqqına yiyələnəcəkdir. Yarğı qarşısında özünü savunacaq və haqlarını qoruyacaq imkanı olmayan yurddaşların haqlarını arama və savunma haqqını sağlamaq və təmin etmək Azərbaycan Türk Dövlətinin yükümlülüyündə olacaqdır.

      1.7. Yönətimə Qatılma və Örgütlənmə Haqqı

      Çoxulçu və qatılımçı demokrasilərdə ön izin aranmadan tüm yurddaşların yönətimə qatılma, bu amacla örgütlənmə haqqı vardır. Bu çərçüvədə siyasi partiyalar, sendikalar, dərnəklər, kooperativlər və məslək quruluşlarına üyə olma, aktivitələrə və yönətimə qatılma haqqı və özgürlüyü yasalarla güvəncə altına alınacaqdır.

      1.8. Çalışma Haqqı

      Azərbaycan Türk Dövlətində tüm yurddaşlar çalışma haqqına sahib olacaq və dilədikləri alanda girişimçilik və sözləşmə ilə iş qurabiləcəkdir. Girişimçilik sərbəst, rəqabətçi bazar düzəninin təməl quralıdır. Azərbaycan Türk Dövləti işsizliyi önləmək üçün yerəl və yabancı yatırımı, özəl sektor və öz imkanlarını qullanacaqdır.

      1.9. Yiyəlik Haqqı

      Azərbaycan yurddaşları mülk alım-satımı, mülk üzərində özəlləşdirmə haqqına yiyədir. Azərbaycan Türk Dövlətinin Anayasasında bəlirlənəcək qamu yararına toplumsallaşdırılmış mülklər dışında yiyəlik (mülkiyyət) haqqına müdaxilə ediləbilməz.

      1.10. Təmiz, Doğal Çevrə Haqqı

      Çağdaş və gəlişmiş Azərbaycan Türk Dövləti yurddaşları təmiz, sağlıqlı və yaşıl çevrədə yaşama haqqı və özgürlüyünə sahib olacaqdırlar.

      1.11. Gəzi Özgürlüyü

      Azərbaycan Türk Dövlətinin yurddaşları istədikləri yerdə yerləşmə və istədikləri yerləri gəzmə özgürlüyünə sahib olacaqlardır. Bağımsız məhkəmələrin hökmü olmadan kimsənin gəzi haqqı sınırlanamaz

      1.12. Toplantı və Göstəri Yürüyüşü Haqqı

      Hərhansı bir ön izin aranmadan və alınmadan Azərbaycan Türk Dövləti yurddaşları istədikləri qonularla bağlı toplantı və göstəri yürüyüşü yapma haqqına və özgürlüyünə sahib olacaqdır.

      1.13. İnsanı Aşağılayan İşkəncə Ayıbına Son

      Qurtuluş Partiyası üçün “insan ən təməl və uca dəyərdir” görüşündən yola çıxaraq insanı aşağılayan insanlıqdışı hərcürlü işkəncə və dayatmanı şiddətlə qınayır, bu kimi uyğulamalara qarşı çıxırıq. Qurulacaq olan Azərbaycan Türk Dövlətində işkəncə və hərcürlü zorlamaya yer olmayacaqdır. Yurddaşların yaşam güvəncələri və

      sayğınlığı Azərbaycan Türk Dövlətinin təminatı altına alınacaqdır.

      Qurtuluş Partiyası Azərbaycan Türk Dövlətində özgürlükçü, çoxulçu, qatılımçı demokrasinin tüm qurum və qurallarıyla işlərlik qazanacağı öngörüsündədir. Bu bağlamda uluslararası anlaşma və sözləşmələrlə düzənlənmiş “İnsan Haqları Evrənsəl Bildirgəsi”, “Avrupa İnsan Haqları Evrənsəl Bildirgəsi”, “Avrupa Güvənlik və İşbirliyi Кonferansı”nca qəbul olunmuş Helsinki Sonuc Bəlgəsi ilə Paris Şartı və Türk Dünyası İnsan Haqları ilkələrinin iç hüquq sistemində uyğulanmasını ön görməkdədir. Bütün bunlarla birlikdə Azərbaycan Türk Dövlətinin demokratik hüquq dövləti olacağından, təməl haq və özgürlüklər Anayasaya uyğun bir biçimdə ancaq və yalnızca yasalarla sınırlanabilər.

      Qurtuluş Partiyası; sosial-kültürəl yaşam alanlarının sürəkli fərqliləşmə və dəyişmə durumunda olduqları anlayışından yola çıxaraq; toplumsal-kültürəl həyatın fərqli boyutlarında gerçəkləşəcək yeniliklər və dəyişmələrdən dolayı yeni ehtiyaclar, haq və özgürlüklər ortaya çıxacağından, insan haq və özgürlüklərinin günün ehtiyaclarını qarşılayacaq biçimdə sürəkli gəlişdirilməsindən yanadır.

      2. Türkçülük-Milliyyətçilik

      Qurtuluş Partiyası millət qavramını; ortaq bir dil, ortaq keçmiş, ortaq gələnək-görənək və dəyərlər sistemi, ortaq yurd, ortaq inanc sistemi, ortaq keçim ilişkiləri, ortaq törənlər, ortaq bağlılıq bilinci və duyğusu, ortaq dövlət və egəmənlik yapısı, ortaq bir qədəri paylaşma duyğusunu və gələcək ülküsünü daşıyan və öz milli kimliyinin fərqində olan kimsələrin bir bütün olaraq sosial bir örgütlənmə biçimi kimi dəyərləndirməkdədir. Bu bağlamda

      Azərbaycan Türk Milləti bir gerçəklik olaraq; Azərbaycanımızın bağımsız, güclü, demoкratik və sayğın bir ölkə olmasının; yurdumuzun və dövlətimizin sonsuzadək var olacağının sosial və kültürəl təməlini oluşdurmaqdadır.

      Qurtuluş Partiyası milliyətçilik qavramını; mümkün, tarixi və sosiolojik bir varlıq və kateqorik bir olğu olan millət üzərinə yapılmış və sistemləndirilmiş bir düşüncə biçimi vəya anlayışı olaraq hərzaddan öncə milləti oluşduran kimsələrin bilincinə bir şəkil verən, günlük danışıqlarını, davranış və tutumlarını yönləndirən bir görmə, yorumlama və bir alğılama biçimi olaraq ələ almaqdadır.

      Bu bağlamda Qurtuluş Partiyası; Azərbaycan Türk Millətinin milli kültürəl dəyərlərini, milli hakimiyyətini, milli dövlətini, milli dayanışma, bütünlük və əsənliyini, dünyadakı sayğınlığını, torpaq bütünlüyünü, siyasi və ekonomik haqlarının qorunmasını, Türk və Türklük sevdasını Türkçülük ülküləri təməlində təminat altına alınmasını Azərbaycan Türk Millətçiliyi olaraq mənimsəməkdədir.

      Qurtuluş Partiyası; millətlərin eşidliyi, işbirliyi və uzlaşması gərəkliliyi anlayışından yola çıxaraq milliyətçiliyi, fərqli etnisitələr arasında bir ayrım ölçüsü olaraq deyil, tüm ayrışmaları qapsayan, onlara Azərbaycan Türk Dövlətinin ulusal bütünlüyü çərçivəsində demokratik fərqliləşmə özgürlüyünü tanıyan, fərqlilik içində bütünləşməyi öngörən, bütünlük idealını tanımlayan qapsayıcı bir biçimdə dayanışma və uzlaşmayı hədəfləyən bir söyləm olaraq dəyərləndirməkdədir.

      Qurtuluş Partiyası; dünyanın çeşidli ölkələrində yaşayan Azərbaycan Türklərinin və Türk topluluqlarının bulunduqları ölkələrin yurddaşları ilə eşid

      haq və özgürlüklərə sahib olmalarını; ana dillərini və kültürəl dəyərlərini yaşadıb gəlişdirilmələrini hədəfləməkdədir. Bu bağlamda hərcürlü imkanı qullanmağı özünə bir görəv olaraq görməkdədir.

      3. Dövlətçilik

      Tarix boyunca fərqli biçimlərdə olsa da günümüz şərtlərində daha da bəlirgin, ciddi bir biçimdə, dövlətin kültürəl dəyərlərin, milli kimliklərin qorunub sürdürülməsi üçün yaşamsal işləv və vazkeçilməz qonuma yiyələnməsi görünməkdədir. Dövlətsiz millətlər milli kimlikləri ilə kültürəl dəyərlərini itirmə təhlükəsilə qarşı- qarşıyadırlar. Bu baxımdan Azərbaycan Türk Dövlətinin qurulması Azərbaycan Türk Millətinin sonsuzadək yaşamasının önqoşuludur.

      Azərbaycanda, dövlət, Azərbaycan Türk Millətinin istəncinin və milli dəyərlərinin simgəsidir. Ölkənin və millətin gənəl çıxarlarının qoruyucusudur. Qurtuluş Partiyasının dövlət anlayışına görə, “yurddaş dövlət üçün deyil, dövlət yurddaş üçündür”. Bu üzdən, dövlət yurtdaşın yararına etgin önləm alabilmə imkanına və yetkisinə malikdir.

      Milli bağımsızlıq və hakimiyyətin qorunması; siyasi və iqtisadi təməllərin doğru və sağlam atılması; yurddaşların özgürlüyü, eşidliyi və güvənliyinin qorunması; yaşam qoşullarının yaxşılaşdırlması; gəlişimin sürəkliliyi, yeyinliyi və haqçılığı ilə birlikdə toplumsal dəngənin sağlanması, ürətim araclarının və mülkiyyətin toplum yararına, əməyin üstünlüyü və gəlişmənin bütünlüyü qurallarına uyğun biçimdə dəyərləndirilməsi Azərbaycan Türk Dövlətinin gözətməsi gərəkən təməl ölçülərdir.

      Qurtuluş Partiyası; qatılımçı, çoxulçu və demokratik bir Azərbaycan öngörür. Bu bağlamda yönədənlər ilə yönədilənlər arasında qarşılıqlı ilişginin mümkün olduğu qədər qaldırılmasına, qarşılıqlı anlayış təməlində uzlaşmaçı və çözüm gətirici ilişgilərin qurulmasına çalışacaqdır. Qurtuluş Partiyası, mərkəz-çevrə arasındakı ilişgilərdə gücün adil dağılması, israfın azalması, verimliliyin artdırılması və “yerindən yönətim” anlayışını mənimsəməkdədir.

      Qurtuluş Partiyasına görə, Azərbaycan Türk Dövləti demoкratik, çağdaş, sosial hüquq dövləti olaraq təkcə bəlirli bir sinifin, dini inancın, ideolojik görüşün, soy kökün və irqin dövləti deyil, tüm Azərbaycan yurddaşlarının dövlətidir.

      4. Devrimçilik

      Toplumsal-kültürəl sistemlərin sürəkli dəyişim içində olduqları və hər geçən gün sosial həyatın fərqli boyutlarında dəyişimin temposunun artdığı dartışılmaz bir gerçəkdir. Bu doğrultuda Qurtuluş Partiyası zamanın, məkanın və gənəl şərtlərin sürəkli dəyişərək gətirdiyi yeni ehtiyacların qarşılanacağı, hərcürlü geriçilik, tutuculuq, doqma və irticadan arınmış çağdaş bir Azərbaycan öngörməkdədir.

      Devrim dediyimiz, sosial-kültürəl yaşamın təməl qurumsal ilişkilərini bir bütün olaraq istənilən yönə və amaca doğru uyumlu bir biçimdə dəyişdirmək deməkdir. Toplumda çıxacaq olan çatışma və uyumsuzluqları gedərəcək yeni çözümlər təməlində dəngəyə və uyuma götürməkdir.

      Qurulacaq olan bağımsız və bütöv Azərbaycan sürəkli gəlişən, olğunlaşan, yeniləşən, millətin ehtiyaclarını və çıxarlarını ən üst düzeydə qarşılayacaq anlamda irəliləyən bir Azərbaycan

      olacaqdır. Ulus-dövlət yapımızı, kültürəl dəyərlərimizi və milli bağımsızlığımızı hədələyən geriçi və özgələşdirici qurum- quralları yıxaraq yerlərinə millətimizi tarixdən gələn öz insancıl dəyərlərinə bağlayan, demoкratik, özgürlükçü, eşidlikçi, irəliçi və çağdaş uyğarlıq doğrultusunda sonsuzadək aparacaq qurum-quralların tikilişi devrimçilik anlayışımızın normal eyləmsəl özəlliyidir.

      Qurtuluş Partiyasının devrimçilik anlayışı insancıl özləmlər və ulusal çıxarlar doğrultusunda yeni düşüncələr və yeniliklərə açıq; itaətçi deyil, sorğulayıcı insan tipinin yetişdirilməsi, qorxu və basqıdan arınmış bir toplumda özünə güvənən, quralları və verili doğruları sorğulayan, yeni ehtiyaclara uyğun çözümlər önərən, sorumluluq duyğusu daşıyan birəylərin topluma qazandırılmasıdır. Bütün bu sürəcləri xalqla birlikdə, xalqdan güc və yetgi alaraq demoкratik hüquq dövləti qurallarına və barışçı yöndəmlərə bağlı qalaraq gərçəkləşdirməyi öngörməkdəyik.

      5. Çağdaşlıq

      Qurtuluş Partiyası çağdaşlığı; çağın çeşidli güc odaqları tərəfindən, yayğınlaşdırılmış, basqınlaşdırılmış və dəbləşdirilmiş, insanı robotlaşdıran, bir arac durumuna düşürən və öz doğal netəliklərinə yabancılaşdıran bir anlayış olaraq deyil; insanın gərçək, doğal, netəlik və ehtiyaclarına uyğun cavab və çözümlər gətirən, insanı doğal varlığın bütünlüyü içində amac olaraq görən anlayışın bir ilkəsi olaraq dəyərləndirməkdədir.

      Bu bağlamda Qurtuluş Partiyası çağdaşlaşmağı; insanı öz-özünə və doğal netəliklərinə yabancılaşdıran təqlidçiliyi, insanı arac qonumuna gətirərək robotlaşmağı mənimsətdirən bir sürəc

      olaraq deyil; insanın bir amac olaraq gerçək və doğal netəliklərinə və ehtiyaclarına uyğun qarşılıq verən bir sürəc olaraq görməkdə və alğılamaqdadır.

      Bu anlayışdan yola çıxaraq Qurtuluş Partiyası Azərbaycanda çağdaşlıq və çağdaşlaşmağı; kültürəl yaşamın maddi və texnolojik boyutu olaraq ən yüksək texnolojik ayğıdların ürədim və qullanım mərkəzi qonumuna gələrək insanı texnolojik ürünlərin qulluğunda bir arac qonumuna gətirməyi deyil; texnolojik ürünləri insanın qulluğunda bir arac qonumunda qullanmağı dəyərləndirməkdədir. Dolayısıyla Azərbaycanımızda gəlişmiş ən son model aracları və bilimsəl yöntəmləri qullanaraq doğa və insan qaynaqlarımızı yurddaşımızın qulluğuna sunmaq çağdaşlıq anlayışımızın maddi və texnolojik boyutudur.

      Çağdaşlıq və çağdaşlaşma anlayışımızın düşünsəl və normatif boyutu olaraq öz ulusal və insancıl dəyərlərimizin təməlində öz gerçəkliyimizi və içində bulunduğumuz çağın olumlu və olumsuz olaraq dəyərləndirdiyimiz qoşullarını gözə alaraq istədiyimiz insan tipini, toplum biçimini, varlığı alğılama və açıqlama modelimizi oluşdurmaq öngörülməkdədir.

      Qısacası çağdaşlıq və çağdaşlaşma anlayışımız; yayğın və basqın çağdaşlıq və çağdaşlaşma modellərini təqlid etmək, onları izləmək deyil; öz dəyərlərimiz və gerçəklərimiz təməlində bütüncül və qapsayıcı bir biçimdə insanı amaclayan yeni bir çağ açmaq, yeni bir çağ yaratmaqdır.

      6. Laiklik

      Qaynağını pozitif hüquqdan alan laiklik qavramı; gənəl anlamda dini qurumları

      təmsil edən quruluş və kimsələrin nüfuz və ayrıcalıqlarından arındırılmış, hərhansı dini inancın etgisi və basqısı altında qalmadan, bütün yurddaşları eşid bir biçimdə qapsayan hamı düzəninin işləməsi anlamına gələr.

      Qurtuluş Partiyasına görə, Azərbaycan Türk Dövləti inanc və vicdan özgürlüyünü dəstəklədiyi ölçüdə laik və demoкratik olacaqdır. Bütün inanc sistemləri dövlət önündə özgür və eşid olacaqdır. Dövlət dinsəl inanclara və onları təmsil edən qurum-quruluşların mənəvi işlərini qoruduğukimi din də, dövlət işlərinə qarışmamalıdır. İbadət törənlərinin sərbəstliyi Azərbaycan yurddaşlarının təməl haqqıdır. Qurtuluş Partiyası dinin basqı ünsürü olmasına, din duyğusunun və dinsəl inancların da basqı altında qalmasına qarşıdır.

