ياشاسين آذربايجان – Long live Azerbaijan

1236962_584037438320989_1670264603_n-2

Dərdimiz sanma ki, Təbrizilə Tehrandı əzizim Bəlkə bir Türkə çəhənnəm olan İrandı əzizim

Son zamanlarda yuxarıdaki ikilik qafandan heç uzaqlaşmayır. Sankı bir ruh kimi hər an arxamca gəlir. Bəzən isə, gözümü yumaraq onu bir addım irəlidə görürəm. O, məni öz arxasınca çəkir. Mənim bütün geçmişimi, uşaqlıq anlarımı bir daha yaşadır. Ürəyimə girir, ağzımdan düşməyir! Bilmədən bu ikiliyə elə qapılıram ki, yabancı ölkədə qonaq olduğumu unuduram. Sözlərə uyğun muzik parçası bulmaq üçün özümü bir bəstəkar yerinə qoyuram. Sözləri hər təkrar etdiyimdə yeni hava, yeni bir boya yaşayıram. Ancaq, kimliği dəyişməyən an ba an yüksələn bir tempo məni rahat buraxmayır. VƏTƏN ADRESİ!

7-8 yaşlarımı anımsayıram. Azərbaycanın qul bazarında satılmış gözəl ASTARA-sının mərkəzində yerləşmiş kiçik evimizin atışqasından çox da uzaq olmayan tikanlı məftillərə baxıram. Onlara baxmağı yasaqlamışdır anam-atam! Amma yenə baxıram – Qorxu və həyəcan içində- baxıram! “Bunları nədən çəkiblər ki!?” sorğusu hey cavabsız qalır. Yasaqlanmış bir baxışın sorğusu olabilərmi? Hələ, məftillərin otayında və bu tayında fərqli geyimli silahlılar gəzirlər! Şəhərin içində tikanlı məftillər, çeşidli geyimli əskərlər! Atam, evdə olarkən hər zaman olduğu kimi həyətin bir küncündə toplanan odunların doğraması ilə uğraşır! Ona yaxınlaşıram:

– Ata, o böyük taboloda nə yazır? Onu sən oxuyamasan rus ilfbasındadır. Astara yazır!

– Nədən rusca yazır? Bizə oxulda farsca oxudurlarki!

– Onların dili türkdür amma yazıları rus! Bizim də dilimiz türkdür yazımı və oxuduğumuz fars!

– Ata, niyəki?

– Oğlum çox sorğu sorub durma! Get ip gətir!

Bir Astara iki dildə! Bir Astara iki məftil arasında! İki tabolo bir-birinə qarşı, birində آستارا və başqasında
Dönüb yenə Atama səslənirəm:
– Ata, nədən özgə dildə Астара yazılır? Elə farsca yazsınlar ki, biz uşaqlarda oxuyaq?!

– Sən hələ getmədinmi?! Bir sillə gələcək həəə! Farsca yazını otayın uşaqları oxuyamaz! Olmaz! Nə otaya fars və nə butaya rus olmaz! Sən də otayın uşaqları kimi danışırsan! Ancaq otayın uşaqları kimi yazmırsan! Bu onlara da aiddir. Artıq suz və get ipi gətir dedim!

Atam əlini daşa uzaldır. Mən isə düşünə-düşünə “ana ip ver” diyərək atamdan uzaqlaşıram! Mən o zaman hələ düşünmürdüm ki, mənim vətəndaşlarım bir addımlığımda, bir şəhərin içində yaşayan və mənim kimi türkcə danışan “Астара”-lılar deyil bəlkə minlərcə kilometrəlik məndən uzaqdaki “بلوچی”,” فارسی”,” کردوں”-dirlər.

Mən hələ o zamanlar “otaylı”, “butaylı” sözlərinin nə olduğunu başadüşməyirdim. Mənə oxulda olarkən ilk gündən “ey İran…” kimliyini aşıladılar. Mənim sadəcə bir kimliyim var o da İran kimliyidir qafama yerləşdirdilər. Otay yəni özgə, butay yəni doğma! Mən hələ o zaman işğal altında olduğumuzu bilmirdim. Elə düşünürdüm ki, milliytcə və etnikcə iranlıyıq!

Hələ uşaqkən bir gün anamın əlindən tutaraq tikanlı məftillərin uzunası gedərək anamdan sordum:

– Ana, anacan! Otaydakılar necə adamdılar. Bizə bənzəyirlər yoxsa bizdən fərqlidirlər? Nədən aramıza tikan çəkiblər?

– Anam: Gözəl oğlum başımızı bəlayə soxma! Götürəllər gəlməz yola! Sənə nə otayda kimlər yaşayır? Kimsə yaşayır allah əmanında qalsınlar!

Mən, o zaman anamın bu sözləri diyərkən gözlərindən axan suların anlamını düşünməyirdim. Mən o zaman anamın nədən bu tayda tayfa-tanışı olmadığını başadüşməyirdim. Sonralar bildim ki, bir neçə xalam, dayım və yaxın famillərim otaydadırlar! Bunları bilərkən dudum ki, vətənim sadəcə Astara deyildir. Vətən Azərbaycandır! Astara isə, vətənimin ikiyə bölünmüş onurqasıdır. Sonralar bildim ki, vətənimin parçalanmasının ən acı payı biz Astaralılara düşmüşdür.

