BMT-nin İranda insan haqları üzrə özəl nümayəndəsi Əhməd Şəhidin Həsən Ruhaniyə baxışı çox fərqilidir.
Sanki, Ruhani İran islam rejiminin öz balası deyil!? Əhməd Şəhid düşünür ki, Həsən Ruhanı iş üstunə gəldikdən sonra İranda insan hüquqları vəziyyəti yaxşılaşmağa doğru gedir, o düşünür ki, İranda daha yaxşı bir durum olacaq.
Çünki Əhməd Şəhid Həsən Ruhanı,nin seçkilərdə verdiyi şüarlara yaman inanmış.
Əhməd Şəhid düşünür ki, Ruhanı İran seçkilərinə qatılan adaylardan bəlkə də lap yaxşısıdır.
O, seçkilərdən sonra Həsən Ruhaniyə iki məktub yazıb,
Əhməd Şəhid məktublarda İran,in insan haqları,nın durumundan nigarançlığını bildirmişdir.
əlbəttə Ruhaniyə müsbət baxan sadəcə Əhməd Şəhid deyil.
Həsən Ruhaniy butun dunyanin baxişini özune ve iran islam rejimine degiştirmişdir.
Əhməd Şəhid 2011-ci ildə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən İran üzrə xüsusi nimayəndəsi seçilib.
O,İranda insan haqları və siyasi məhbusların durumunu yaxından görmək üçin BMT-dən özəl sipariş almışdır.
Ancaq hələ bu günə qədər İran rejimi tərəfindən izin verilməmişdir.
Əhməd Şəhidin bu işə seçilməsi İran yetigililərini çox rahatsız etmişdir.
Belə ki, Mərziyə Əfxəm İran diplomatının səsin çıxartmış. Mərziyə Əfxəm İran Xarici İşlər Nazirliyinin sözçüsü bu seçimi məqəsəd yönlü dəyərləndirib, və etirazını bildirmiş.
Ancaq Əhməd Şəhid 2014-cü ilin mart ayında BMT insan haqları şurasının 25-ci konfransına hesabat təqdim edəcək.
Onun üçün İranda insan haqlarının pozulması ilə bağlı hazırladığı hesabatı tamamlamaq üçün dekabrın 13-dən 22-ə qədər Avropada insan haqları fəalları ilə görüşüb bilgi topladı.
Ama biz Azərbaycan Milli fəalları nə qədər bu qonuda başarılı olduq.
Bu görüşdə biz,, farslar, ərəblər, bəluclar və kürdlər qədər haqqımızda olan haqsılığıƏhməd Şəhidin qulağına çatdıra bildikmi?
Ruhanı seçkilərdən öncə Azərbaycan Millətinə verdiyi sözlərin hansını tutdu?
Seçkilərdən sonra hansı deyişiklik oldu?
Əhmədi Nəjadla bunun arasında olan fərq nədir?
Həsən Ruhani seçkilər öncəsi ANA dilində təhsil üçün söz vermişdi,
dini azılıqlar üçün sözlər vermişdi.
Azərbaycan ələvilərinin “ əhli haqq ” durumlarında bir dəyişiklik oldumu?
Azərbaycanın göz bəbəyi Urmu Gölü üçün söz vermişdi, yerinə gətirdimi?
Məncə biz yürddışında yetəri qədər çalışa bilmədik,
bu gün Avropaya baxdığımızda, adam başına bir təşkilat varımızdı.
Nə gözəl olardı ki bu təşkilatlar insan haqları üzərə öz nümayəndələrin Əhməd Şəhidlə görüşə göndərərdilər.
Və ya öz təşkillatlarımız bir məktub, təşkillat adına göndərərdilər,
təşkillat üyələri tək-tək öz adlarından məktub yazıb göndərərdilər.
O zaman daha yaxşı nətice verərdi.
Sanıram artıq Azərbaycan təşkillatları və milli fəallarımız papaqların önlərinə qoyub doğru düzgün düşünməlidirlər.
Mənə belə gəlir ki, İran adlanan ölkədə, o sistimin içində çalışanlar, yürddışında çalışanlardan daha yaxşı çalışırlar. Hətta rejimin parlament indən ki millət vəkili Nadir Qazıpur Urmu gölü ilə bağlı dəfələrlə etirazın bildirmiş .
ancax bu kutsal qurtuluş için önce birliği özumuzden başlamalix.
Hüsen Seyid Çiraği / 07.01.2014