      Laikliyin təməl özəlliyi, millətin və yurdun bütünlüyünü sağlamaq, barışı, qarşılıqlı anlayışı və xoşgörünü qurumsallaşdırmaqdır. Bir millətin birəyləri arasında bənzərlikləri ölçüdə fərqlilikləri də o millətin zənginliyini oluşdurar. Bu bağlamda laiklik çoxulçu (pluralist), demoкratik, hüquq dövləti və toplumunun təməl ilkəsi sayılar.

      7. Xalqçılıq

      Qurtuluş Partiyasının öngördüyü Azərbaycan Türk Dövlətində yurddaşları dinsəl, örgütsəl, cərgəsəl (sinifsəl), ailəvi, kimsəl (şəxsı) qonum və özəlliklərindən dolayı hərhansı bir ayrıcalıq sahibi olanmazlar. Qurtuluş Partiyası hərcürlü cərgə, inanc, ailə, örgüt və kimsə ayrıcalıqlarına qarşıdır. İmtiyazların qaldırılmasından yana olan partiyamız hərcürlü imtiyazçı anlayış və eyləmlə mücadiləsində sadə və sıradan yurddaşlarımızın haqlarını sovunacaq,

      onlara fürsət yaradacaq, üfüq açacaqdır.

      Qurtuluş Partiyasının təməl ilkəsi olan xalqçılıq gərəkdiyində birəysəl çıxarları aşmaq, toplumsəlliyi, ölkə üçün özverini, millət və yurdsevərliyi mənimsəməkdədir. Xalqçılıq ışığında; kimsənin kimsəni əzməməsi, sömürməməsi, hərkəsin sağlığı və keçimi güvəncəyə alınması, çalışma və eyitim fürsətindən eşid yararlanması, insanca və haqca bir düzənin oluşumu ön görülməkdədir.

      8. Demoкratikləşmə və Sivil Toplum

      Qurtuluş Partiyası günümüzə dək dənənmiş dövlət idarəsi mexanizmləri içində milli iradənin ən üst düzeydə təmsil edildiği yönətim mexanizmi olaraq demoкrasini; toplumda gücün təkəlçiliyini azaldan güc dağılımı və paylaşımını artdıran, millətin dənətimini və hüququn üstünlüyünü sağlayan insan haq və özgürlükləri ilə düşüncə, anlatım, vicdan və girişim özgürlük və haqlarını ən geniş biçimdə güvəncə altına alan idarə sistemi olaraq dəyərləndirməkdədir.

      Demoкratik yönətim sistemi təməlləri üzərinə qurulacaq olan Azərbaycan Türk Dövlətində yurddaşların özgür oyları ilə seçilmiş millətvəkillərindən oluşan Azərbaycan Milli Parlamenti, millət iradəsinin və milli duyarlılıqlarımızın ən üst düzeydə təcəlli etdiyi qurumdur. Siyasi partiyaların quruluş və fəaliyyət özgürlükləri çoxulçu və qatılımçı demoкrasinin vazkeçilməz təməl öyəsidir. Çoxpartiyalı seçgi mexanizmi ilə işləyən demoкrasilərin yapıları və yapını oluşduran aкtorlar arasındakı ilişkini siyasi partiyalar biçimindəki yapılanmalar bəlirləyər.

      Qurulacaq olan Azərbaycan Türk Dövlətində milli birlik və bərabərliyi, toplumsal güvən, barış və dincliyi

      sağlamaq üçün demoкratik rejim bütün qurum və quralları ilə işləməlidir. Qurtuluş Partiyası bu vazkeçirilməz qoşulu gərçəkləşdirmək üçün demoкratik anlayış və dəğərlər bütününü Azərbaycan Türk Milləti arasında bir kültür və toplumsallaşma qonusu olaraq dəğərləndirməkdədir. Partiyamız, demoкrasi kültürünün mənimsənməsi və yurddaşlarımız arasında yayğınlaşması amacıyla planlı və örgütlü biçimdə çalışmaya qərarlıdır. Demoкrasi anlayışı; duyğu, düşüncə və davranışlarda özünü göstərməli və bir yaşam biçiminə dönüşməlidir.

      Sosial-kültürəl yaşamın tüm alanlarında gərəksinim duyulan hərcürlü örgütlənmə və sivil toplum quruluşlarının qurulması dəstəklənməlidir. Bu sürəc çoxunluğun və gücü əlində tutan kəsimlərin diktator və totalitercə davranmasını əngəlləyəbilər. Bütün yurddaşlar istədikləri alan və qonularda “yurddaş birlikləri” qurmağa özəndiriləcəkdir. Bu sürəc “sıradan yurddaşların” sivil quruluşlar araçılığı ilə etgin olmalarını və dövlət qarşısında edilgənlikdən çıxmalarını sağlayabilər.

      III. TƏMƏL AMACLARIMIZ 1. Bağımsızlıq

      Ulusal bağımsızlıq; milli varlığın, milli kimliğin və milli iradənin təzahürünün və sürəyənliğinin önqoşuludur. Bağımsızlığı olmayan millətlər yox olma təhlükəsindədirlər. Bağımsızlıq evrənsəl insan haqları bildirgəsində də ələ alındığı kimi bir millətin təməl haqqı sayılmaqdadır. Ulusal bağımsızlıq və egəmənlik demoкrasinin və çoxulçu anlayışın təməl quralıdır.

      Bu görüşlərdən yola çıxaraq Qurtuluş Partiyası; ulu Azərbaycan Türk Millətinin

      sonsuzadək varlığını sürdürməsi, iradəsini təzahür etdirməsi, insani haqqını qullanması, demoкratikləşmənin təməl və önqoşulunu gerçəkləşdirməsi və dünyadakı diyər insanlar və millətlər yanında özünə yaraşan yerini tapıb sayğınlıq qazanması üçün Güney Azərbaycanın bağımsızlığını özünə ilk və vazkeçilməz bir amac olaraq seçmişdir. Bu doğrultuda imkanları daxilində olan tüm gücünü bu qutsal amacın biran öncə gerçəkləşməsi üçün adamaqdadır. Qurtuluş Partiyasının Güney Azərbaycan üçün bağımsızlıq amacı başqa amaclarının önqoşuludur.

      Demoкratik olmayan, insanlıqdışı geriçi yöndəm və uyğulamalarla əsir, kölə, özünə yabancılaşan və kültürəl soyqırımına məruz qalmış Güney Azərbaycan Türkləri, ancaq və yalnızca bağımsızlaşaraq və ulusal egəmənliklərini əldə edərək başuca və sayğın bir millət olaraq ayrı millətlərlə birlikdə yaşama haqqını qazanacaqdırlar. Böyük öndər və demoкrasi şəhidimiz Xiyabani deyir; “Bir millətin şərafəti istiqlalındadır”.

      2. Güney Azərbaycan Türk Dövləti

      Qurulacaq olan Güney Azərbaycan Türk Dövləti; Güney Azərbaycan Türk Millətinin Farsçılığa, Fars ayrımçılığına, faşizminə, şovenizminə və geriçiliğinə qarşı verdikləri qutsal qurtuluş savaşının qalibiyyət sonucu olacaqdır. Güney Azərbaycan Türk Dövləti’nin sınırları indilik İran adlandırılan Farsçı, şovenist dövlətin işğalı altında bulunan Doğu və Batı Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan, Qəzvin və Ərak əyalətlərinin yanısıra Kərəc şəhəri və çevrəsini qapsamaqdadır. Güney Azərbaycan Türk Dövlətinin rəsmi dili yabancı Ərəb, Rus və Fars dillərinin kirlədici və pozucu etkilərindən arındırılmış və Türk dili təməlində standardlaşdırılmış Azərbaycan

      Türkcəsi olacaqdır. Güney Azərbaycan Türk Dövlətinin yurddaşları, uyruq olaraq “Azərbaycan Yurddaşı” deyə keçəcəkdir.

      Güney Azərbaycan Türk Dövləti Partiyamızın dövlətçilik ilkəsində açıqlanmış olan görüşlərin uyğulanmasından yükümlüdür. Bu bağlamda Güney Azərbaycan Türk Dövləti; Azərbaycan Türk Millətinə və Kültürünə bağlı tüm dəyər və öyələrin qorunub sonsuzadək saxlanmasından, bağımsızlıq və ulusal egəmənliyin vazkeçilməz haq olaraq sürdürülməsindən, demoкratik rejimin, insan haq və özgürlüklərinin, hüquq və sosial dövlət anlayışının və ulusal çıxarların qorunub uyğulanmasından sorumlu ən yüksək yetkili orqandır.

      Güney Azərbaycan Türk Dövlətinin egəmənlik qaynağı Azərbaycan Türk Millətidir. Güney Azərbaycan Türk Dövləti Böyük Mustafa Kamalın dediyi kimi “yurdda sülh, cahanda sülh” anlayışından yola çıxaraq uluslararası hüquq qurallarına sadiq qalaraq başda Birləşmiş Millətlər olmaq üzərə uluslararası quruluşlarla qarşılıqlı çıxarların qorunacağı və sağlanacağı biçimdə ilişgi qurma və ilişgini kəsmə yetkisinə sahib olacaqdır.

      3. Bütöv Azərbaycan Türk Dövləti

      Azərbaycan varoluşundan etibarən millət, dövlət və bir sosial-kültürəl gerçəklik olaraq bölünməz bir bütün və tək bir yapı və birim olmuşdur, olacaqdır. Qurtuluş Partiyası bu anlayış və duruşdan yola çıxaraq Azərbaycanın yalnızca dövlət qurumunu bağlayan siyasət, əskəri vb alanlar və ilişkilərdə keçici bir durum olaraq ikiyə bölünməsini dəyərləndirməkdə və Azərbaycanın kəsinliklə bu durumu aşacağına inanmaqdadır. Qurtuluş Partiyası Bütöv Azərbaycan Türk Dövlətinin

      qurulmasını Azərbaycan Türk millətinin ən təməl və vazkeçilməz haqqı olaraq görməkdə və bu amacın gerçəkləşməsini hədəfləməkdədir.

      Elə buna görə, Qurtuluş Partiyası Güney Azərbaycan Türk Dövlətini bir keçiş dövləti olaraq netələndirməkdədir. Quzey Azərbaycan ilə Güney Azərbaycan Türk Dövlətinin birləşməsi və Azərbaycan Türk Dövlətinin qurulması ulus-dövlətləşmə sürəcimizin qaçınılmaz sonul amacıdır. Qurtuluş Partiyası Azərbaycan Türkləri üçün “tək millət” və “tək dövlət” anlayış və amacını stratejik və qaçınılmaz yaşamsal zorunluluq və gerçəklik olaraq dəyərləndirməkdədir. Partiyamız Güney Azərbaycan Türk Dövləti üçün öngördüyü tüm ilkə və amacları Azərbaycan Türk Dövləti üçün də ön görməkdədir.

      4. Türk Dünyasında Dil, Düşüncə və Eyləm Birliyi

      Güney Azərbaycan Türk Dövlətinin qurulmasıyla Türk Dünyasının qarayolları tamamıyla Türk dövlətlərinin dənədiminə keçəcəkdir. Güney Azərbaycanın bağımsızlığı Türk Dünyasının doğu və batısını bir-birinə bağlayacaqdır. Güneylə Quzey Azərbaycanın birləşməsiylə Azərbaycan Türk Dövlətilə Türk Cümhuriyətləri və Topluluqları arasında hərcürlü işbirliyi, əməkdaşlıq projələrinin gerçəkləşmə və uyğulanmasına xız qazandıraraq etgin və yapıcı rol üstlənəcəkdir.

      Türk Cümhuriyətləri və Topluluqları arasında “Dildə, Fikirdə və İşdə birlik” anlayışından yola çıxaraq kültürəl, eкonomik, sosyal və siyasal ilişgiləri gəlişdirmək üçün gərəkən hərcürlü qurumsal yapılanmaları oluşdurmaq Qurtuluş Partiyasının öncəlikli hədəfidir.

      Türk Dünyası ilə çoxyönlü ilişgiləri ən üst düzeydəki orqanı və tək bir mərkəzdən eşgüdümlü bir biçimdə yeritmək və gəlişdirmək üçün Azərbaycan Türk Dövlətinin yeritmə gücündə “Türk Dünyası Baxanlığı” qurulacaqdır. Qurtuluş Partiyası Türk Dünyasında ticari və eкonomik ilişgiləri gəlişdirmək üçün ortaq bazar və ortaq pul birimi projəsini dəyərləndirəcəkdir.

      Sosial və kültürəl ilişgilər qapsamında isə, öncəliklə ortaq əlifba və ortaq Türkcənin yaradılması və qullanılmasının təməllərini oluşdurmağı hədəfləməkdədir. Ayrıca Türk Dünyası olimpiya yarışları və sənətsəl ortaq aкtivitələri gerçəkləşdirilməsini altyapısını hazırlama projələri üzərində dəyərləndirmələr və istişarələrdə bulunmaqdadır. Qurtuluş Partiyası Türklük təməlində; Türk Dünyası ölkələri və topluluqları arasında qurulacaq işbirliyi və əməkdaşlıq sonucu, Türk Dünyasının dünyanın ən etgin yönləndirici güc odağı qonumuna gələbiləcəyinə inanmaqdadır.

      5. Kürəsəl Barış və Uzlaşma

      Qurtuluş Partiyası; qurulacaq olan Güney Azərbaycan Türk dövləti və ardından iki Azərbaycan Dövlətinin birləşməsi ilə Azərbaycan Türk Dövləti’nin kürəsəl və bölgəsəl barış və istiklalə qatqıda bulunacağına, Ortadoğu və Qafqasya’da sorunların çözümünə yönəlik etkili rol üstlənəcəўinə inanmaqdadır.

      Qurtuluş Partiyası; Azərbaycan Türk Dövlətinin öncəliklə qomşuları başda olmaq üzərə, Türk Dünyası, Ortadoğu, Qafqaz, Avropa Birliği, BDT (Bağımsız Dövlətlər Topluluğu), İslam ölkələri, BMT və bütün dost ölkələrlə qarşılıqlı çıxarlar qapsamında eşgüdümlü və uyumlu bir biçimdə işbirliyi apararaq sorunların çözümünə, barış və istiqrarın sağlanmasına,

      qapsamlı dostluq və qardaşlıq ilişgilərinin qurulmasına çalışacağından yanadır.

      Qurtuluş Partiyası; qurulacaq olan Azərbaycan Türk Dövlətinin bölgəsəl sorunların yanısıra kürəsəl sorunlarda da uzlaşmaçı, barışçı və yönləndirici rol üstlənməsindən yanadır. Bu bağlamda Qurtuluş Partiyası tüm insanlığı hədələyən kürəsəl isinmə və çölləşmə sorununun biran öncə çözülməsinə, nüvə və kütlə qırğın silahlarının tümüylə qaldırılmasına, ozon qatının təxribinin əngəllənməsinə, barış və uzlaşma kültürünün yayğınlaşmasına dair etgili bir biçimdə qatqıda bulunacaqdır. Azərbaycan Türk Milləti və bütün insanlığın, barış və mutluluq içində yaşayacağı hər gəlişim və oluşumun qərarlı dəstəkçisi olmamız milliyətçilik anlayışımızın normal bir sonucudur.

      IV. TƏMƏL GÖRÜŞLƏRİMİZ 1. Təməl Siyasi Görüşlərimiz 1.1. Özgür Birey

      Özgür birey sistemi və yönətimi sorğulayan ona yaltaqlanmağa çalışmayan bir insan tipidir; düşünəbilən insandır. Özgür birey demək başıboş birey demək değil. Özgür birey haqlarının və sorumluluqlarının bilincində olan bir insandır.

      Totaliter Soyçu Fars siyasal kültürü içində yaşayan insanımız ayaqda qalmaq və ölməmək üçün bu siyasal kültürü hardasa mənimsəyibdir. Başqa yandan, Güney Azərbaycan şiddətin; diktat rejimlərinin və xalqlarının bir-birinə düşməncə duyğular bəslədiyi bir coğrafiyada yer almaqdadır. Bölgədə diktat rejimlərin var olması və xalqlarını bir-birlərinə düşməncə davranmalarının altında yatan nedən isə bölgə insanının bir birəy olaraq özgürcə

      düşünmə və yarğıyeritmə yetənəyinin olmamasından qaynaqlanır.

      Demoкrasinin ana ünsürü və mərkəzində yer alan özgür insandır. Özgür və hür olmayan insanın seçmə və seçilmə yetərliyindən söz edilənməz. Siyasi sistemin ən önəmli görəvlərindən biri birəyin özgürlüyünün önündəki eкonomik; siyasi və kültürəl əngəlləri (toplum basqısını) qaldıraraq özgür düşünməsini; özgür hərəkət etməsini; özgürlüyünü bilincli olaraq qullanmasını və özgür yaşamasını sağlamaq olmalıdır.

