Krım tatar xalqının Qurultayı yaxın vaxtlarda toplanaraq Krım tatarlarının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi məsələsinə baxacaq.

axar.az1395485179rufat

“Axar.az” APA-ya istinadən xəbər verir ki, bunu Krım Tatar Məclisinin sədri Rufat Çubarov deyib. (Qeyd edək ki, Krım Tatar Məclisi həm Ukrayna Ali Radası, həm də Krımın separatçı parlamenti tərəfindən Krım tatarlarının qanuni özünüidarə orqanı kimi rəsmən tanınıb).   R. Çubarov heç vaxt öz müqəddəratını təyinetmə hüququndan imtina etmədiklərini söyləyib: “Bunu hansı formada həyata keçirəcəyimizə tezliklə qərar verəcəyik. Biz tezliklə Qurultayı toplayacağıq. Krım tatarları istənilən halda öz yurdunda qalacaq və talelərini özləri müəyyənləşdirəcəklər”.     Məclis sədri bildirib ki, Krım tatarları və Krımda yaşayan bir çox ukraynalılar 16 mart referendumu boykot edib.    Xatırladaq ki, Rusiya öz addımlarını Krım əhalisinin BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyinetmə hüququndan istifadə etməsi ilə əsaslandırır.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s