Azərbaycan Milli hərkatının bu günüki durumu – Əhməd Elyar

180835_103309246416274_3967045_n-2

Bu gün Azərbaycanda gedən Milli hərəkatımız qane edicidirmi yoxsa yox? Azərbaycan Milli hərəkatı insan orqanızmə bənzər. Necə ki, bir insanın orqanızmında olan hücrələr ölürsə o bölüm işdən düşər. Məsələn başdakı hücrələr öldükdə saç tökülər.

Bu gün Azərbaycan Milli hərəkatı orqanızımının yarası çətinliklərə baxmayaraq çox yaxşı çalışır, ancaq obiri yarısı yarım-yamalaq çalışmaqdadır. Əyər Milli hərəkatımızı dartasaq görərik ki, dartmanın “ tarzının” bir tərəfi ağır basır, oda hərəkatin içəri qoludur.Hərəkatın içəri qolu soyuğa qara, yağış və yoxsulluğa sinə gəlib hərəkatı davam etdirir, ancaq dış qoldan yetər yardım ala bilmirlər. Dış qolu yetəri yardım edə bilməsə, hərəkat axsaq gedər…

Azərbaycan milli hərəkatı zaman-zaman dağlarda, Bəz qalasında, Səttar xan, Bağır xan məzarlarında yaxud El gölündə davam etdi. Daha sonra Milli hərəkat rejimin basqısı sonucunda şəhərlərə endi. Əlbəttə ki, bu Azərbaycan Millətinin arzu və diləyidi hərəkat şəhərlərə ensin! 2006 ilində Milli hərəkatımızın zirvəsi olan 22 may hadısələri yarandı, islam örtüsü altında yatan irqçi fars rejiminin qorxuya salıb sarsıtdı..Nə qədər dəyərli insanımızı itirdik, nə qədər insanımız cəza evlərinə düşüb işgəncəyə məruz qaldılar, və bu gün hələdə zindanlarda yatırlar. Urmu Gölü ilə bağlı Millətimiz bir daha faşist rejimin qarşısında durub bir daha öz Milli iradəsini göstərdi. Futbol meydanlarında yeni bacarılara imza atıldı, İran adlanan ölkənin hər tərəfində “Haray-haray mən Türkəm, Türk dilində mədrəsə olmalıdır hər kəsə, Güney Azərbaycan İran deyil! Və b.. ”Yurddışında biz gərkən yardımı etdik mi? Millətimizin haqq səsini dünyaya yetəri qədər çatdıra bildik mi? Illər keçmiş və Milli hərəkatımız uşaqlıq və yeniyetmə çağın aşıb, ancaq biz hələdə özümüzə gəlməmişik.

Biz hələdə öz dövrəmizə firlanırıq, bizim bir fondumuz yoxdur… Bu gün Quzey Azərbaycanda və Türkiyədə sığınacaqda olan Milli fəallarımız nə etmişik, o insanlar ki, bizim üçün Vətənimiz üçün fars şovinizmindən qurtulmaq üçün canların ovuclarına qoydular işgəncələr gördülər sonunda istəmədən vətəni tərk edib Ana vətən Azərbaycana və qardaş ölkə Türkiyəyə sığındılar. Bu gün onlardan xəbərimiz varmı nə durumda yaşayırlar, zindanda yatanların ailələri necə yaşayırlar, maddı durumlarından xəbərimiz varmı? Bir çox sorular ki, yruddışında yaşayan Milli fəalların qarşısında durur…

Əhməd Elyar
26/12/2013

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s