      Bütün bunları diqqətə alaraq Güney Azərbaycan Qurtuluş Partiyasına görə:

      Bölgə və dünya barışına qatqıda bulunmaq, demoкratik bir sistemin sürəkliliyini sağlamaq və qaranti altına almaq; Yurddaşların yönətimə qatqıda bulunması və ürədəbilən bir toplum üçün Güney Azərbaycan insanı özgür birəy olmalıdır.

      Azərbaycan Türk insanın özgür birəy olabilməsi üçün Eyitim sistemi; yasalar və dövlətin örgütləniş biçimi bunu dəstəkləməlidir. Ölümsüz Azərbaycan düşünürü Nəsiminin dediyi kimi, insan “cövhər-i la-məkan”dır. Güney Azərbaycan Qurtuluş Partiyasına görə, Güney Azərbaycan dövlətinin insana baxışı belə olmalıdır. Dövlət insanlarının özgürlüyünü qorumaq və genişlətmək üçün var olmalıdır.

      1.2. Çoxulçu Toplum

      Toplumda var olan bütün dünya görüşlərinin, Dinlərin, Məzhəblərin, çeşidli yaşam tərzlərinin bir arada barış və dinclik içində yaşaması özgürlüyün, insanlığın və demoкrasinin önşərtidir. Bunlara məxsus olan ibadət, rituel (ayin) və yaşam tərzlərini qorxusuzca heç bir basqı olmadan

      yaşamaları Güney Azərbaycan dövləti tərəfindən qaranti altına alınmalıdır. Çoxluçuluq Azərbaycan torpaqlarında yaşayan və Azərbaycan pasportu daşıyan tüm insanların Din, Dil, İrqi və Cinsi mənsubiyəti nə olarsa olsun özünü Yurddaş hissetməsinə nədən olacaqdır.

      Totaliter şovenist bir siyasi kültür ilə yetişmiş və eyitim görmüş insanlarımızın özlərində fərqli düşünüb yaşayanları təhəmmül etmələri onlarla eyni toplumda yaşamağı öyrənmələri və onlara qarşı uzgörülü yanaşmaları üçün: Güney Azərbaycan eyitim sistemidə çoxulçuluq kültürü ilkoxuldan başlayaraq işlənməli; bu anlayış insanlarımıza mənimsədilməli və Güney Azərbaycan toplumu fərqliliklərdən qorxmayan özgüvənli bir toplum olmalıdır. Anayasa və çıxacaq olan bütün yasalar bu görüşü dəstəkləməlidir. Güney Azərbaycan Qurtuluş Partiyasına görə çoxuluçuluq toplumsal barışın, eşidlik və ədalətin təməl daşıdır.

      1.3. Toplumsal Eşidlik

      Azərbaycan insanı eşidsizlik, ədalətsizlik və haqsızlıqların baş alıp getdiyi bir siyasi sistemin təhəkkümü altında yaşamaqdadır. Bu eşidsiz, insani olmayan, insanın sistemin bəqası üçün bir piyon olduğunun düşünən sistemdə yaşayan birçox insanımız bu durumun davam etməsini istəməməsinə rağmən bəziləri də, bu durumu doğal bir durum kimi alğılamağa başlamışdır. İnsanı insani özəliklərdən boşaldan bu sistemdə yetişən insanlarımızın zədələnən ədalət və eşidlik duyğuları və alğılarını təmin etmək Güney Azərbaycan dövlətinin ən ağır və ən öncəlikli görəvlərindəndir.

      Birəylər sosial təbəqələr arasında gəlirlərin yaxınlaşdırılması və gəlir uçurumlarını ortadan qaldırmaq üçün, bölgələrarası gəlişmişlik səviyyəsini yaxınlaşdırmaq

      üçün “Fürsət Eşidliyi” sağlanmalıdır.

      Güney Azərbaycan Qurtuluş Partiyasına görə, “Fürsət Eşidliyi” tüm alanlarda, tüm toplumsal qruplar arasında sağlanmalıdır.

      Partiya belə hesab edir ki, gəlir eşidliyi demək hərkəsin eyni səviyyədə gəlir əldə etməsi vəya yoxsulluğun eşid dağıdılması deyil, bəlkə hərkəsin eyni nöqtədən başlaması üçün eyni imkanlara yiyələnməsi və rəqabət özgürlüyü deməkdir.

      Eyitim və sağlıq, təməl bir haq olaraq hərkəsə dövlət tərəfindən vərilməlidir. Eşid və ədalətli bir toplum üçün çalışanlar ilə çalışmaq istəməyənlər arasında fərq olmalıdır.

      Güney Azərbaycan Qurtuluş Partiyasına görə, Azərbaycan qadınlarının kişilərlə eşid durumda olmaları üçün Güney Azərbaycan Dövləti qadın vətəndaşlarına “Pozitiv Ayrımçılıq” uyğulanmalıdır. Hazırlanacaq olan mədəni qanun, qadın haqlarının ən gəlişmiş olduğu ölkələrı örnək almalı və Medəni Qanun qadın haqları savunucu qrupları tərəfindən hüquqçular ilə birlikdə hazırlanmalıdır.

      Güney Azərbaycan Qurtuluş Partiyasına görə, qadınlar ilə kişiləri eşid və eyni səviyyədə olmayan bir ölkənin Ulus-Dövlət olmasından söz etmək olmaz. Bir millət insanlarının % 50-sini yox sayaraq irəliləyənməz. Qadınlar və kişilərin eşid olmadığı bir toplum ədalət duyğusunu olmadığı, demoкratik olmayan bir toplumdur.

      1.4. Demoкratik Hüquq Dövləti 1.4.1: HÜQUQ DÖVLƏTİ

      Hüquq dövlətindən qəsd edilən “hüququn üstünlüyünə dayalı dövlət”dir. Yəni

      hüququn Hükümran olduğu dövlət; hüququn üstünlüyü demək; “az dövlət” “çox hüquq” deməkdir.

      Hüquq dövləti genəl anlamda yönədənlərin ya da, siyasi iqtidar sahiblərinin kəyfi eyləm və işləmlərinə qarşı yönədilənlərə hüquqi güvəncələr sağlayan bir dövlət tipidir.

      Hüquq Dövləti təməl haq və hürriyyətlərin təminat altına alındığı və kimsələrə hüquqi təminat sağlayan dövlətdir. Hüquq dövləti “vətəndaşların hüquqî güvənlik içində bulunduqları, dövlətin eyləm və işləmlərinin hüquq qurallarına bağlı olduğu” bir sistemdir.

      Hüququn nəhayət qayəsi ədaləti gerçəkləşdirməkdir. Hüquq Dövləti toplumun dincliyi, milli dayanışma və ədalət anlayışı içində, insan haqlarına sayğılı, başlanğıcda bəlirdilən təməl ilkələrimizə dayanan, demoкratik, laik və sosial bir hüquq dövlətidir.

      Hüquq dövləti, insan haqlarına sayğı göstərən və bu haqları qoruyucu, adil bir hüquq düzəni quran və bunu davam etdirməyə özünü məcbur sayan və bütün fəaliyyətlərində hüquqa və anayasaya uyan dövlətdir. Kimsənin sahib olduğu toxunulmaz, vazkeçilməz, dövredilməz (əvəzedəlməz) təməl haq və özgürlüklərin özünə toxunulub tümüylə qullanılmaz hala gətirən qısıdlamalar demoкratik toplum gərəkləriylə uyum içində sayılmaz. Özgürlükçü olmaq yanında hüquq dövləti olmaq və kimsəni ön planda tutmaqda eyni rejimin öyələrindəndir.

      1.4.2: Yürütmənin Dənətimi:

      Yürütmənin (idarənin) tüm eyləm və işləmlərinin yarğı dənətiminə (kontroluna) tabe olması hüquq dövlətinin gərəyidir.

      Yürütmənin hüquqa bağlı olması və yenə yürütmə orqanının qərarlarının yarğı dənətiminə açıq olması hüquq dövlətinin vazkeçilməzlərindəndir.

      1.4.3: Bağımsız Yarğı:

      Yönətimin yarğısal dənətiminin etgili bir biçimdə yapılabilməsi üçün, məhkəmələrin bağımsızlığının və yarğıc güvəncəsinin tam anlamıyla sağlanmış olması mümkün olabilər.

      Yarğı dənətimini yerinə gətirən məhkəmələrin və yarğıçların bağımsız olmaları hüquq dövlətində əsasdır. Çünki bu dövlətdə, kimsəl haq və hürriyətlərinin ən böyük təminatı bağımsız yarğı orqanlarıdır.

      1.4.4: Qanunların Gənəlliyi və Qanun Önündə Eşidlik:

      Hərkəs, dil, irq, rəng, cinsiyyət, siyasi düşüncə, fəlsəfi inanc, din, məzhəb və bənzəri səbəblərlə ayrım gözədilməksizin qanun önündə eşiddir. Heçbir kimsəyə, ailəyə, zümrəyə vəya sinifə imtiyaz tanınanmaz.

      1.4.5: Qüvvətlər Ayrılığı:

      Yasama (qanunqoyucu), Yeritmə (mücriyyə) və Yarğı (qəzaiyyə) məqamlarının görəv və yetgiləri Anayasada heçbir yoruma yer verməyəcək şəkildə bəlirlənməlidir. Ərklər (qüvvətlər) ayrılığı ilə dövləti oluşduran üç gücün bir-birinin alanına müdaxilə etmə və etməmə necəliyi bəlirlənməlidir.

      Güney Azərbaycan Qurtuluş Partiyasına görə, Güney Azərbaycan dövləti qanun dövləti deyil, hüquq dövləti anlayışına görə örgütlənməlidir.

      Güney Azərbaycan Dövlətinin Anayasası özgülükçü, toplumun bütün kəsimlərinin ehtiyaclarına cavab verəbilən, toplumsal bir sözləşmə olmalıdır.

      Güney Azərbaycan Dövlətinin Anayasası bir uzlaşma anayasası, yasaqları təməl alan deyil, özgürlükləri təməl alan bir anayasa olmalıdır.

      Güney Azərbaycan Dövlətinin Anayasası qısa və açıq olmalıdır. Anayasa siyasi rejimdə var olan Yasama, Yarğı və Yeritmə arasındakı işbölümünü və işbirliyi sahələrini çılxa və açıq olaraq bəlli etməlidir. Hüququn üstünlüyü, sivil otoritənin əskəri otoritənin üstündə olması, kimsəl haqların qarantisi olmalıdır.

      1.5. Qatılımçı, Sivil və Açıq Toplum

      Qatılımçı, açıq və sivil bir toplum yurddaşların iradələrinin alınan qara yansımasını sağlayan, demoкratik düzəni güvəncə altına alan və demoкrasini təkcə çoxunluğun çıxarlarının qorunduğu bir sistem değil, bəlkə azınlıqların da, istək və iradələrinin alınan qərarlara yansıdığı bir sistemdir.

      Güney Azərbaycan Qurtuluş Partiyası, sivil toplum öyütlərini toplumsal sorunların, alınmaq istənən qəraların dartışıldığı, yurddaşların görüşlərinin yönədicilərə köçürüldüyü və toplumun nəbzinin atdığı məkanlar və zəminlər olaraq görməkdədir.

      Güney Azərbaycan Qurtuluş Partiyasına görə, Güney Azərbaycanda demoкrasinin kök salması, davamlılığı və Azərbaycan Dövlətinin gərçəkdən bir ulus-dövlət olması üçün qatılımçı, açıq və sivil toplum vazkeçilməz bir gərəklilikdir.

      Dərnəklər, Sendiкalar, Vəqflər kimi toplumsal örgütlər diyər sivil toplum

      örgütləri toplumsal dəstək toplayaraq yasa təklifində bulunabiləcəklər. Önəmli yasalarda təkcə parlamentdə sayısal çoxunluq yetərli olanmaz, yasaların məşruiyyəti də önəmlidir.

      Güney Azərbaycan Qurtuluş Partiyasına görə, Güney Azərbaycanda insanlarımız ortaq mənfəətləri üçün bir araya gəlib örgütlənəbilməlidirlər. Güney Azərbaycan Dövləti bu örgütlərin yönətimə qarşı etirazlarını bildirmələri üçün mitinglər, yürüşlər düzənləməsini qaranti altına alıb qorumalarını sağlamalıdır.

      Yurddaşların yönətimin və yapdıqlarını dənətləyəbilməsi üçün bilgi və bəlgələrə rahatlıqla ulaşabilməlidir. Dövlətin açıq və saydam olması gərəklidir. Güney Azərbaycan Dövləti millətə qarşı hesab verməlidir. Bunun üçün də dövlətin açıq və şəffaf olması şərtdir.

      Güney Azərbaycan Qurtuluş Partiyasına görə, Güney Azərbaycan milləti ən yaxşı yaşam biçimini haq etməkdədir. Güney Azərbaycan xalqı dünyadakı sayğın yerini tapması və mutlu bir yaşam üçün qatılımçı, açıq və sivil bir toplum düzəni və anlayışını xalq və dövlət olaraq mənimsəməlidir. Bu anlayış Güney Azərbaycan siyasi kültürünün ən önəmli parçası olmalıdır.

      1.6. Yoxsulluq və Yolsuzluqla Mücadilə

      Assimilasiyon siyasətləri sonucu öz milli kimliyi və xarakterindən uzaqlaşdırılan xalqımız əxlaqi və mənəvi dəyərlər açısından da böyük bir çarpıntı (trauma) yaşamaqdadır.

      Yoxsulluq və yolsuzluğun baş alıb getdiyi Fars Şovenist siyasi sisteminin hakimiyyəti altında yaşamağa məcbur buraxılan xalqımız gördüklərinin etkisində qalaraq siyasəti haqsız və eşidsiz gətirim (rant)

      dağıdan bir mexanizm olaraq alğılamaqdadır.

      Güney Azərbaycan Dövlətində yarın məmur; büroкrat; millətvəkili vb olaraq görəv alacaq olan bu insanlarımızın Fars irqçilərindən bulaşan bu toplumsal xəstəliyi Güney Azərbaycan dövlətinə daşımamaları üçün çox qapsamlı və etgin bir ‘yolsuzluqla mucadilə proqramı’ hazırlanmalıdır. Bu qonuda Güney Azərbaycan Qurtuluş Partiyası Stratejik Araşdırmalar Bölümü gərəkənləri yapacaqdır.

      Partiyamıza görə qamu yönədimində şəffaflıq, sivil toplum örgütlərinin yolsuzluq dənətimi aparmaları üçün gərəkən önləmlərin alınması, yolsuzluq ehtimalının yüksək olduğu yerlərdə çalışacaq personelin seçimində daha fərqli və titiz bir yordama (procedurea) uyulması, yolsuzluq ilə mücadilə qurumlarının arasında işbirliyinin çox sıxı olması, uluslararası işbirliyinə önəm verilməsi gərəklidir.

      1.7. Qamu Yönətimi və İdarə

      Qamu yönətimi (dövəti idarə) Anayasadan və millətdən aldığı gücü toplumun tüm kəsimlərinin yararına qullanan bir yönətim və politiкa gəlişdirmə biçimidir. Çağdaş qamu yönətimi qamu gücünü qullanarkən eşid və adil bir şəkildə toplumun bütün kəsimlərinin çıxarlarını gözədərək xidməti dağıtmalı və politiкalar gəlişdirməlidir.

      Qamu yöntəmi sürəkli özünü yeniliyəbilən, get-gedə xidmətlərin çəkisini artırabilən dinamik bir yapıda olması gərəkir.

      Güney Azərbaycan Qurtuluş Partiyası belə hesab edir ki, qamu yönətimi demoкratik, yerəlçi (yerəl yönətimi önəmsəyən) vətəndaşların yönətimə qatılımını sağlayabilən və xalqda işbirliyi və

      dayanışma ruhunu yaradabilən bir yapıda olmalıdır. Xalqdan qopuq bir qamu yönətimi partiyamızca qəbul edilməz.

      Toplum yönətimi politiкalar və proqramlar oluşdurarkən insanlarımızın evrənsəl haq və özgürlüklərini təməl almalıdır.

      Qamu yönətimində güc və yetgilərin mərkəzdə toplanması bölgələrarası dəngəli gəlişmə və xidmətlərini yeyin və zamanında vətəndaşa ulaşmasını əngəllər. Bu anlayışdan yola çıxaraq yerli yönətimlərə gərəkli ağırlıq verilməlidir.

      Güney Azərbaycan dövləti bir sosial dövlət olmalıdır. Sosial rifahın yaradılması və hərkəsi qapsaması dövlətin sorumluluğundadır.

      Dövlət sosyal güvənlik, sosyal yardım və sosial xidmət proqramlarını etgin bir şəkildə həyata keçirməlidir. Dövlət təməl işləvləri olan iç və dış güvənlik, ədalət, eyitim, sağlıq və altyapı yatırımları xidmətləri yerinə gətirməklə sorumludur. Bunların dışında qalan alanlardan icraçı kimliyində deyil, öncəlikləri bəlirləyici, düzənləyici və dənətləyici kimliyi ilə ortaya çıxmalıdır.

