Milli fəalların durumu!

1236962_584037438320989_1670264603_n-2

Milli fəalların durumu! Bu gün Azərbaycan Milli fəalların durumu içəridə nə qədər ağır olsa yurtdışında da eyni şəkildədir. Bəlkə də daha ağırdır, ancaq Türkiyədə və Azərbaycanda sığınmaya baş vuran soydaşlarımızın acınacaqlı durumu azacıq da olsa təşkilatlarımız və başqa fəallarımız üçün aydındır. Amma Avropanın çeşidli ölkələrinə min bir çətinliklə gələn Milli fəallarımız qərib qürbət ölkələrdə bəlirsiz və acınacaqlı durumdadırlar.

Sığınacaq düşərgələrində İran adlı ölkədən olan qaçqınların ən qəribi Azərbaycan Türk Millətidir! Düşərgədə farslar, kürdlər, ərəblər və bəluclar gəlib öz insanların axtarıb tapıb Milli fəallarına yeyələnilər. Özəliklə kürdlər bu qonuda çox irərələmişlər, kürdlərin çeşidli təşkillatlarından gəlib düşərgədə dolaşıb yeni gələn insanlarına sahib çıxıb, hər qonuda yardımçı olurlar…Bizlərlə birlikdə gələn kürdlər həmən işə alınıb, çalışıb həm öz və ailələrinin maddi durumun düzəltmış olurlar, həmdə təşkilatlarının fonduna yardımçı olurlar. Üstəlik təşkilatların yardımla bir neçə ayın içində olumlu cavab alırlar. Azərbaycan Türklərinin durumu daha fərqilidir. kürdlər, bəluclar, ərəblər milli olmayan insanların öz çətirlərinin altına alıb hərəkətlərinə qazandırılar. Azərbaycanlılarsa Milli düşüncəli insanları əldən verirlər. Milli düşüncəsi üzündən vətəndən didərgin düşüb Avropaya gələnlər, düşərgələrdə pis günə qalırlar. Bir insan özünü dardan qurtara bilməsə Milli hərəkat üçün nə edə bilər ki? Hər kəsə aydındır ki, Avropada sığınacaqda olan Milli fəallar ailələrin Güneydə çətin durumda buraxıb canların götürüb qaçmışlar. Bir insan qərib qürbət ölkədə öz və ailəsinin sorunların çözə bilməsə Azərbaycan Milli hərəkatı üçün nə verə bilər? Məncə biz Azərbaycan türkləri papağımızı önümüzə qoyub doğru düzgün düşünməliyik! Bu gün mən 4 ildən bəri düşərgələrdə yaşadığım və gördüyüm bir çox acınacaqlı və düşündürməli daha doğrusu ağlamalı durumun bir bölümün yazmaya qərar verdim. Bir çox Milli hissi olan insanımızın həyatda qalıb, Güneydə çətin durumda yaşayan ailəsinə yardımçı olmaq üçün gedib farslara və yaxud kürdlərə çox düşük pula çalışmaların gördüyümdə, çox üzülürəm. Əlbəttə bu çətinliklər bir çoxlarına təsir etməyir çünki yüksək inamla bu yola girmişlər, Ernesto Çe Gevara demişkən “Bəlkə heç bir şey yolunda getmədi, amma heç bir şeydə məni yolumdan etmədi!” 20-30 il bundan öncə Avropaya gələn Azərbaycan Türklərinin nə qədər yeni gələnlərə yardımları keçir? Çox üzülərək deməliyəm, belə insanlar saya gələcək qədər azdır, əlbəttə dəyərli insanlar var əllərində gələni əsirgəmirlər. Ancaq başqa Millətlərlə ölçsək, Yox və sıfır səviyyəsində. Düşərgədə yaşayarkən bir neçə Azərbaycan Türkü ilə qarşılaşdım, onların işçi axtardığını duyduğumda çox sevinmişdim. Ancaq bu adamların iş yerləri yoxudur sadəcə bir neçə aylıq fəhləlik və ev daşıma işləri vardı. Azərbaycanlıları düşərgədə və yaxud 5 nəfərə bir otaqda yaşayan gün çörəyinə ehtiyacı olanları taparlar, çün ki, nə versələr səsi çıxmayacaq. Hər yerdə belə işlərin saatı 150 krondur ancaq bizimkilər saatına 50 korun verib hər yerdə deyərlər, filan kəsə belə yardım etdim, elə yardım etdim, nə demişlər qolun sınığı boyundan asılar. Başqa bir qonu. İllər öncə başqa nədənlərlə gəlib Avropaya yerləşən Azərbaycanlıların əsas zərərləri yeni gələnlərə nədir? Baxmayaraq başqa siyası nədənlə gəlmişlər və bu gün özlərin Milli fəal adlandırıb, bütün siyası seminarlara, və çeşidli törənlərə qatılıb ilk sıralarda otururlar, özlərin Azərbaycan Milli hərkatının qızıl dirəyi sanırlar… ancaq bu adamlar il boyu neçə dəfə İran adlanan ölkəyə gedib gəlirlər…. İlk öncə bu adamlar İran adlanan ölkəsinin şeytan yuvasında (səfirlik) gedib pox yedim məktubu doldurub, hər türlü əməkdaşlıq etməyə imza atmışlar… Üstəlik İran rejimi bu adamların adların yaşadıqları ölkəyə göndərib ilan edirlər ki, baxın biz nə qədər gəlişmiş ölkəyik. Sizin ölkədə gəlin bizim əleyhimizə danışıb siyasi sığınacaq alan insanların heç bir Sorunu yoxdur! Bu adamlar rahat-rahat İrana gedib gəlirlər… Azərbaycan Milli hərəkatı və İstiqlalçı təşkillatlar sizcə nə etməlidirlər? Bu adalmaları Azərbaycan Milli hərəkatından dışlamalıdılar yoxsa işbirliyində ol malıdırlar? Örnək üçün Neçə il öncə Norveçin sığınacaq idarəsi iranlılarla bağlı şaşırdıcı bir raport verdi. son illərdə Norveçə gələn iranlı qaçqınların çoxu özlərin eşcinsəl olaraq təhvil vermişlər. Ancaq oturum aldıqdan sonra 350 nəfərdən çoxunun evli olduqları ortaya çıxmış.

Yaşar Heydəri

GAQP-Facebook Yayım sorumlusu

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s