İranın uranı zənginləşdirmək hüququ yoxdur

iran-nuve

Martın 19-da ABŞ senatorlarının əksəriyyəti prezident Obamaya müraciət edərək ondan İrana heç vəchlə uranı zənginləşdirmək hüququ verilməməsini istəyiblər. Onların müraciətində bildirilir ki, bununla İranın nüvə silahına yiyələnmə imkanlarına mane olunacaq.

“Reuters”in verdiyi məlumata görə, 83 senator bu müraciəti imzalayaraq təkidlə bildirib ki, İran və “5+1” ölkələri arasında razılaşmada İranın NPT sazişinə əsasən uranı zənginləşdirməyə dair hüququnun olmaması da əks edilməlidir.
Senatorların müraciətində NPT sazişinə əsasən, İranın uranı zənginləşdirmə hüququnun olmaması təkidlə qeyd olunsa da, İran dəfələrlə bildirib ki, hər hansı razılaşma əldə olunsa İranın dinc məqsədlərlə uranı zənginləşdirmə hüququ rəsmi şəkildə qəbul edilməlidir.
İranla Qərb ölkələri arasında əldə olunan müvəqqəti razılaşmaya əsasən sanksiyalar bir az yüngünləşsə də, onların əsas hissəsi öz qüvvəsində qalıb. Bu arada bir sıra xarici şirkətlər İranla yenidən ticarət əlaqələrini bərpa etmək üçün hərəkətə keçib. Fransa, Avstriya və digər ölkələrdən bəzi böyük şirkətlərin nümayəndələri İrana səfər ediblər. Buna baxmayaraq ABŞ dəfələrlə bildirib ki, İrana qarşı sanksiyalar öz qüvvəsində qalır və sanksiyaları pozan şirkətlər qəti şəkildə cəzalandırılacaq.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s