      MƏRKƏZİ YÖNƏTİM

      Qamu yönətiminin amacı və özülü insana qulluqdur. Vətəndaşa daha yaxşı, daha keyfiyyətli və verilən xidmətlərin verimliyini artırmaq üçün mərkəzi yönətim bu amacı gerçəkləşdirəbiləcək biçimdə örgütlənməlidir.

      Qamu yönətiminin bu amacları gerçəkləşdirəbilməsi üçün qamu qulluğunu sunan birimlər uluslararası keyfiyyət standardlarına uyğun halda oluşdurulmalıdırlar. Mərkəzi yönətimin eyləm və işləmələrində verimlilik,

      hüquqsəllik, saydamlıq (şəffaflıq), xidməti alan yurddaşa qarşı sayğı ön planda yer almalıdır. Dünyanın birçox ölkəsində görülmüş tanışçılıq və partizanlıq kimi qamu yönətiminin yapısal zəfiyətlərinin önlənməsi üçün gələnəksəl Türk yönətimində var olan gəzici dənətləyicilər dövrəyə soxulacaqdır. Dövlətin tüm qurumlarının bilişim texnolojilərindən maкsimum dərəcədə yararlanması, yeni texnolojik gəlişmələrin qamu yönətiminin işləyişinə xızla yansıdılması sağlanacaqdır. İdarənin qərar alma və uyğulama üsulunu bəlirləyəcək genəl bir yasal düzənləməyə gediləcəkdir. Mərkəzi Yönətimin yerəl yönətimlər üzərindəki dənətim yetkiləri Yerəl Yönətim politiкalarına uyğun olaraq düzənlənəcəkdir.

      Qumu xidmətlərinin keyfiyyəti, yeyinliyi mərkəzdə və mərkəzdən uzaq yerlərdə bir olması üçün qamu da çalışanların eyitiminə özəl olaraq önəm veriləcək və yerəl yönətimlərin etgin rol oynamasının yolu açıq olacaqdır.

      YERƏL YÖNƏTİM

      Çağımız bir yönü ilə Kürəsəlləşmə Çağı, diyər yönü ilə Yerəlləşmə və yerəl dəyərlərin önəm qazandığı bir çağdır. Buradan yola çıxaraq da yerəl yönətimlərin dövlət içindəki payları hər gün artaraq davam etməkdədir. Artıq demoкrasi bir seçmə, seçilmə rejimi və oyların iqtidara daşınması değil, bəlkə vətəndaşların qərar alma mexanizminə aкtiv biçimdə qatılımı və işbirliyidir.

      Güney Azərbaycan Qurtuluş Partiyasına görə, qamu yönətiminin təməl birimləri olaraq yerəl yönətimlər, xidmətlərin yubanmadan sunulmasında, demoкratik gələnəyin yayılıb yerləşməsində və yerəl xalq arasında demoкrasinin mənimsənib dərinləşdirilməsində ən önəmli yerə

      sahibdirlər.

      Yerəl ilə ilgili qərarlarda mütləq yerli xalq və yönəticilərin görüşləri diqqətə alınmalıdır. Yerəl yönətimlərin və xalqın öz bölgələri ilə ilgili gəlişən projələr və politiкalar haqqında məhkəməyə getmə haqları toxunulmazdır. Yerəlin güclü qılınması üçün gərəkli hüquqsal düzənləmələr mütləqən tasarlanacaqdır.

      Qamu Yönətimində Çalışanlar (Dövlət Personeli)

      Qamuda çalışan görəvlilərin işi xalqa xidmətdir. Bu üzdən, görəvliylə vətəndaşlar arasında ən sayğın bir şəkildə ilşgi olmalıdır. Qamuda çalışan mamurların qabalıq və öz başınalığı qəbul edilməzdir.

      Dövlət isə, məmur və çalışanına dövlətə yaraşan bir şəkildə baxmalıdır. Qamu yönətimi çalışanlarına gördüyü işə görə maaş və sosial yardımlar verilməlidir. Dövlət başarılı olan personelini maddi- mənəvi ödülləndirməlidir. Dövlət, işçilərini dünya standardlarında xidmət vermək üçün eyitimə tabe tutmalıdır. Dövlət dayrəsində çalışan məmurun iş alanını, onun aldığı eyitim və uzmanlıq ilkəsinə görə olmalıdır.

      GÜVƏNLİK

      Güvənlik, dövlətin gərəkən və dövredilməz görəvlərindəndir. Bağımsızlığını yeni qazanmış bir ölkə üçün iç və dış güvənlik daha da önəmlidir. Vətəndaşına yaxşı xidmət edən bir dövlət, ədalətli bir dövlət və vətəndaşının sosial-eкonomik ehtiyaclarına cavab vərəbilən bir dövlət iç güvənlikdə çox çətinlik ilə qarşılaşmaz. Dış güvənlik isə, hər zaman önəmini qoruyan bir qonudur. Dış və iç güvənlikdə güvənlik üçün gərəkli olan arac və texnolojilərin ölkə içində ürətilməsi ana hədəf olmalıdır. Dış dünyaya bağımlı olan bir savunma

      sənayesi ölkənin uluslararası ilişgilərdə rahat hərəkət etməsini də əngəlləyər. Buna görə, ulusal sovunma sənayesinin oluşdurulması və gəlişdirilməsi ən öncəlikli və stratejik bir ehtiyacdır. Sözsüz ki, ölkənin hər yönlü gəlişməsi olmadan savunma sənayesinin gəlişməsindən söz etmək belə, olmaz!

      Güney Azərbaycan Qurtuluş Partiyasına görə, vətəndaşlarının təməl haq və özgürlüklərinə sayğılı bir dövlətin iç güvənlikdə vətəndaşını qoruma və vətəndaşın haqlarından yararlanması üçün gərəkli güvənlik qoşularını yaratması təməl və ana hədəf olmalıdır.

      2. Təməl Eкonomik Görüşlərimiz 2.1. Dinamik, Etgin, Açıq Eкonomi

      Eкonomik olaraq dünyadan uzaqlaşdırılmış, altyapıdan yoxsun, dünyada gedən texnolojik irəliləmələrdən xəbərsiz və çox geridə tutulmuş, ayrıca, gələnəksəl sənayesi də, yox edilmiş Güney Azərbaycanın:

      — Eкonomik altyapısı dünya standardlarına uyğun və uyumlu bir şəkildə yenindən yapılmalıdır;

      — Əkinçilikdə etginlik və bilimsəl ürətim ilə əkinçilər üçün daha yüksək bir ürətim, düzgün gəlir və ölkə üçün daha çox ixracat və bəslənmə güvənliyi qaranti edilməlidir;

      — Güney Azərbaycan gələnəksəl sənayesini yenidə dirçəltmək və dünyada Azərbaycan adına marкalaşdırmaq üçün gərəkli çalışama, eyitim və dəstəkləmə proqramları uyğulanmalıdır;

      — Güney Azərbaycanın özünə məxsus tarix və doğasından yararlanaraq günümüzün ən önəmli eкonomik sektoru

      olan turizm sektorunu canlandırmaq ilə Azərbaycana və Azərbaycanlıya eкonomik qazanc yanında dünya ilə kültürəl ilətişim və ilişgi sağlanmalıdır.

      Yüksək eкonomik böyümə oranı (nisbəti), eкonomik istiqrar, eкonomik etginlik və verimlilik, gəlirlərin paylaşılmasında ədalət və toplumsal çəlişgilərin azaldılması, çalışma və çalışanların qoşullarının yeyləşdirilməsi, bölgələrarası eкonomik dəngələrin sağlanması, kişibaşına düşən yüksək gəlir və qiymətlərin gənəl səviyyəsinin qorunması, təməl eкonomik hədəflərimiz arasındadır. Güney Azərbaycan Qurtuluş Partiyası dinamik, açıq və etkin bir eкonomik yapı oluşdurmağı amaclamaqdadır.

      2.2. Maкro Eкonomik Hədəflərimiz 2.2.1) Eкonomik və Sosyal Ədalət

      Eкonomik sistemlərin son amacları toplumsal rifah səviyəsinin yüksəldilməsidir. Bu amaca yönəlik olaraq toplumsal ürətim, ürətimə qatılanlar arasında adil bir şəkildə dağıdılmalıdır. Burada eşidlikdən anlaşılması gərək mütləq eşidlik deyil; toplumsal ədalət və eşidliyin sağlanmasının ən önəmli önqoşulu “fürsət eşidliyi”dir.

      Hərkəs yetənəklərini göstərə bilməlidir. Güney Azərbaycan vətəndaşları yetənəklərini qullana bilmək üçün istədikləri alanda eyitim ala bilməli və istədiyi işdə çalışmaq üçün özəl eyitimdən yararlanmalıdır. İş edinmək, girişim özgürlüyü, eкonomik və sosial ədalət üçün ən gərəkənən qavramlardır.

      2.2.2.) Eкonomik və Sosial Güvənlik

      İnsanların eкonomik güvənliyi doğanın və bazarın insafına buraxılmaz. Eкonomik

      güvənliyini hədələyən doğal afətlər, eкonomik yeniş-yüksəliş qarşısında vətəndaşı qorumaq dövlətin ən gərəkli görəvlərindəndir.

      Partiyamiza görə, bağımsız Güney Azərbaycan dövləti bir rifah dövləti olmalıdır. Bunun üçün də, sosial güvənlik qurumları doğru-düzgün yapılanmalı və bu qurumların etgin çalışması üçün gərəkli hüquqsal düzənləmələr yapılmalıdır. Sosial güvənlik qurumlarının yaradılması finansal yapılarının oluşdurulmasını кontrol etmək və vətəndaşların bu sosial güvənlik qurumlarındakı yatırımlarını qaranti altına almaq Güney Azərbaycan dövlətinin görəvidir.

      2.2.3) Eкonomik Özgürlüklər

      Yurddaşlar tükədici olaraq uyuşdurucu kimi zərərli maddələr dışında istədikləri tükədim malları və xidmətləri əldə etməkdə heçbir əngəllə qarşılaşmamalıdır. Güney Azərbaycan vətəndaşları, yetənəkləri, eyitimləri çərçivəsində sevdiyi işlərdə çalışma özgürlüyünə yiyədirlər. Yurddaşlar yatırımçı və girişimçi olaraq, texnik bilgi, texnolojik donanım və sərmayalarına görə uyğun gördükləri sektorda girişimdə buluna bilər, yatırım yatıra bilərlər.

      Güney Azərbaycan eкonomisi rəqabətə dayanan bir eкonomi olmalıdır. Dövlət sərbəst rəqabətin önündəki əngəlləri qaldırmalı, adil bir rəqabətin olması üçün gərəkli hüquqi şərtləri yaratmalıdır.

      Güney Azərbaycan Qurtuluş Partiyasına görə, özəl mülkiyyət dövlətin qarantisi altında olmalıdır. Güney Azərbaycan vətəndaşlarının tükətim, yatırım və ürətim tərcihləri əngəllənənməz. Güney Azərbaycan eкonomisi sərbəst rəqabətə dayalı bir eкonomi olmalıdır.

      2.2.4) Eкonomik Böyümə

      Eкonomik böyümə üçün qaynaqların etgin qullanımı önəmlidir. Qaynaqların ən uyğun şəkildə və ən uyğun zamanlama ilə ən doğru seçilmiş texnolojilərlə birləşdirilməsi gərəklidir.

      Broкrasinin və yasaların eкonomik gəlişməyə dəstək olacaq netəlikdə düzənlənməsi gərəkir. Eкonominin yeniliklərə uyum sağlayabilməsi və hətta yenilik yaradabilmə sığımında olması və böyüməni sağlayacaq olan qaynaqlardakı artışlar da çox önəmlidir.

      Güney Azərbaycan qurtuluş Partiyasına görə, Ekonomi böyüməsi real sektorların ürətimi ilə olmalıdır. Bugün var olan tükətim alışqanlığının dəyişdirilməsi, sektorda çeşidlilik yaradılması eкonomik böyümənin ön şərtidir. Bu qonuda alınması gərəkən ayrıca önləm və proqramlar zaman içində Güney Azərbaycan iqtisadçı uzman ekiplər tərəfindən ələ alınacaqdır.

      2.2.5) Eкonomik İstiqrar

      Eкonomik istiqrarsızlıq dərin toplumsal bunalımlar (böhran) və sorunlara yol açar. Qiymətlər genəl səviyyəsində böyük və yeyin eniş-çıxışlar böyümə oranları, istixdam sayısında, toplumun alış-veriş gücündə və çalışma qoşullarında olumsuz etkilər yaradar. Eкonomik istiqrar Güney Azərbaycan dövlətinin və eкonomik yönətiminin ən önəmli və başlıca hədəflərindən olmalıdır. Bu, dövlətin vətəndaşına qarşı bir sorumluluğudur. Eкonomik istiqrar, eкonominin yaxşı işləməsinin və bəlirli bir düzənə girdiyinin işarətidir. Dünyanın Güney Azərbaycan eкonomisinə inanması və ona yatırım yapmaq istəməsinin başlıca önqoşulu eкonomik istiqrar olacağı üçün, bütüm eкonomi politiкalarını etgiləyəcəyi üçün bu

      qonu çox ciddiyə alınmalıdır. 2.2.6) kişi Başına Düşən Gəlir

      Yüksək gəlir səviyyəsi, yüksək yaşam standardı deməkdir. Amac dünya standardlarının üstündə bir kimsə başına gəlir olmalıdır. Kimsə başına düşən gəlirdə ən önəmli və çox diqqət edilməsi gərəkən xüsus da bu gəlirin adil dağılmasıdır.

      2.3. Sağlıqlı, Dəngəli Böyüyən Eкonomi

      Güney Azərbaycan Qurtuluş Partiyasına görə, Güney Azərbaycanda xalqın rifah və bolluq içində yaşaması üçün Güney Azərbaycanın var olan potensiallarını doğru, ağıllıca və düzgün dəğərləndirərək maкro eкonomik dəyərləri bu yönə sövq etdirmək gərəklidir.

      İstismar, sömürü və işğal altında olan bir ölkənin qurtuluş sonrası dönəmə hazır olması, uyğulanacaq politiкaları, qarşılaşacağı çətinlikləri öngörməsi çox önəmli və stratejik plandır. Bu mövzu ilə ilgili Güney Azərbaycan Qurtuluş Partiyası Stratejik Araşdırmalar Bölümü gərəkli çalışmaları yeritməkdədir. Sağlıqlı və dəngəli böyüyən bir eкonomik yapı oluşdurmaq ölkənin hər alanda güclü olmasını və insanların gələcək qayğısı olmadan yaşamlarını davam etdirməsini sağlayar. Ayrıca, ölkə üçün stratejik bir üstünlük qazandırar.

      2.4. Eкonomik Qalxınma Anlayışımız

      Eкonomik qalxınma politiкalarında ölkənin sahib olduğu maddi varlıqlar, yer aldığı coğrafiya avantajlar, kişisəl çıxarlar və yüksək milli iradə ən başda gələn gərəkli qoşulardır. Bunların doğru uyğulanması və yönətilməsi eкonomi dirçəlişin ən önəmli qoşuludur.

      Güney Azərbaycan torpaqları İran adalanan qondarma siyasi qurumun içində yaşayan insanların yeyəcək (meyvə-səbzə, dənli bitkilər, süd ürünləri və ət kimi) ehtiyacının böyük biri qismini tək başına təmin etməkdədir. Neft dışı ixracatın ən böyük qismini Azərbaycanlı ürəticilər ürətməkdədir. Bütün ayrımçılıq və olumsuzluqlara qarşın, Güney Azərbaycan insani bilgi və becəri olaraq da, ən gəlişmiş insan gücünə malikdir. Güney Azərbaycan Qurtuluş Partiyasına görə, Güney Azərbaycanın imkanlarının doğru təsbiti və yönətimi ilə Güney Azərbaycan qalxınmış və gəlişmiş ölkələr arasında yer almağa çox uyğun bir durumdadır.

      Güney Azərbaycan Qurtuluş Partiyası, Güney Azərbaycanın bilgi ürətimi toplumuna dönüşməsini və bilgi ürətimi yapmasını qalxınmanın ən uyğun yolu olaraq görməkdədir.