Bir qış günü olduğunu xatırlayıram. Havanın şaxtasından bütün ailə olaraq kürsünün altına girmişdik. Babam çox qorxmaz birisidi. O, fürsət tapınca Pişəvəridən danışardı. O axşamda o fürsətlərdən birisi idi:

– Torpağı-sanı yaşasın o böyük insanı bir gördük, bir də görəməyiz! Azərbaycanın məd oğulu təkbaşına bu millətin azadlığı üçün çırpındı durdu! Sonunda da, andiçmiş düşmənlərin qəzəbinə uğradı! Biz bir il yaşadıq, bir il insan kimi yaşadıq! Bu körpələrin xoşbəxt olması üçün Fridun İbrahimiləri verdik. Amma olmadı! Nə zaman olmasını da mən görəməm! Bəlkə bu balalar! Babam danışdıqca nənəm dodaqları çeynəyir və sonunda düzəbilmədən babamın sözünü kəsərək:

– Akişi bəsdir dəəəəəəəə! Körpə-çocuq qarşısında bunlar danışılarmı? Uşaqdı, səndən alanları çölə-oxula götürər başımız bəlayə girər! O yazıqlar gedən yola səni də götürərlər! Kürsü səni altdan qızdırır. Nə dediyini başadüşmürsən! Bir gün ayaqyalın-əliyalın şaxtada saxlarsalar huşun başına gələr!

Mən o zaman rəhmətli nənəmlə babamın dartışmasından sadəcə yadda qalan adları qafama yazırdım. 21 azər, Pişəvəri, İbrahimi, Azərbaycan Milli Hükuməti vəəə!

Mən uşaqkən Astaranın bir başqa açısıyla da tanış oldum. Parçalanmış Astaranı bütünlüklə Azərbaycandan qoparıb dili, gələnəyi, tarixi, kültürü və bütün kimliyi fərqli olan Gilan Əyalətinə bağışladılar mənim Azərbaycan vətənimi!

Mən sonralar anladım ki, Milli Hakimiyyətin məğlubluğundan da ən çox ziyan görən mənim Astaram oldu! Yüzdə 95-ni Azərbaycan türkü oluşduran Türk şəhərimi giləklərə bağışladılar! Bizi illər boyu, nəsildən-nəsilə VƏTƏN ADRESİNDƏN caydırdılar! Vətən dediyimizdə İran dedilər. Əyalət dediyimizdə Gilan dedilər! Dil dediyimizdə Azəri dedilər! İnsan dediyimizdə Ümməti islam dedilər! Hər şey dedilər ki, Vətən Adresini bizə unutdursunlar!

Mən biraz boya-başa çatınca musiqisi bir, dili bir, kültürü bir, tarixi bir, geyinişi bir, görüntüsü bir, gülüşü bir, ağlayışı bir olan çeşidli iki millət olamaz gərçəyini başadüşdüm! Başa düşdüm ki, sadəcə işğalaltında olan bir milləti ikiyə bölmək olar. Anladım ki, Biz də işğal olunmuş millətlər sırasındayıq. Torpağı işğal olmuş, kültürü işğaə olmuş, dili işğal olmuş və KİMLİYİ İŞĞAL OLMUŞ BİZLƏR!

Doğrudur mənim soydaşlarım! Vətən adresi işğal altındadır. Ancaq nə olursa-olsun işğal altında olan adres bizimdir. 35 milyon türkün yaşadığı Güney, 10 milyonluq özgür bölümümüz Quzey və milyonlarca səpələnmiş sürgün soydaş, 50 milyonluq bir Türk toplusu! Bu adresi itirmək mükünmü heç?

Vətən adresi onun sularının qurudulmasıyla, sonalarının öldürülməsilə, yerlərinin ad dəyişməsilə, ekonomisinin dağıtmasıyla, beyinlərinin qaçıtılmasıyla, varlığının danıtılmasıyla dəyişməz! Dəyişən varsa İran adlanan qondarmalıqdır. Dəyişən varsa Azərbaycanımın milli qurtuluşu və bağımsızlığa qovuşmasıdır!

Fars şovinizminin hər gün artan basqısı Türk millətini aradan qaldırmağa yetmədi və bundan sonra da yetməz! Gizli-gizli can almalar, 100-lərcə milli fəalı düstağa salmaqla, 1000-lərcə insanımızı gözaltına almaqla, doğal fəlakətlərdən didərgin qalan insanlarımızı baxımsız buraxmaqla, dünyaca bəçər varisi olan Urmu Gölümüzü qurutmaqla, milyonlarca aydın gəncmizi Azərbaycandan sürgünə sürütləməklə, Türk insanına qarşı gizlicə savaş yolasalmaqla və əbədi Fars-Türk düşmənliyi törətməklə “Azərbaycan Türk Milləti” yıpranmayacaq. Təsinə yilmazcasına qutsal amacınaçatana qədər milli mücadiləsinə dəvam edəcək!

Mərkəzçi Fars rejimi istər Azərbaycanın yeraltı mədənlərini talasın, istər mis və qızıllarını çəkib aparsın, istər dəlik-deşik etsin, istərsə xaraba qoysun, yenə bacarmayacaq, yenə Azərbaycana qalin gələnməyəcək! Bunu tarix isbat etdi və edir! Azərbaycan Türk Milləti heç bir zaman zülmə dözməyib və dözməyəcək. Artıq, bu torpağın igidləri vətənin düzgün adresini tapiblar və qurtuluş savaşına çıxıblar. Qurtuluş bayrağını Təbrizdə qaldırmaq günündə görüşmək ümidilə!

Dərdimiz sanma ki, Təbrizilə Tehrandı əzizim Bəlkə bir Türkə çəhənnəm olan İrandı əzizim

Son!

Yaşar Heydəri
GAQP-Facebook Yayım sorumlusu
17/01/2014

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s