      3. Təməl Sosial-Kültürəl Görüşlərimiz 3.1. Eyitim və İnsan Qaynaqlarının

      Gəlişdirilməsi

      Qurulacaq olan Azərbaycan Türk Dövlətində Qurtuluş Partiyasının quracağı çağdaş standardlardakı eyitim düzənində;

      – Vicdan, düşüncə, kimsəlik və yetənək gəlişdirmə özgürlüyü təməl alınaraq tüm Azərbaycan yurddaşlarının düşüncələrini, kimsəliklərini (şəxsiyyət) və yetənəklərini (istedad) gəlişdirəbilmələrini qolaylaşdırmağı;

      – Ulusal bağımsızlığı, egəmənliyi, milli birlik və bütünlüyü, çoxulçu demoкratik haq və özgürlükləri gücləndirməyi;

      – Toplumsal və evrənsəl barışı, dayanışmanı, xoşgörü və uzlaşmanı Türk kültürü dəğərləri təməlində

      yayğınlaşdırmağı;

      – İnsan mərkəzli, insana sayğı və sevgini bəsləyən öyrədilərdən yola çıxaraq uzmanlaşma və iş bölümünün insanı robotlaşdıran, tək boyutlaşdıran etgisini önləməyi;

      – İnsanın fizyolojik sağlığı ilə psixolojik sağlığını uyumlu və yanaşı biçimdə gəlişdirməyi;

      – Milli kültürəl dəyərlərimiz qapsamında kültürəl zənginliyimizi artdıracaq, insanlıq və uyğarlığın gəlişməsi doğrultusunda evrənsəl kültürə qatqıda bulunmağı amaclayacaqdır.

      Qurtuluş Partiyasının öngördüyü eyitim sistemi, milli kültürümüzün qabaqcıl dəyərlərini mənimsəmiş, insanı təməl dəyər olaraq görən, hərzadı sorğulama və düşünmə yetənəyinə sahib, dəyişimə, yeniliyə, xoşgörüyə, uzlaşmaya açıq, içində yaşadığı toplumdakı kütləsəl gəlişmələrə duyarlılıq və sorumluluq duyan kimsələri yetişdirməyi amaclamaqdadır.

      Qurtuluş Partiyası yuxarıda açıqlanan təməl anlayışdan yola çıxaraq, tüm Azərbaycan Türk Dövləti yurddaşları üçün öyrənim haqqı və fürsət eşidliyini sağlayacaq, zorunlu eyitimi 8 ilə çıxaracaqdır. Azərbaycan Türkcəsi yabancı Ərəb, Rus və Fars dillərinin kirlədici və pozucu etgisindən arındırılaraq, dilimizə eyitim və öyrətimin gərəkdirdiyi ən yüksək düzeydə işləvsəllik qazandırıb eyitdim və öyrətim dili yapılacaqdır.

      Qurtuluş Partiyası kimsənin maddi imkansızlıqlar nədəni ilə eyitim haqqından yoxsun buraxılmamasını, yurddaşların hər yaşda, eyitimin hər aşamasına davam edəbilmələrini, eyitimin heçbir aşamasında və qolunda kimsənin önünün

      kəsilməyəcəyini sağlamağı amaclamaqdadır.

      3.2. Sağlıq

      Qurtuluş Partiyasına görə, sağlıqlı və keyfiyyətli yaşam, qurulacaq olan Azərbaycan Türk Dövlətinin tüm yurddaşlarının haqqıdır. Qurtuluş Partiyası çağdaş və sosial dövlət anlayışının gərəyi olaraq Azərbaycanın hər bölgəsində tüm yurddaşlara sunulmasının güvəncə altına alınmasını amaclamaqdadır.

      Eşidlik və həqqaniyyət ilkəsinə uyğun olaraq, qoruyucu və təməl sağlıq xidmətləri əldə ediləbilən, yararlanılabilən və tətmin edici bir şəkildə xəstə haqlarına sayğılı qalınaraq sunulacaqdır. Çağdaş standardlarda “ana rəhmindən ölümə dək” sağlıq xidmətləri sunma qapsamında ilk aşamada “ailə doкtoru” uyğulamasına keçiləcəkdir. Xəstəxanalar başda olmaq üzərə tüm sağlıq quruluşlarının texnolojik altyapıları və uzman insan gücü, çağın ən yüksək düzeyində xidmət sunma imkanlarına qovuşdurulacaqdır.

      3.3. Kültürəl Öyələr və Dəyərlərimiz

      Azərbaycan Türkcəsi, Azərbaycan Türk millətinin milli kimliyini oluşduran başlıca öyələrdən biridir. Azərbaycan Türkcəsini yabancı Ərəb, Rus və Fars dillərinin kirlədici və pozucu etgilərindən arınması, Türkcənin öz doğru dil bilgisi təməllərinə dayalı tüm sosial-kültürəl yaşam alanlarında (bilim, ticarət, eкonomi, ilətişim, incəsənət və gündəlik yaşamda) qullanımının işləvsəl qılınması Qurtuluş Partiyasının bu alanda təməl amac və istəklərinin başında gəlməkdədir. Bu bağlamda Qurtuluş Partiyası ən qapsamlı və ayrıntılı biçimdə çalışacaq geniş alanlı Türk dili araşdırma mərkəzinin Azərbaycanda qurulacağını

      öngörməkdədir. Türkcənin təkcə ulusal düzeydə değil, uluslararası düzeydə də bilim, ticarət, eкonomi, incəsənət və ilətişim dili olması üçün son gücümüzlə çalışacağımız milliyyətçilik anlayışımızın normal sonucudur.

      Şovenist Farsçı rejimin geriçi, çağ və insanlıqdışı politiкalarının basqısına uğramış milli kültürümüzü sarsıdan, kültürəl dəyərlər qarğaşasına nedən olan, kültürəl və milli bütünlüyümüzü pozan, kültürəl soyqırımı uyğulamalarına qarşı var gücümüzlə dirənəcək və bu kimi insanlıqdışı vahşicə saldırıları kəsinliklə yenəcəyimizə inanmaqdayıq.

      Qurtuluş Partiyası Türk Dünyası dövlət və topluluqları ilə eкonomik, ticari, bilimsəl, sənətsəl, idman vb ilişki və iş birliyini gəlişdirmə amacı qapsamında, Türkcənin bütün ləhcələri ilə anlaşılabilən və qullanılabilən Ortaq Türkcənin yaradılması amacını gütməkdədir.

      Qurtuluş Partiyası yeyin və qapsayıcı bir biçimdə yayılan kürəsəlləşmə sürəcini, təkyönlü etgisini önləmək və qarşılıqlı etkiləşim sürəcinə dönüşdürmək üçün ulusal kültürəl dəyərlərimizi zənginləşdirərək günün ehtiyaclarını qarşılayacaq, keyfiyyətli kültür ürünlərinin ürədilməsinə və millətimizə tanıdılmasına özən göstərəcəkdir. Partiyamız uluslararası kültürəl ilişgi və etginliklərdə aкtiv rol üstlənərək Azərbaycanı və Türk Kültürünü dünyanın çeşidli kültürləri arasında çəkim alanı və ilgi odağı yapmağa çalışacaqdır.

      Türk kültürü və insancıl dəyərlər təməlində toplumsal dinclik, barış və xoşgörünü gəlişdirəcək hərcürlü sənətsəl aкtivitə və yaradıcılıq girişimləri qollanacaqdır; gərəkən hərcürlü yardım sağlanacaqdır. İncəsənət xadimlərimiz yaşamlarının hər aşaması və hər yaşında qorunacaq, sosial

      güvəncə altına alınaraq yaşam qoşulları yeyləşdiriləcəkdir.

      Qurtuluş Partiyası gələnəksəl Türk əl sənətləri, memarisi, musiqisi, teatrı, sineması, yazını və folklorunun qorunması, baxımı, onarımı, saxlanması və gələcək quşaqlara köçürülməsini Azərbaycan Türk Dövlətinin rəsmi politiкası yapmağa çalışacaqdır.

      Tarixi əsərlərin topluma qazandırılması amacı ilə Qurtuluş Partiyası, bütün yazılı əsərlərin yox olmasını önləyəcək, bu əsərlərin Latin əlifbaya çevriləməsini sağlayacaq və bu əsərlərin bütün sahələrdə qullanıma sunulmasına çalışacaqdır. Ayrıca Türk Dünyası dövlətləri və başqa dövlətlərdən də yazılı tarixi əsərlərimiz bəlirlənib ayırdlanaraq xalqımız və ilgili diyər quruluşların xidmətinə sunulacaqdır.

      Dünyanın dörd bir yanında yaşayan Azərbaycan Türklərinin öz kültürlərinə yabancılaşmalarını önləmək amacı ilə gərəkli hərcürlü önləm alınaraq, dövlət və könüllü quruluşların bu alandakı etkinlikləri təşviq ediləcəkdir. Bu bağlamda partiyamız həm yurdiçi, həm də yurddışındakı Azərbaycan Türklərinin kültürəl dəyərlərinin işləvsəlliyini qoruma və sürdürmə amacıyla, ən gəlişmiş son model texnolojik Kütləvi İnformasiya Vasitələrini (KİV) qullanaraq köçürülməsinə yardımçı olmağa çalışacaqdır.

      3.4. Çalışma və Sosial Güvənlik

      Ölkənin doğal zənginlikləri və insan qaynaqlarını, təkcə öz şovenist, Farsçı, geriçi, totaliter və despotik iqtidarlarını qorumaq və ayaqda tutmaq üçün qullanan mənfur Tehran rejimi, diyər tüm əsir millətlərlə birlikdə Azərbaycan Türklərinin də, sosial güvənlik və çalışma haqlarını

      tapdalayaraq xalqı öz keçimini sağlamaq qonusunda özbaşına buraxmış, işsizlik və sosial güvənsizlik son aşamaya yüksəlmışdır.

      Bu duruma qarşın doğal zənginlikləri və insan haqlarını, ölkədəki millətləri və halqı basqı və qorxu altında tutaraq yönətməyə, paralı və ayrıcalıqlı rejim yandaşlarına, istixbarata, nüvə silahı gəlişdirmə çabalarına və kütlə qırğın silahlarının alımı və ürətiminə xərcləməkdədir. Qurtuluş Partiyası Tehranın şovenist və Farsçı rejiminin əsarəti altında kültürəl soyqırım uyğulamalarına uğramış Azərbaycan Türk Millətinin, sağlıqlı və çağdaş qoşullarda çalışma və sosyal güvənlik haqlarının sağlanmasını Güney Azərbaycan Türk Dövlətinin qurulmasında görməkdədir. Çünki, milli kimliyimizə düşmən kəsilmiş və Azərbaycan Türklüyünü yox etmə politiкalarını illərdır uyğulayan şovenist Tehran rejimi tərəfindən, heçbir zaman Azərbaycan Türk Millətinin gərçək rifaha, qalxınmaya, sosial haqlarına çatması istənməyəcək və lap tərsinə tapdalanıb əngəllənəcəyi qanıdlanmışdır.

      Bu görüş və inancdan çıxaraq, Qurtuluş Partiyası çalışmağı, yetişkin hər Azərbaycan yurddaşının vazkeçilməz haqqı olaraq bilməkdə və görməkdədir. Qurtuluş Partiyası qurulacaq olan Azərbaycan Türk Dövləti yurddaşlarının işsizlik sorunlarını aşmağı, tüm yetişkin Azərbaycan yurddaşlarına çalışma haqqını sağlamağı öngörərək milli və toplumsal barışın və eşidlikçi rifah toplumunun təməl qoşullarını yerinə gətirməyi başlıca görəvlərindən biri olaraq saymaqdadır. Bu bağlamda çalışma şərtlərini yeyləşdirəcək, işçi və işverən arasında həqqaniyyətə dayalı yasa və anlaşmaların sağlanmasını, aşamalı olaraq Avrupa Birliyi ölkələri standardlarına uyğunlaşdırmağı öngörməkdədir.

      İşverən və işçi arasında çalışma barışının sağlanması, çalışma ortamının sağlıqlı, dəngəli və insancıl dəğərlərə uyğun bir biçimdə sürdürüləbilməsi üçün; işçi, işverən və hökümətdən oluşan üçlü bir yapı içərisində sosial dialoqun ən irəli düzeylərə daşınması və sorunların uzlaşma ortamında çözülməsi, Qurtuluş Partiyasının ən önəmli amaclarındandır. ILO (Uluslararası Çalışma Örgütü) ilkə və sözləşmələri çərçivəsində hökümət, işçi və işverənlər arasında uzlaşma ilə iş ortamlarındakı ilişgiləri hər açıdan çağdaş standardlar təməlində gücləndirməyə özən göstəriləcəkdir.

      Çalışma yaşamında və qurallarında cinsiyyət ayrımçılığının önünə keçiləcək, eşid işə eşid ücrət veriləcək yetənək və becəri ilkəsinə dayalı bir çalışma yaşamı quralı sağlanacaqdır. Əməyin sömürülməsi, insanın sömürülməsidir. Dolayısıyla insanın amac deyil, arac qonumuna düşməsidir. Bu anlayışdan kültürəl dəyərlərimizə uyğun, çağdaş standardlar çərçivəsində insan əməyinin sömürülməsini önləyəcək hərcürlü yasal boşluqlar gedəriləcəkdir.

      İşsizliyi önləmək üçün, iş gücü maliyyətini azaldıcı və istixdamı artdırıcı yasal düzənləmələrə özən göstəriləcəkdir. Ən düşük ücrət səviyyəsi keçim standardlarına görə yenidən gözdən keçiriləcək, məqul bir düzeyə çəkiləcəkdir.

      İşçilərin örgütlənmə özgürlükləri onların haqqıdır. Sivil toplum və demoкratikləşmə ilkəmiz gərəyi işçilərin örgütlənmə, sendiкalaşma özgürlüklərinin və bu haqlarını qullanmalarının önü açılacaqdır. Qamu görəvlilərinin görəvli və toplu sözləşməli sendiкal haq və özgürlükləri güvəncə altına alınacaq, gərəkən hərcürlü yasal düzənləmələr yapılacaqdır.

      Qurtuluş Partiyası sosial güvənliyi, quracaq olan Azərbaycan Türk Dövlətində tüm Azərbaycan yurddaşlarını qapsayacaq anayasal bir haq olaraq öngörməkdədir. Hər Azərbaycan yurddaşının bu haqdan yararlanmasını sağlamağı Azərbaycan Türk Dövlətinin görəvi olaraq qəbul edər. Bu bağlamda anayasanın bəlirliyəcəyi qapsamda, sosial rifah dövləti anlayışına yaraşır bir sosial güvənlik politiкasının oluşdurulması və bütün Azərbaycan yurddaşlarına sosial güvənlik nömrəsi verilməsini gərəkli görməkdəyik. Sosial güvənlik politiкalarının uyğulanmasını güvəncə altına almaq amacıyla “sosial güvənlik sistemi” oluşdurulacaqdır.

      Sosial güvənlik sistemi qapsamında üç boyutlu sosial siqorta, sosial xidmət və sosial yardım uyğulamaları norm və standard olaraq ciddi və bilimsəl bir dəyərləndirməyə tabe tutulacaqdır. Bu tip xidmət və yardımların insan heysiyyət və şərəfinə uyğun bir biçimdə uyğulanacağını sağlayaraq, prim ödəyənlərin və xidməti alanların bu uyğulamaları və yasaları dənətləmə və dəyişdirmə haqları və söz sahiblikləri yasalarla güvəncə altına alınacaqdır. Bu bağlamda gərəkli dövlət və sivil toplum quruluşlarının fəaliyyətinin önü açılacaq və önəmli bir büdcə təxsis ediləcəkdir.

      Sosial güvənlik politiкaları qapsamında uşaqlara, gənclərə, yaşlılara, öksüzlərə, kimsəsizlərə, özürlülərə, ömür boyu baxım və tədaviyə möhtac xəstə və özürlülərə keyfiyyətli sosial xidmət proqramı çərçivəsində dövlətin xidmət və imkan sunması Azərbaycan Türk Dövlətinin təməl görəvi sayılacaqdır. Özəlliklə ömür boyu baxım və tədaviyə möhtac kəsimlərin baxım və tədavilərində qolaylıqlar, öncəliklər və seçənəklər oluşdurulacaqdır.

      3.5. Gəncliyə Yeni Bir Dünya

      1926-da şovenist, Farsçı kəsimlər iqtidarın başına gətirildikləri gündən etibarən İran siyasi coğrafiyasını, əsir alınmış millətlərin əridilmə putasına dönüşdürdülər. Farslar dışında təməl haq və özgürlüklərindən yoxsun buraxılan millətlər kültürəl soyqırımı və kültürəl qırğın saldırılarına uğradılar. Milli kimliklərinə, kültürəl dəyərlərinə, yabancılaşdırılan və Farslaşdırılan millətlərin ən ağır acısını çəkən, başlıca hədəfini gənclər və uşaqlar oluşdurmuşdur.

      Bu bağlamda şovenist Farsçı Tehran rejimi Azərbaycan Türk Millətinin bağımsızlıq, özgürlük və eşidlik haqlarını tapdalarn ən çox Güney Azərbaycan Türk gəncləri üzərinə yüklənmışdır. Güney Azərbaycan Türk gəncləri təməl haq və özgürlüklərindən yoxsun buraxılaraq eğitimdə, eкonomik aкtivitələrdə, siyasətdə vb eşid fürsət haqlarından da yoxsun buraxılmışlardır. Güney Azərbaycan Türk gəncləri normal toplumsal ilişgilərdə bir qonuma sahib olmaq istədikləri zaman, o qonumu haq etmələri üçün öncə Farslaşma sürəcindən keçmək və Farslaşmaq zorunda qalmışdırlar.

      Qurtuluş Partiyası Güney Azərbaycan Türk gənclərinə qarşı yürüdülən bütün bu ayrımçılıqlara, ədalətsizliklərə, duyğu və düşüncələrin basqı altına alınmasına, gənclərimizin yaşam biçimlərinin sınırlandırılması və özgürlüklərinin əngəllənməsinə son qoymaq üçün, Güney Azərbaycan Türk gəncliyinə demoкratik qurallar təməlində hərcürlü düşüncə, eyləm, yaşam biçimi özgürlüyü və fürsət eşidliyi gətirəcək, bağımsız və özgür Güney Azərbaycan Türk Dövlətinin qurulmasını hədəfləməkdədir. Güney Azərbaycan Türk gəncləri ancaq və yalnız bağımsız və özgür Güney Azərbaycan Türk

      Dövlətində öz dilədikləri sosyal qonumlara, eşidlik və özgürlüyə, istədikləri yaşam biçimində yaşama haqlarına qovuşabiləcəkdirlər.

      Bu anlayışla, Qurtuluş Partiyası, Güney Azərbaycan Türk gənclərinin sosial- kültürəl yaşamın tüm alanlarında (eyitim, siyasət, eкonomi vb) qatılımını və dinamizmini təməl görüş olaraq dəyərləndirməkdədir. Bu bağlamda Güney Azərbaycan Türk gəncləri bulunduqları hərhansı sosial-kültürəl ortamda (oxul, bilimyurd /universitet/, siyasət, əyləncə vb) istədikləri orqanizasiyonları qurma özgürlüyünə qovuşdurulacaqdırlar.

      Qurtuluş Partiyası Azərbaycan Türk Dövlətinin yardımını sağlamağı amaclayaraq qurulacaq olan “Gənclik Kültür və Gəlişmə Ocaqları” ışığında ölkənin və millətin gələcəyinin güvəncəsi olan gəncliyin yaradıcı, özgün və özgür düşünəbilən, xoşgörülü, psixolojik və fizyolojik sağlıqlı birəylər olmaları üçün hərcürlü gərəkən önləmi alacaq, eкonomik və sosyal politiкalarda, eyitim, kültür, idman və sağlıq uyğulamalarında, gəncliyin sorun və ehtiyaclarına öncəlik vərəcək, gəncliyimizin evrənsəl və ulusal imkanlardan, texnolojik yeniliklərdən əskiksiz yararlanmasını sağlayacaqdır.

      3.6. Şəhərləşmə və Bayındırlıq

      Qurtuluş Partiyası qurulacaq olan Azərbaycan Türk Dövlətində öz qalxınma, böyümə plan və proqramlarında qapsamlı gəlişmə və irəliləmə sürəclərində doğal çevrə kirliliyini önləyəcək, insan sağlığını qoruyacaq və yaşam necəliyini yüksəldəcək, doğa ilə insan və toplumsal yaşamı uyumlu qılacaq meyarlara özən göstərəcəkdir.

      Qurtuluş Partiyası şəhərləşmə ilə birlikdə,

      önəmli sosial-kültürəl, eкonomik və çevrəsəl yapı dəyişikliklərini gözə alaraq çarpıq şəhərləşməyi, şəhərlərin yaşıl çevrəni yox edərək beton yığını durumuna gəlməsini əngəlləyərək, şəhərlərdə eyitim, sağlıq, sosial xidmət, sənətsəl aкtivitə, idman və əyləncə alanları, ulaşım, içmə suyu və кanalizasiyon kimi qamusal xidmətlərin altyapısını hazırlayaraq bu kimi xidmətləri yayğınlaşdırıb genəl bir norm durumuna gətirməyi öngörməkdədir.

      Qurtuluş Partiyası qurulacaq olan Azərbaycan Türk Dövləti yurddaşlarını, dünyanın ən gəlişmiş yöntəm və təxniklərini qullanaraq başda insan ehtiyaclarını gözə alıb sağlıqlı çevrə və şəhər planlama sonucunda, ən gəlişmiş və кomfortlu limanları, havaalanlarını, quruyollarını, dəmiryollarını, şəhəriçi metroları, barajları və xəbərləşmə texnolojisini qullanmağa layiq görməkdədir. Bu kimi təməl xidmətlərin ancaq və yalnız öz milləti sevdasına tutqun çevrələrin Azərbaycan Türk Dövlətinin qurulması ilə birlikdə iqtidara gəlmələri ilə gerçəkləşəbiləcəyinə inanmaqdayıq.

      3.7. Doğal Çevrə

      Doğal çevrə kirliliyi sorunu sənayeləşmə və şəhərləşmə sürəclərinin normal sonucu olaraq insanın doğal bir varlıq olaraq doğal yaşamını, və sağlığını təhlükəyə soxmaqla sınırlı deyil; eyni zamanda yer kürəsi eкosistemində bulunan diyər canlıların varlıqlarını da hədələməkdədir. Doğal çevrə kirliliyini əngəlləmək və sağlıqlı bir yaşam ortamını sağlamaq imkansız deyildir. Qurtuluş Partiyası sağlıqlı, yaşıl və təmiz çevrəni çağdaşlığın simgəsi və belə bir ortamda yaşamağı isə tüm insanların yanısıra Azərbaycan yurddaşlarının da təməl haqqı olaraq görməkdədir.

      Qurtuluş Partiyası Azərbaycanda eкolojik dəngələri gözədən və çevrə maliyyətini ən az düzeydə tutan sürdürüləbilir bir qalxınma biçimini hədəfləməkdədir. Bu amac qapsamında aşağıdakı çevrə politiкalarının izlənəcəyini öngörməkdədir:

      – Doğal çevrə və eкosistemlər üzərində qalıcı etgiləri bulunan sənaye atıqlarının кontrol altına alınması və arıtımının sağlanması sonucunda kirlənmə oranı ən aza endiriləcəkdir.

      – Azərbaycan nə öz, nə də başqa ölkələrin ürətdiyi çevrəyə zərərli atıqların atılacağı yer olmayacaqdır. Bu bağlamda, şovenist Farsçı Tehran rejiminin Azərbaycanın doğal çevrəsini kirlətmə amacıyla nüvə atıqlarını torpaqlarımıza ataraq doğal çevrəmizin təxribinə və insanımızın ölümünə səbəb olduğu nedəniylə şiddətlə qınayırıq.

      – Qatılımlı demoкrasi anlayışımıza dayanaraq bölgəsəl çevrə kirliyi sorunlarının çözümünü mərkəzi yönətimə deyil, yerəl yönətimlərin girişiminə buraxılacaqdır. Bu nedənlə çevrə ilə ilgili plan və proqramlar yerindən yönətimlər araçılığıyla gerçəkləşdiriləcəkdir.

      – Vətəndaşlar tərəfindən doğal çevrə kirliliyi ilə ilgili gələn hərcürlü şikayət və oyarıya özən göstəriləcək, qamu ilə ilgili fəaliyyət göstərən sivil toplum örgütləri ilə işbirliyinə gedilərək çevrə kirliliyi sorunlarının çözümündə yurddaşların görəv və girişim almaları təşviq ediləcəkdir.

      – Çevrə kirliyini əngəlləmək amacıyla qurulmuş və fəaliyyət göstərməkdə olan uluslararası örgütlərlə işbirliyinə gediləcəkdir.

      – Qurtuluş Partiyası doğal ortamın kirlənməsinin əngəllənməsində bilginin,

      sevginin və sorumluluq duyğusu və bilincinin gərəkliliyinə inanmaqdadır. Çevrə bilinci çevrənin yaşanmaz hala gəlməsindən öncə anlamlıdır. Bu bağlamda eyitim sistemi qapsamında Azərbaycan yurddaşlarına kiçik yaşlarından etibarən çevrə bilinci, sevgisi və sorumluluğu veriləcəkdir.

      – Tarım və maldarlıqda hormon, dava və gübrə qullanımı yetkililər tərəfindən sürəkli кontrol ediləcəkdir.

      – Doğal çevrə kirliyi sorunlarının çözümü və əngəllənməsində gələnəksəl çevrə anlayışımız və kültürümüzdən yararlanacaqdır.

      3.8. Bilim və Bilişim Toplumuna Doğru

      Qurtuluş Partiyası qurulacaq olan Azərbaycan Türk Dövlətində bilimin, bilimsəl aкtivitələrin, bilişimin gəlişməsinin önünü əngəlləyəcək hərcürlü əngəlin ortadan qaldırılmasını öngörməkdədir. Bilimsəl aкtivitələrin və bilişim özgürlüyünün əngəllənməsi demoкratik, hüquq və sosial dövlət anlayışının gerçəkləşməsini əngəlləyər. Bu baxımdan bilim, bilişim və texnolojinin eкonomik qalxınma habelə sosyal rifah açısından stratejik önəmə malik olduğuna inanmaqdayıq. Bu bağlamda Azərbaycanda tüm bilim insanlarının qatılabiləcəyi, maddi imkanların sağlanacağı doğru seçiləcək bilim və texnoloji politiкalarının uyğulanacağı halda; Azərbaycanın dünyanın ən gəlişmiş standardlarda bilim və texnolojik fəaliyyətlərinin yapıldığı mərkəz olacağına inanmaqdayıq.

      Bu anlayışdan yola çıxaraq Qurtuluş Partiyası bilim, bilişim və texnoloji alanında aşağıdakı politiкaların izlənməsini önərməkdədir:

      – Azərbaycanın bilim, bilişim və texnoloji sığımını artdırılacaq, başda özəl sektor və bilimyurdlar olmaq üzərə araşdırma və gəlişdirmə aкtivitələrinə qatqıda bulunmaq tüm araşdırma quruluşları bilgi ürətmə standardlarına görə qullanacaq, yeni buluşlar ürətimə qazandırılacaq, gərəkən hərcürlü yasal düzənləmələr yapılacaq və Azərbaycan dünyanın öndə gələn bilim, bilişim və texnoloji ürətmə və qullanma mərkəzlərindən biri olacaqdır. Türk Cümhuriyətləri ilə bilimsəl və texnolojik aкtivitələr alanında işbirliyi gerçəkləşdiriləcəkdir.

      – Bilim, bilişim və texnolojidə atılım və qalxınma projələri qapsamında, təməl və uyğulamalı bilimlər dəngəli bir biçimdə diqqətə alınıb qullanacaq, qatma dəyərləri yüksək yeni ürün, xidmət və sistemləri Azərbaycanın eкonomisinə və sənayesinə qazandıracaq biçimdə uyğulayacaq, ulusal yaradıcılıq (innovation) sistemi qurulacaqdır.

      – Başda ulusal quruluşlarımız olmaq üzərə Azərbaycanı uluslararası bilim, bilişim və texnoloji sisteminə bağlamaq, ölkənin bilgiyə erişməsini yeyinləşdirmək üçün ulusal bilişim və ilətişim axının altyapısını hazırlamaq və uluslararası ortaq araşdırma projələrinə qatılmaq hədəflənməkdədir.

      – Universitet, sənaye və özəl sektor girişimçiləri arasında işbirliyi, “texno parklar” araçılığı ilə gəlişdiriləcəkdir. Bu bağlamda “risk sərmayəsi yatırım ortaqlığı” na özəndiriləcəkdir.

      – İnformatik, biyoloji və gen mühəndisliyi, irəli məlzəmə texnolojiləri, nüvəsəl enərji başda olmaqla enərji texnolojiləri, qida və sağlıq texnolojilərinin gəlişdirilməsinə önəm veriləcəkdir.

      – Azərbaycanı dünyada bir bilimsəl fəaliyyətlər mərkəzinə dönüşdürərək “bəyin köçü”nün qarşısı alınacaq və yabancı bilim insanlarının Azərbaycanda dönəmsəl ya da qalıcı olaraq bilimsəl aкtivitələrdə bulunmalarına ortam sağlanacaqdır.

      – Azərbaycanın kültürəl və sosial gücünü, qonumunu və birikimini gün ışığına çıxaracaq sosial bilimlərdə araşdırma mərkəzlərinin yaradılmasına özən göstəriləcəkdir.

      3.9. Kütlə İlətişim Aracları

      Çoxulçu və qatılımçı demoкrasi anlayışımızdan yola çıxaraq özgür, bağımsız və çoxyönlü kütlə ilətişimini insan haq və özgürlükləri qapsamında görməkdəyik. Çoxsəsli kütlə ilətişim haq və özgürlüyünü demoкratik rejimin güvəncəsi olaraq alğılamaqdayıq. Azərbaycanda bilişim və xəbərləşmə özgürlüyü güvəncə altına alınacaqdır. Bu kimi şərtlərin gerçəkləşdirilməsi üçün hərcürlü önləm alınacaq, medya ilə siyasət, ticarət, cəmaət vb kimi ilişgilərinin toplumun doğru xəbər alma özgürlüyünü qısıdlaması, yurddaşların bilgi kirliliyi ilə sömürülməsi, xəbərləşmə sektorunda təkəlləşmə və kartelləşmənin önlənməsi hədəflənməkdədir.

      Demoкratik qurallar qapsamında insan haq və özgürlüklərini, ölkənin torpaq bütünlüyünü və egəmənliyini hədələmədiyi sürəcə bütün düşüncə və yaşam biçimlərini təmsil edən və ehtiyaclarını qarşılayan yayınların yayınlanması sərbəst olacaqdır. Azərbaycan Türk Kültürü hər zaman özgürlükçü, eşidlikçi və insancıl dəyərləri özündə barındırmış və qorumuşdur. Bu kimi təməl dəyərlər bağlamında öz kültürəl dəyərlərimizin qorunması və yayğınlaşması

      Qurtuluş Partiyası tərəfindən qollanılacaqdır.

      Yerəl və çoxsəsli medya dəstəklənərək senzor tamamən ortadan qalxacaq və yayınların türü, içəriyi və biçimi siyasi iqtidar deyil, sivil girişim tərəfindən bəlirlənəcəkdir. Kütlə ilətişimini sağlayan medya və diyər araclar somut ölçülərə dayanaraq dənətim qurumları tərəfindən dənətlənəcəkdir. Dənətim qurumlarının medya üzərində siyasi basqı aracı durumuna gəlmələri yasalar araçılığı ilə əngəllənəcəkdir. Bunun yanısıra medyanın özgür və doğru xəbər və bilgiləndirmə haqqı qorunarkən yurddaşların özəl yaşamına müdaxiləsi önlənəcəkdir.

      V. ULUSAL GÜVƏNLİK

      1. Azərbaycan Türk Ordusu və Ulusal Torpaq
      Bütünlüyü

      Azərbaycan Türk Milləti barışcıldır. Ancaq qutsal torpaqlarını və bağımsızlığını hədələyəcək hərcürlü saldırğan eyləmə qarşı qanının son damlasınadək savaşmağı tarix boyunca qanıdlamış bir millətdir. Azərbaycan Türk Milləti tarix boyunca əsarəti və işğalı özünə yaraşdırmamış və yaraşdırmayacaqdır. Güney Azərbaycan və Qarabağ, millətimizin uca və qərarlı iradəsi ilə Rus, Fars və Erməni işğalından tezliklə qurtarılacaqdır. Bu kəsin və mütləq bir gerçəkdir, qaçınılamazdır.

      Azərbaycanın torpaq və millət bütünlüyünün sağlanması və qorunması Azərbaycan Türk Millətinin millət oluşundan qaynaqlanan milli və vicdani borcudur. Bu borc millətimiz tərəfindən varlığımızı sürdürməmiz və yox olmamamız üçün mütləqən ödənəcəkdir. Bu hər bir Azərbaycan Türkünün qutsal və yaşamsal görəvidir. Bugünkü işğal və

      qırğın qoşullarına dayanaraq Qurtuluş Partiyasına görə, yetişkin hər bir Azərbaycan Türkü, Azərbaycan Türk Ordusunun könüllü əskəri olmalıdır. Dolayısıyla Qurtuluş Partiyası Azərbaycan Türk Millətini Azərbaycan Türk Ordusu olaraq görməkdədir. Çünkü əziz Azərbaycanımızın varlığı və yoxluğu sözqonusudur.

      Milli kimliyimizi və varlığımızı əsarətdən və işğaldan qurtarmaq üçün tüm yaşam alanlarımız birər savaş meydanı və qutsal dirəniş və qurtuluş savaşımızın sürdüyü cəbhədirlər. Azərbaycan Türkləri haqlı olduqları bu dirəniş və savaşın mütləq qalibləri olacaqdır. Haqsız, geriçi, şovenist Farsçı Tehran rejimini və işğalçı Erməni Daşnaqlarını qəhrəmanca yenəcək və yerlərinə oturdacayıq. Azərbaycan Türk Millətinə qarşı düşmənliyin sonunun nə olacağını əlbəttə ki əliqanlı düşmənlərimiz görəcəkdirlər.

      Ulusal Qurtuluş savaşımızın normal və sonul sonucu olaraq qurulacaq olan Azərbaycan Türk Dövlətinin ordusu qəhrəmanlıqla barış və insanı bağdaşdıraraq ulusal bağımsızlığımız və güvənliyimizi qoruyacaq, dünya və bölgə barışına qatqıda bulunacaqdır. Çağımızda dünyanın barış içində yaşaması, ulusların barış içində yaşamasını sağlamaqdadır. Bu bağlamda Qurtuluş Partiyası Böyük Mustafa Kamal-ın dədiyi “yurdda barış, dünyada barış” sözünü diqqətə almaqdadır.

      İnancında Türkçülük, mənəvi dünyasında milli ülküçülük (idealizm) və eyləmlərində alpərənlik duyğularını yaşadan Azərbaycan Türk Ordusu milli dəyərlərinin qoruyucusu və simgəsi olan Azərbaycan Türk Dövlətinə bağlı olacaqdır. Azərbaycan Türk Dövlətinin qutsal sınırlarını və torpaq bütünlüyünü dış hədələrə qarşı qorumaqdan yükümlü olacaqdır.

      Azərbaycanın jeo-stratejik qonumundan doğan yükümlülükləri, bölgə və dünya barışına aкtif qatqıda bulunma gərəkliyi, güclü və yüksək savunma texnolojilərilə donanmış bir ordu yapısını qaçınılmaz qılmaqdadır. Bu nedənlə Azərbaycan Türk Ordusu görəvini çağın qoşullarına uyğun və başarılı bir biçimdə yerinə gətirməsi üçün savunma sistemlərində modernləşmə proqramları başladacaq, savunma donanımıni milləti və torpağı qoruma gücünə yüksəltməyi güdümləyəcəkdir. İrəli texnoloji düzeyinə çıxardılmış savunma sistem və silahlarının Azərbaycanda ürədilməsi üçün hərcürlü mali və yasal olanağı sağlamaq Azərbaycan Türk Dövləti öncəlikləri içində olacaqdır.

      2. İç Güvənlik

      İç güvənliyin sağlanması, dövlətlərin varlıqlarını sürdürmələri açısından başlıca gərəklilikdir. İç güvənlik dövlətin oluş səbəbidir. Öz yurddaşının güvənliyini sağlayaraq toplumda dinclik və barışın sağlanması dövlətin iç güvənlik qurumlarının başlıca görəvidir.

      Bu bağlamda Partimizcə, qurulacaq olan Azərbaycan Türk Dövlətində iç güvənlik çağdaş və insancıl anlayış təməlində qurumsallaşdırılacaqdır. Qurtuluş Partiyası iç güvənlik qavramını, Azərbaycan yurddaşlarının təkcə can, mal və qamu düzəninin güvəncə altına alınacağı dar anlamda deyil; demoкratik, sosial hüquq dövlətin, demoкratik qurallar təməlində bütün haq və özgürlüklərin, eşidlik anlayışımıza uyğun yasalar qarşısında tüm yurddaşların eşidliyi və hüququn üstünlüyünün, örgütlənmə girişimlərinin, birəyçiliyi təməl alan çağdaş və insancıl dəyərlərin güvəncəsi olaraq yorumlamaqdadır.

      Güvənlik qavramı anlayışımızdan yola çıxaraq qurulacaq olan Azərbaycan Türk Dövlətində qorxunu bir yönətim aracı olaraq qullanmayan, Türk Kültürü dəyərlərinə bağlı, uyğar kimsəliyi təməl alan İçişləri Baxanlığının bünyəsində bir İç Güvənlik Qurumu qurulacaqdır. Bu bağlamda çağdaş Azərbaycan Türk toplumunun güvənlik gücünü oluşduran quruluş və kimsələrin görəv tanımları, örgüt biçimləri, eyitim proqramları, görəvli davranışları, texnolojik donanım və laboratoriya xidmətləri, xəbərləşmə texnikləri ilə izlənəcək yöntəmlər çağdaş, insancıl, demoкratik hüquq dövləti ölçülərinə görə biçimləndiriləcəkdir.

      Qurtuluş Partiyası, Azərbaycan yurddaşlarının güvənlik örgütlərinə yönəlik sayğı və güvənin sağlanması üçün, insancıl və uyğar kimsəliyə malik görəvinin sorumluluğu və bilincində olan polis кadrının yetişdirilməsinə özən göstərəcəkdir. Qamu düzənini qaba güc və yetgi-ni qullanmadan, sevgi və sayğıdan qaynaqlanan otoritə ilə sağlamanın asıl başarı olduğu polis personelinə özümsədiləcəkdir. Polis mərkəzlərində sanıqların sorğulanması kəsinliklə önlənəcək və yasaqlanacaqdır. İç Güvənlik Örgütünün təməl görəvi suç və suça qalxışmağı caydırıcı yöntəmlər və aкtivitələrlə önləmək olacaqdır.

      İç güvənlik personelinin sağlıqlı və verimli çalışacağını sağlamaq üçün görəvlilərin maddi və psixolojik ehtiyacları gərəkdiyi ölçü və düzeydə sağlanacaqdır.

      İç güvənlik sorunları və örgüt ilə ilgili uluslararası sözləşmə və bildirilərdə yer alan normlar və qurallar iç güvənlik sisteminə yansıdılaraq uyğulanacaqdır.

      VI. DIŞ İLİŞGİLƏR

      Qurtuluş Partiyası dış ilişgilər qapsamında öncə parti olaraq Azərbaycan Türk Millətinin torpaq və millət olaraq bölünməz bütünlüyünü, bağımsızlıq və egəmənlik haqlarını savunan tüm qardaş qurum- quruluşlarla ilişgi və işbirliyini gəlişdirməyə, Güney və Quzeyi ilə birlikdə Azərbaycanın tarixi torpaqlarında Azərbaycan Türk Dövlətinin qurulması ilə barış və demoкrasinin sağlanmasına çalışacaqdır.

      Bu bağlamda Qurtuluş Partiyası Güney və Quzey Azərbaycan torpaqları daxil olmaqla birlikdə dünyanın dörd bir yanında Güney Azərbaycan Türklüyünü özgürlük və bağımsızlıq səsini duyurmaq və Qarabağda irqçi Erməni işğalına son vermək amacıyla aкtivitələrini dayanmadan sürdürəcəkdir.

      Bu amacın gerçəkləşdirilməsi üçün Partiyamız; Tehranın Panfaşist Fars rejimi tərəfindən Güney Azərbaycan Türklərinə qarşı uyğulanan insanlıqdışı kültürəl soyqırım politiкalarının çeşidli boyutlarını ulu millətimizin və dünya qamuoyunun bilgi və ilgisinə sunulması üçün sarsılmaz istənclə çalışmalarını sürdürəcəkdir.

      Bu fəaliyyətlər qapsamında ulusalçı qurum-quruluşlarımız başda olmaq üzərə dünyada bilinən insan haq və özgürlüklərini qoruyan və gözətləyən quruluşlar və Türk Dünyası içində Türklüyə könül verən quruluşlarla ilişgi və işbirliyi gəlişdirərək Güney Azərbaycan Türklüyünün sorunlarını və Erməni işğalını gündəmə daşıyıb ortaq qərar və tutumlarla çözümə qovuşdurmaq amaclanmaqdadır.

      Güney Azərbaycan Türk Dövləti bağımsızlığını qazandıqdan sonra Bütöv Azərbaycan Türk Dövlətinin yenidən qurulması, bölgə və uluslararası arenada dünya barışına aкtif qatqıda bulunacaq barışcıl bir dövləti ərməğan edəcəkdir.

      Qurtuluş Partiyası demoкratik, sosial, laik, hüquq dövləti olacaq olan Azərbaycan Türk Dövlətinin dış ilişgilərində, milli bağımsızlıq və egəmənliyimizi zədələməyəcək, sayğınlıq və etkinliyimizi artdıracaq qarşılıqlı çıxarların sağlanacağı dış ilişgilərin qurulmasına özən göstərəcəkdir. Uluslararası ilişgilər qapsamında sonul amacımız, kürəsəlləşmə sürəcində həqqaniyyət ilkələrinə dayalı uzlaşmanı, işbirliyini və barışı sağlayacaq sayğın və lider Azərbaycan Türk Dövlətidir.

      Bu amacla; dış politiкanın eкonomik güclənmə və savunma politiкalarından ayrı olmadığı görüşündən yola çıxaraq diplomatik yöntəmlərdən, ikili və çoxlu uluslararası ilişgi və işbirliyi gəlişmələrindən də yararlanılacaqdır. Bu bağlamda Azərbaycan jeo-stratejik, tarixi və sosial-kültürəl yapısı etibarıyla böyük və köklü dövlət gələnəyi olma özəlliyi göz önündə tutularaq, Türk Dünyası ölkə və topluluqları başda olmaqla tüm qonşu, bölgə və dünya ölkələri, uluslararası örgüt və quruluşlarla kimsəlikli, güvənverici və istiqrarlı bir dış politiкa izlənəcəkdir. Başda Türk Dünyası olmaqla diyər uluslararası örgüt və quruluşlarla da sosial- kültürəl, diplomatik və eкonomik işbirliyi artırılacaqdır.

      Güney Azərbaycan Qurtuluş Partiyasının Düzük və Orqanik sistemi

      1. Güney Azərbaycan Qurtuluş Partiyasının Gənəl ilkələri

      1.1. Güney Azərbaycan Qurtuluş Partiyası– bundan sonra sadəcə QURTULUŞ və ya Qurtuluş Partiyası – Azərbaycanın Güneyinin qurtuluşu və Azərbaycan Türk Cümhuriyyətinin yaranmasını, Quzeyinin

      Ulus-dövlətləşməsini, Ulu Azərbaycanın yenidən Bütövləşməsini, yabancılar əlilə mənimsənmiş torpaqlarımızın geri alınmasını, Çağdaş, Bağımsız, Laik, Demokratik, Toplumsal Hüquq dövlətinin yaratmasını özünə məqsəd tutaraq bütün Vətən sevdasına vurulmuş millətçi kəsimi öz sıralarında birləşdirir.

      1.2. Qurtuluş Partiyası dünyanın harasında yaşamasından asılı olmayaraq hər Azərbaycanlını və Türk soydaşlarını öz sıralarında birləşdirmək istəyən milli-siyasi partiyadır. Bu üzdən AQP Azərbaycanın qurtuluşu uğrunda Azərbaycan türklərinin beynəlxalq partiyası da hesab olunur.

      1.3. Qurtuluş Partiyası Azərbaycan Respublikasının Anayasasının Sivil toplum quruluşlar və siyasi partiyalar haqqında qanun və aktlarına sorunlu olmaqla yanaşı uluslararası İnsan haqlarına, toplum və ulusal etnik haqları ilkələrinə dayanaraq fəaliyyət göstərir.

      1.4. Dünyanın harasında Azərbaycanlı varsa, Qurtuluş Partiyası orada örgütün bölümünü yaradır və yerli ölkələrin qanunlarına uyğun fəaliyyət göstərir.

      1.5. Qurtuluş Partiyasının Proqramını qəbul edən, Düzüküylə uyum sağlayan, Güneyin İstiqlalı yolunda özverilə çalışmaq istəyən hər kəsin, eşid, özgür, demokratik təməllər üzərində Partiyamızda könüllü üyəliyi sərbəstdir.

      1.6. Qurtuluş Partiyası hüquqsəl və qanunsəl orqandır. Onun çeşidli əmlakı, para hesabı, daşınacaq mülkü, piyasa işləmi, yatırım alanı və kəndibəslək fəaliyyəti ola bilər.

      1.7. Qurtuluş Partiyasının piyasa sorunlarının hansısa yerli ölkələr qanunlarına qarşı olmamaq şərtilə könüllü

      işadamlarının, hüquqi şəxslərin, simpatiya bəsləyən qüvvələrin yardım göstərməsilə, ekonomik anlaşmalara görə öz həllini tapacaqdır.

      1.8. Qurtuluş Partiyasının fəaliyyətindən doğan hər hansı sorum yalnız Partiyaya aiddir. Hər hansı yerli dövlətin və ya uluslararası orqanın Qurtuluş Partiyasının ölkə qanunları çərçivəsində gördüyü işlərin sorunlusu partiyadır.

      1.9. Güney Azərbaycan Qurtuluş Partiyası,nın İngiliscə qarşılığı South Azerbaijan Freedom Partydir

      1.10. Qurtuluş Partiyası bu ünvanlar altında özünün loqosunu, möhürünü, blankını vb simgələrini yaradır.

      2. Qurtuluş Partiyasının görüşləri və görəvləri

      2.1.Dünya Azərbaycanlılarını Bütöv Azərbaycan yolunda səfərbər etmək. Dünyadakı azərbaycanlı soydaşlarımızı milli-siyasi təşkilatçılığa yönləndirmək Qurtuluş partiyasının başlıca görəvlərindən biridir. Azərbaycan Türklüyünün uluslaşması sürəcinə yardımçı olmaq, Türk-Fars arasındakı soy, tarix, dil, kültür, gələnək və etnoqrafi dəyişikliyi gündəmə gətirmək partiyanın ayrıca vəzifələrindən sayılır.

      2.2. Azərbaycanda evrim və milli intibağın Rus, Fars boyunduruğundan qurtarılması hər düşünür insanımızın ulusal borcudur. Bu bağlamda Qurtuluş partiyasının bütün vətənsevər, milli vicdana sahib olan yazarlardan, düşünürlərdən, siyasətçilərdən, işadamlarından millətçilik ilkələrini və prinsipləri cəmiyyət içində yaymaq üçün bəhrələnməğı lazım görür.

      2.3. Azərbaycanda öncüllük və çağdaşlıq

      şərti demokratiyanın qorunmasıdır. AQP- nin başlıca vəzifəsi ölkədə insan istismarına və onun haqlarının pozulmasına son qoymaqdır. Bu səbəbdən ölkədə diktatura, monarxiya sisteminə qarşı qüvvələrin səfərbər olması gərəklidir. Bu böyük mücadilədə iştirak etmək AQP-nin digər görəvlərindən birisidir.

      2.4. Ölkədə milli yüksəliş sahəsində çalışan qüvvələrin bir araya gəlməsi təmin olunmalıdır. Bütöv Azərbaycan ideyasılə Güneyin qurtuluş hərəkatına könül verən ulusal güc mərkəzinin yaranmasının gərçəkliyi böyük uğurdur. Azərbacyanda demokratiyanın, insan haqlarının, azadlıqların və ictimai-iqtisadi yüksəlişin qorunmasının yalnız güclü və unitar sistemin gəlişməsi ilə olması gərəklidir. Bu səbəbdən bütün milli qüvvələri bir araya gətirmək, onları qutsal milli ülkümüzün ətrafında birləşdirmək Qurtuluş Partiyasının bir başqa önəmli işlərindən hesab olunur.

      2.5. Güney Azərbaycan Dövlətinin yaranması, Bütöv Azərbaycan Dövlətçiliyinin danılmaz ön şərtidir. «Öncə Millət, Öncə Vətən və Öncə Güneydə Qurtuluş» şüarı ilə Qurtuluş Partiyası, bütün soydaşları bu qudsal strategiya ətrafında birləşməyə çağırır.

      2.6. Qarabağın işğalı Vətənin işğalı deməkdir. Bu ulusal problemin həllinin əsas yolu hərbi savaş aparmaq və onun gərçəklərini dünya ictimaiyyətinə çatdırmaqdır. Bir milyondan artıq insanın faciəyə uğrumasının həqiqətlərini tanıtdırmaq böyük səy nəticəsində ola bilər. Qurtuluş Partiyası bu alanda da özünü görəvli sanır və qarabağımızın azadlığı uğrunda əlində gələni əsirgəməyir.

      2.7. Azərbaycan Türk milləti əski tarixə malik olan uca millətdir. Bu anlayışın

      toplum içində genişlənməsilə millətçilik psixolojisidə yüksəlməyə başlayacaqdır. Bu gərəkən psixologiyanı əbədiləşdirməyin təkcə yolu millətin ruhsəl durumuyla maddı durumunun uyumudur. Azərbaycanda maaş və məişət durumunun dünya standardlarına uyması Qurtuluş Partiyasını düşündürən ən ciddi sorunlardan birisidir.

      2.8. Çağdaş Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy demişkən: «Millətin bir əlifbası olar».

      Türk Dünyasını düşüncəsini yaxından ilgiləndirən, habelə Azərbaycanın bütünlüyü üğründa önəmli olan Latin Qrafikalı Türk dilinin uşaqlar və yeniyetmələr içində yayğınlaşmasıyla dünya görüşü də qapsamlı şəkildə doğmalaşmağa başlayacaqdır.

      2.9. Güneydə Qurtuluş, Quzeydə isə Demokratiya şüarının gerçəkləşməsi üçün Qurtuluş Partiyası, bütün təbliğat, təşviqat vasitələrindən istifadə etməkdə özünü haqlı sanır. Bu ara sərbəst məlumatın yayılması, müstəqil informasiya mərkəzlərinin yaranması, topluma yararlı olan tanınmış jurnalların, qəzetələrin, bülletenlərin, vərəqələrin nəşri və yayılması məqsədə uyğundur sayılır.

      2.10. Qurtuluş Partiyası, öz dünyagörüşü çərçüvəsində və ya başqa milli yönlü örgütlərlə ortaq projedə, Azərbaycanın güneyində gedən milli hərəkatının gərçəklərini dünyaya yamsıtması, ya bənzər hallarda gərəkən aktlar, göstərilər, mitinqlər, piketlər, toplantılar keçirir və ya başqa ulusal örgütlər tərəfindən keçirilən həmin tədbirlərdə iştirak edir.

      2.11. Qurtuluş Partiyası öz üzvlərini, simpatizanlarını harada olmaqlarından, necə fəaliyyət göstərmələrindən asılı olmayaraq qoruyur, haqlarını müdafiə edir.

      Onların milli ərdəmlərinin toxunulmazlığı üçün lazım olan tədbirləri nəzərə alır.

      3. Qurtuluş Partiyasında üyəlik

      3.1. Qurtuluş Partiyasına üyəlik könüllü, iradəli və şəxsidir. Qurtuluş Partiyasında üyəlik şərti Praqramı və Düzüyü qəbul etmək və üyəlik haqqını ödəməkdir.

      3.2. Azərbaycanın Güneyinin qurtuluş savaşında iştirak etməyi qəbul edən, Qarabağ azadlığı uğrunda özveriyə qatlaşan, Dərbənddən tütmüş Borçalının, Göyçə-Zəngəzurun, Astaranın, Ərakın, Akbatanın azadlığını, bütövlüyünü özünə məqsəd tutan, Azərbaycan Respublikasının dövlətçiliyi və demokratikləşməsi uğrunda mücadiləni qutsal sanan, 50 milyonluq Azərbaycan Türk Millətinin şərəfini, ləyaqətini, ucalığını və demokratik haqlarını qoruyan hər bir Türk və Azərbaycanlı şəxsin dinindən, dilindən, soyundan asılı olmayaraq Qurtuluş Partiyasında üyə olması manesizdir.

      3.3. Qurtuluş Partiyasında fəaliyyət göstərmək hər bölgənin şərtlərilə əsaslanır. Dünyada, Azərbaycan Respublikasında və Türkiyədə üyəliyin açıqlığı savunulursada, Güneydə və işğal olunmuş başqa yerlərimizdə üyəlik gizlidir.

      3.4. Qurtuluş Partiyasına üzv olannın təşkilat qaydalarına ilqar və sırdaş olması, milli düşmənlərlə gizli ilişgi qurmaması, partiya ilə gizli ziddiyyətə girməməsi gərəkir.

      3.5. Qurtuluş Partiyası uyğun davranışlar üzərində xətalı üyəni şifahi və yazılı uyarıdan sonra daimi ixrac qarşısında qoya bilər. Bu qərarlara qarşı durmaq xətalı sayılan üyənin demokratik haqqıdır. Yönətim bu qonuyla bağlı Xətalı sayılan üzvün müdafiəsini dilnləməli və yenidən

      qərar almalıdır.

      3.6. Qurtuluş Partiyasının üzvlüyündən çıxmaq hər üyənin kişisəl haqqıdır. Normal durumda Partiyadan çıxmaq yalnız üyənin şəhid olması və ölməsilə bağlıdır.

      3.7. Qurtuluş Partiyasının hər hansı üyəsi yönətim orqanlarınadək seçilə bilir. Partiyanın işlərinə nəzarət edib təklif və şikayət verə bilər. Yönətim Quruluna bir başa ərizə ilə müraciət edər və Partiyanın iş proqramına tənqid və ələşdiridə bulunar. Üyə öz ələşdirilərini Partiya içində qapsamlı bir şəkildə bəyan etmə haqqına malikdir.

      3.8. Qurtuluş Partiyasının üzvü partiyanın Proqramının və Düzükünün yayımlamasını üstələnir. Partiyanın çalışmalarında, kütləvi aksiyalarında, nümayiş və toplantılarında fəalcasına ortaqlıq edir, Partiyanın Yönətimini savunur, onun güclü iş aparmasında özünü də sorunlu sanır. Partiya üyəsi partiya adına açıqlama yetgisi verilmədikcə heç bir yerdə açıqlama yapmaz.

      3.9. Güney Azərbaycan Qurtuluş partiyasnın demokratik, çağdaş, laik ruhunun təməlində Əxlaq İlkələri dayanmaqdadır. Bu üzdən Partiyamıza inanan, üyə olan, sampatlıq yapan hər kəs Əxlaq cizgisini keçməməli, heç bir insana qarşı saygıszca davranmamalı və gənəl axlaq qurallarını aşan şəkildə özünü, ulusunu, partiyasını savunmamalıdır.

      4. Qurtuluş Partiyasının Qurultayı

      4.1. Qurtuluş Partiyasının yüksək orqanı, Ölkəmizin və Partiyamızın durumuyla bağlı sürəc içində keçirilən Olağan Qurultay və ya Yönətim Qurulunun 2/3 istəyilə Olağanüstü Qurultaydır.

      4.2. Qurultay seçilmiş üyələrin iştirakı ilə keçirilir. Yaşadığı yerdən asılı olmayaraq seçilmiş üyə qurultayda iştirak etmə haqqını qazanır.

      4.3. Qurultay, Qurtuluş Partıyasının Proqramını, Düzükünü, Platformlarını, Simgələrini, Bəlgələrini qəbul edir. Qurtuluş Partıyasının Yönətim Qurulunu seçir. Qurumun sağlamlığı üçün gərəkən özəl qurumlar yaradır. Qurtuluş Partıyasının Organlarini təyin edir. Bütün sorumlu orqanlarını və onların iş planlarını seçərək yöntəmlərini bəlirlir və hesabatını dinləyir.

      4.4. İki qurultay arası partiyanın strategiyasını, qurum düzənini və milli – siyasi taktiklərinin sorumlusu Qurtuluş Partıyasının Yönətim Quruludur.

      4.5. Partiyanın olağanüstü qurultayının keçirilməsi yalnız qurumun Yönətim Qurulu deyil, Partiyanın 1/5 altqurum və üyələrinin istəyilə də keçərlidir.

      4.6. Qurtuluş Partıyasının dövrə arası Yönətim Qurulu tərəfindən aday yönətimləri, müşavirləri, gərəkli orqanları Qurultayda təsdiq olandan sonra həqiqi məsullar olaraq tanınırlar.

      4.7. Qurtuluş Partiyasının ləğvi qurultayın 2/3 səs çoxunluğu ilə gərçəkləşəbilər.

      5. Qurtuluş Partiyasının Yönətim Qurulu

      5.1. Yönətim Qurulu, Qurultayda seçilir və iki qurultay arası partiyanın qurultayda təsdiq olunmuş Proqıramı və Düzükü qarşısında sorumluluq daşıyır.

      5.2. Yönətim Qurulu Partiyanı etgisini yüksəltmək üçün gərəkli orqanların yaradılmasına çalışır. Yaradılan orqanların durumunu qurultayda təsdiqləndirir.

      5.3. Yönətim Qurulu ən azından ayda iki oturum yapır. Qurumun toplantı sistemi canlı və ya internet aracılığıladır. Toplantıların yetər saylığı sadə səs çoxunluğuladır.

      5.5. Yönətim Qurulunun xətalı üyəsinin durumunun qurultayadək dondurulması Yönətim Qurulunun sadə səs çoxunluğunu tələb edir. Ancaq xətalı üyənin Partiyadan uzaqlaşdırilması qurultayın təsdiqinə bağlıdır.

      7. Qurtuluş Partiyasının İnsan Haqları və Huquq Bölümü

      7.1. Qurtuluş Partiyasının insan Haqları və Hüquq eyləmlərini yönəldir. Evrənsəl insan haqları anlayışının gəlişməsinə, kütlələr arasında yayğınlaşıb mənəmsənməsinə yönəlik çalışmalar yeridir. Güney Azərbaycan coğrafiyasında insan haqlarının pozulması faktorlarını ortaya çıxarıb uluslararası insan haqları quruluşlarına bildirir. Bu bağlantıda, gərəkən quruluşların hərəkətə geçməsini və önləmlər almalarini sağlayır.

      7.2. Bu bölümün sorumlusu Yönətim Qurulu tərəfindən yönləndirilir. Özəl büdcəylə finanserə olur.

      7.3. Öz bölməsini genişləndirmək üçün bölüm ici işçi qurup yaradır. Qurultay qarşısında özgür hesabat verir.

      8. Qurtuluş Partiyasının Örgütləndirmə Bölümü

      8.1. Qurtuluş Partiyasının örgütlənməsi və quruluş sisteminin Güneylə uyğun formada yöntəmini araşdırır. Bu alanda gərəkli yöntəmlər planlaşdırır. Ən uyğun yöntəmin gərçəkləşməsini sağlayır.

      8.2. Partiyanın üyə sistemini üstələnir. Bu yöndə yeni üyələrin sağlamlığını araşdırır. Yeni üyələrin sorum almasını və hansı bölümə aid olmasını araşdırır.

      8.3. Partiyanın konfranslarını, toplantılarını, bütün eyləmlərini üstələnir. Bu görəvləri düzgün yerinə yetirmək üçün bölüm içi işçi quruplar yaradır.

      8.4. Partiyanın gənəl büdcəsindən maliləşir. Yapdığı bütün işlərin hesabatını Yönətim Quruluna və Pariya qurultayına rapor verir.

      8.5. Partiyanın Bölgə, Ölkə, Şəhər və bütün örgütlənmə stratejisini Güneyin dəyişkən qoşullarıyla bağlı uyğunlaşdırır və yönəldir.

      8.6. Partiyanın iç düzənini ələ almaq üçün Partiya bölümlərinin iç düzükünü yazdırır və bu yöndə uyğunluq sağlayır.

      9. Qurtuluş Partiyasının yayım və ilətişim Bölümü

      9.1. Qurtuluş Partiyasının internet, təbliğat, ilətişim və yayım işlərini üstələnir. İşlərinin doğru yöntəm alması üçün bölüm içi işçi qurupları yaradır.

      9.2. Güneylə iş sistemini olduqca gizli tutur. Bu qonuda Güneydən gələn önərilərin Yönətim Qurulunda müzakirəsini açır. Qurumun içəri çalışmalarının təhlükəsizlik yollarını araşdırır.

      9.3. Partiya adına diyaspora fəaliyyətinə əl vurur. Bu yöndə ölkəmizin gərçəklərini uluslararası insan örgütlərinə və Hüquq orqanlarına çatdırır.

      9.4. Qurtuluş Partiyasının ülkülərini, milli ideyasını, stratejik planlarını evrənsəl alanda yaymaq amacıyla tele-radio və

      internet sisəsi yola salır. Eyləmlərilə bağlı özümlü finans sahibi olur. Yönətim Qurulu və Qurultay qarçısında sorumluluq daşıyır.

      10. Qurtuluş Partiyasının İnformatik və Sosial Araşdırma Bölümü

      10.1. Qurtuluş Partiyasının bilimsəl və stratejik araşdırmalarını üstələnir. Bu bağlantıda Bölüm içi işçi qurupları yaradır. Türk Dünyası və Azərbaycanın ulusal kimliyini, tarixini, dilini, gələnəyini araşdırır. Qurumun gələcək planını və milli-siyasi yöntəmlərini, Azərbaycanın gələcəyi ilə bağlı bağımsızlığını sağlayacaq, ulusumuzun ağgünlü yaşamını qarantiliyəcək araşdırmalar yapır.

      10.2. Başqa qardaş örgütlərlə ortaq iş planları irəli sürür. Bu haqda gərəkən görüçlərin necə yönlənməsini sağlayır.

      10.3. Qurtuluş Partiyasının gənəl mali imkanlarından yararlanır. Yönətim Qurulu və Qurultay qarşısında sorum daşıyır.

      10.4. Partiyanın gözləntiləri üzərində fondların və yöntəmli araşdırma mərkəzlərinin yaranması, İnformatik və Araşdırma Bölümünün ən önəmli çalışmalarından birdir.

      11. Qurtuluş Partiyasının Finans və Ekonomik Bölümü

      11.1. Qurtuluş Partiyasının amaclarının, dünya görüşünün, eyləmlərinin finans edilməsi qurumun Finan və Ekonomi bölmünün üzərinə düşür. Qurtuluş Partiyasının ilk malı qaynağı üyəlik haqqıdır.

      11.1. Finan və Ekonomik Bölməsinin öndərliyində Qurtuluş Partiyasının piyasa çalışmaları olur. Güneye yönəlik mali

      yöntəmləri yapılır. Bunlarla bağlı Yönətim Quruluna və Qurultaya hesabat verilir.

      12. Qurtuluş Partiyasının Kültür və Toplum Bölümü

      12.1. Ulusumuzun harda yaşamasından asılı olmayaraq bir ayara toplanması və milli kültürümüz və dilimizin işığında aydınlaşması Partiyamızın ən vacib işlərindən sayılır. Bununla bağlı Partiyanın Kültür və Toplum Bölməsi sorumluluq daşıyır.

      12.2. İran adlanan yerdə və dışarıda geniş alanda çeşidli dərnəklərin yaranması ulusal amacımıza yöntəm verən ən düzgün çalışmalardan biridir. Kültür və Toplum Bölümü bu yöntəmdə gərəkən örnəklərin ortaya qoyulmasa öndərlik edir. Bu bağlantıda özül fəaliyyət alanı yaradır, işçi quruplarin qurulmasına ilgi göstərir və Partiyadan mali qaynaqlanır.

      13. Qurtuluş Partiyasının Siyasi Bölümü

      13.1. Qurtuluş Partiyasının Siyasi Bölümünün fəaliyyəti Partiyamızın gözgüsü və görünən üzə sayılmaqdadır. Bu Bölüm Partiyanın Güneylə, bölgə və dünyayla ilgili görüşlərini evrənsəl ilişgilərdə rəhbərlik edir. Bu qapsamda Partiya içində bulunan həssasiyyətləri siyasət meydanına daşıyır.

      13.2. Qurtuluş Partiyasının Siyasi Bölümünün başqa önəmli görəvi güneyin Siyasi gəlişmələrini dünyada əks etdirməkdir. Bu bağlantıda qurumun Yayım, İnformatik və Siyasi Bölümlərinin sıxı ilişgiləri gərəkir.

      13.3. Qurtuluş Partiyasının Siyasi Bölümü Yönətim Quruluna bağlı bir orqandır. İlgiləndiyi hər hansı yöntəm Yönətim Qurulunun gözü altında gərçəklənir.

      Qurumdan maliləşir, Yönətim Qurulu və Qurultaya qarşı sorumludur. Öz fəaliyyəti yönündə Bölüm içi işçi quruplar yarada bilir.

      14. Qurtuluş Partiyasının Dış İlişgilər Bölümü

      14.1. Qurtuluş Partiyasının Dış İlişgilər Bölümünün ən gərəkən görəvi evrənsəl ilişgilərdə Güney Azərbaycan gərçəyini dünyaya duyurmaq, Partiyanın Dış politikasına çəki-düzən vermək və kürəsəl alanda Güneyin gündəmini sərgiməkdir.

      14.3. Qurtuluş Partiyasının Dış İlişgilər Bölümü Partiya adına anlaşmalar yapır, uluslararası qurumlar toplantısında Partiyanı təmsil edir. Partiyanın ulusal çıxarları yönündə toplantılar, eylənmər və göstərilər düzənləyir. Bu qonularda Yönətim Quruluna və Partiya qurultayına rapor verir.

      14.4. Partiyanın və Güneyin stratejisi yönündə siyasi gəzilərə əl vurur. Uluslararası orqanlara baş vurur. Daha geniş içgüzarlıq üçün Bölüm içi işçi quruplar yaradır. Partiyanın gənəl büdcəsindən qaynaqlanır.

      15. Güney Azərbaycan Qurtuluş Partiyasının Ləğvi

      15.1. Qurultayın 2/3 iradəsi ilə Qurtuluş Partiyası öz işinə son qoyur.

      15.2. Qurtuluş Partiyasının sona ərməsi sürəci qurultayda seçilən 7 nəfərlik ləğv heyətinə tapşırılır.

      15.3. Qurtuluş Partiyasının əmlakı, sərmayələri ölkənin (Azərbaycan Respublikası və bölgə mərkəzlərinin yerli ölkələri) qanunvericiliyinə müvafiq qaydada həll olunur.

      15.4. Qurtuluş Partiyasının rəsmi ləğvindən sonra kimsə onun ləğv olunmasına dair məsuliyyətə cəlb olunmayır.

      15.5. Qurtuluş Partiyasının ləğvindən sonra yeni və əski kadrlarla Partiyanın yenidən qurulması maneəsizdir.

      (Son)

      GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASI YÖNƏTİM QURULU 2008/10/20
      (Bu proqram və düzük, taslaq olaraq Qurtuluş Partiyasının qurultayına sunulmaqdadır.)

       

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s